Ziyad Əliabbas oğlu Səmədzadə - ZƏNGİNLİK! (FOTO)

Ziyad Əliabbas oğlu Səmədzadə - ZƏNGİNLİK! (FOTO)

Bakı. Trend:

Ziyad Səmədzadə...

Bəlkə də bu ad, bu soyad yeni, cavan, böyüməkdə olan nəslə nəsə deməyə, tanış gəlməyə bilər...Əslində bunun özü də mümkünsüzdür...

Çünki bu ömür-Ziyad Səmədzadə tərcümeyi-halı, mənəvi zənginliyi Azərbaycanımızın ən azı son 50-55 ilini özündə daşıyır, özündə əks etdirir...

Amma tanımayanlar üçün də bu ömrün hər an, hər saniyəsi, hər səhifəsi bir zənginlik, bir ömür kitabı, bir ömür hekayətidir acıları ilə, şirinləri ilə...

Vərəqləndikcə, səhifələndikcə, oxunduqca yeni çalarlar, yeni dəyərlər, yeni keyfiyyətlər üzə çıxır, kəşf edilir...İnanmaq bəzən çətin gəlir ki, bir ömrə bu qədər həyat dastanını necə yerləşdirmək, necə sığışdırmaq mümkün olub...Ancaq Ziyad Səmədzadə bunu bacara, bunu edə bilib...

Öz ağlı, öz iti zəkası, parlaq təfəkkürü, müasir dünyagörüşü, savadı, ensiklopedik biliyi, kübarlığı, mədəniyyəti, zadəganlığı ilə Ziyad Səmədzadə Azərbaycanda və onun hüdudlarından kənarda tanınan, sevilən əsl vətən oğludur.

Görkəmli alim, professor İmamverdi Əbilovun sözləri desək, “...Ziyad Səmədzadə ona görə ümumxalq mehri-məhəbbətini qazanmışdır ki, nəhəng elmi uğurları, gündəlik rəftarı ilə millətin qüruruna yeni məzmun əlavə edir, əxlaqi sərvət kimi tariximizi zənginləşdirir...”.

23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa bitərəf namizəd akademik Səmədzadə Ziyad Əliabbas oğlu 1961-1962-ci illərdə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda baş laborant və kiçik elmi işçi işləyib.1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alaraq, 1965-ci ildə elə həmin institutda namizədlik dissertasiyası müdafiə edib.1965-ci ildə dogma Vətənə qayıdaraq, 1965-1976-cı ilərdə Azərbaycan EA İqtisadiyyat İnstitutunda elmi işçi, böyük elmi işçi, elmi katib və şöbə müdiri vəzifələrində çalışıb.1971-ci ildə iqtisad elmləri doktorudur.

Əmək məhsuldarlığı problemlərinə həsr olunmuş elmi əsərlər silsiləsinə görə 1974-cü ildə Ziyad Səmədzadəyə elm və texnika sahəsində “Lenin komsomolu mükafatı laureatı” adı verilib. 1977-ci ildə professor elmi adını alıb...

1976-1978-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun direktorunun birinci müavini işləyib. 1978-1982-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olub. 1981-ci ildən Ümumiittifaq İqtisadçılar Cəmiyyətinin üzvü, Azərbaycan İqtisadçılar Cəmiyyətinin sədri seçilib. O, Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan KP MK-nın Plan-iqtisad orqanı şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və bu vəzifələrdə işləyərkən öz elmi nailiyyətlərinin praktikada tətbiqi və respublikamızın gələcəkdə müstəqil dövlət kimi fəaliyyət gös-tərməsinin əsas amili olan iqtisadiyyatın daha da inkişafı üçün təsirli tədbirlər görülməsinə bilavasitə iştirak edib. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib...

Onun təşəbbüsü və bilavasitə iştirakı ilə “Demoqrafik inkişaf və əmək ehtiyatlarından istifadə”, “Dağ rayonlarının sosial-iqtisadi inkişafı”, “Material tutumu”, “Enerji tutumu” adlı məqsədli proqramlar hazırlandı. Bu proqramlardan planlaşdırma və idarəetmə sistemində istifadə edilmiş və onlar bu gün də iqtisadçı alimlərin və təsərrüfat rəhbərlərinin diqqət mərkəzindədir.

Z.Səmədzadə Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən birində Respublika Ali Soveti sədrinin birinci müavini vəzifəsində işləyib. Ali Sovetin onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən sessiyasında müstəqillik haqqında Konstitusiya aktı qəbul edilib. Z.Səmədzadənin gənc suveren dövlətin fəaliyyətinin ilk aylarında xarici ölkələrin siyasi xadimləri ilə görüşləri, parlament nümayəndə heyətinin rəhbəri kimi İrana və Türkiyəyə rəsmi səfərləri qonşu ölkələr arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın əsaslarının yaradılmasında müs-bət rol oynayıb...

Z.Səmədzadə TASİS proqramının Azərbaycanda fəaliyyəyə başlaması üçün böyük əmək sərf edib, Avropa İttifaqının (Aİ) ekspertləri ilə çoxsaylı görüşlər keçirib, milli koordinator, bir iqtisadçı-alim kimi TRASEKA proqramının hazırlanması ilə bağlı elmi araşdırmalar aparıb, 1993-cü ilin may ayında Brüsseldə birinci beynəlxalq konfransda əsas məruzə ilə çıxış edib və Qədim İpək Yolunun bərpası məsələlərini əhatə edən Brüssel bəyannaməsini imzalayıb.

Z.Səmədzadə yeni ideya və üsulların, müasir iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. Bu ideyalar onun 1981-1992-ci illərdə baş redaktoru olduğu “Azərbaycanın xalq təsərrüfatı” jurnalının səhifələrində ardıcıl şərh edilir.

1995-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olub. Z.Səmədzadənin 1999-cu ildə təsis etdiyi “İqtisadiyyat” qəzeti müntəzəm nəşr olunur.

Çoxsahəli elmi fəaliyyətində Ziyad Səmədzadə iqtisadi inkişaf, struktur, demoqrafiya, məşğulluq, effektlilik kimi daim aktual olan və bəşəriyyəti düşündürən problemlərə dair 500-dən çox elmi əsərin, o cümlədən bir sıra dəyərli elmi araşdırmaların, makroiqtisadiyyat, regional iqtisadiyyatın səmərəliliyi, təkrar istehsalın sürəti və proporsionallığı, bazar iqtisadiyyatı problemlərinə həsr olnan çoxsaylı monoqrafiyaların müəllifidir. Respublikamızda və keçmiş ittifaqda iqtisad elminin bir sıra aparıcı istiqamətlərinin yaranması, formalaşması və inkişafı onun adı və elmi fəaliyyəti ilə bağldır...

2010-cu il iyun ayının 22-də Azərbaycan Respublikasında iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib. 2015-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şərəf” ordeni ilə təltif olunub. 2015-ci il iyun ayının 24-də 75 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilib...

2015-ci il noyabr ayında Azərbaycan Respublikası Milli Məclisinə 2015-2020-ci il V çağırış deputat və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri seçilib.

Yeganə Mamedova

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Gündüz İsmayılov: Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir
Gündüz İsmayılov: Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir
Dərs ili və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verilib
Dərs ili və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verilib
Azərbaycanda BMT75 təşəbbüsünə rəsmi start verilir (FOTO)
Azərbaycanda BMT75 təşəbbüsünə rəsmi start verilir (FOTO)
Loading Bars
Xəbər lenti
Azərbaycandan ən çox hansı məhsulların ixrac edildiyi açıqlandı
Gündüz İsmayılov: Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir
Avropa Komissiyası: IAP layihəsinin maliyyələşdirilməsi yollarını öyrənmək imkanları var
Dərs ili və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verilib
Tarixçi alim: Sumqayıt hadisələrindən əvvəl 4 mindən çox azərbaycanlı Ermənistandan qovulmuşdu
“World Harmony” Klassik və Folklor Musiqi Müsabiqəsini qalibləri müəyyən olundu - FOTO
Enerji diplomatiyasi üzrə Dövlət Katibinin köməkçisinin müavini Kurt Donili Bakiya səfər edib
Azərbaycanda BMT75 təşəbbüsünə rəsmi start verilir (FOTO)
Ankara Rusiya gəmiləri üçün boğazları bağlaya bilər
Maştağada antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb
Bakıda muzdla işləyənlərin maaşı 10 faiz artıb
Bakı polisi koronavirusla bağlı yayılan məlumatlara münasibət bildirdi
Gürcüstanda koronavirusa ikinci yoluxma halı
AzTV-dən Sumqayıt hadisələri ilə bağlı film: “Kod adı: NALYOTÇİK” (VİDEO)
Bakıda qadını döyüb avtomobilini əlindən aldılar
Bakı əhalisi qeyri-ərzaq məhsullarına daha çox pul xərcləyib
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Xızı, Qobustan və Quba rayonlarında vətəndaşları qəbul edib (FOTO)
Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb
İranda yeni koronavirusdan ölənlərin sayı 34-ә yüksəlib
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma faktı təsdiq edildi
İran millisinin sabiq üzvü koronavirusdan dünyasını dəyişdi
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb
Şəmkirdə evlərdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Bakıda uşaq bağçalarına qəbulda YENİLİK (FOTO)
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi ilə əlaqədar çoxsaylı tədbirlər keçiriləcək
Bakıda Biləsuvar sakinini bıçaqla hədələyib pulunu aldılar
Sun markası Məktəblərdə Gigiyena tədrislərinə start verdi (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Gürcüstanlı nazir: Azərbaycan bizim etibarlı tərəfdaşımızdır
ADU-da Ali Attestasiya Komissiyasının sədri ilə görüş keçirilib (FOTO)
Azərbaycanlı jurnalist Macarıstan mediasında erməni vandalizmindən yazdı
Müxalifət "bəy"ləri özlərinə zərbə vurdular - "Politşou" təqdim edir (Videolayihə)
Mart ayına olan hava proqnozu açıqlandı
Türkiyədəki suriyalı qaçqınlar Avropa sərhədlərinə yaxınlaşıb
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
“Həkimlərimizi tanıyın!” - Yüksəkixtisaslı uzman otorinolarinqoloq Dr. Aynur Vəliyeva
Azərbaycan Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Sabah 18 dərəcə isti olacaq
“Sevimli nəğmələr” mahnı müsabiqəsinə start verilib
Bakıda un məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
Şəkidə evində meyiti tapılan şəxs ürək-ağciyər çatışmazlığından ölüb
Masallıda arvadını və qaynını öldürən şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirildi
Azərbaycan nefti ucuzlaşır
"Avroviziya-2020"də Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlandı
“Kinderland” şəhərciyinə uçuşa hazır olun! (VİDEO)
Əbülfəs Qarayev: Koronavirus təhlükəsinə görə tədbirlərə məhdudiyyət qoyulmayacaq
Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramı davam etdirilir
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib
Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib
Baş epidemioloq: Ölkədə epidemioloji həddi aşan yoluxucu xəstəlik qeydə alınmayıb
Güclü külək bəzi rayonlarda qaz təsərrüfatına ziyan vurub (FOTO)
Bərdədə qadının döyülərək qətlə yetirilməsi ilə bağlı cinayət işi açıldı
Çin səfərindən qayıdan Monqolustan prezidenti karantinə alındı
Məktəbli şahmatçıdan növbəti beynəlxalq uğur
Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edib (FOTO) (YENİLƏNİB-2)
Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib
Elmar Qasımov İstanbul Texnik Universitetinin rektoru ilə görüşüb (FOTO)
Bakı Limanında koronavirusla bağlı "Qaynar Xətt" fəaliyyətə başlayıb
ASB Bank İnternet və Mobil Bankçılıq platformalarını yenilədi!
Parisdə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirilib (FOTO)
Müəllim olmaq istəyənlər üçün yeni sənədlər hazırlandı
Prezident İlham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
BSU-da növbəti maarifləndirici tədbir (FOTO)
Ankarada Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyası çərçivəsində seminar baş tutub (FOTO)
Türkiyədən Azərbaycana müasir silah-sursat və hərbi texnika tədarük olunacaq
Koronavirus hansı səthlərdə daha çox yaşayır?
Belarus mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
Övladlığagötürmə sahəsində müasir və innovativ idarəetmə təşki edilir
“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin görüşü olub (FOTO)
Oğuzdakı silahlı qətlin təfərrüatı məlum oldu
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirmək üçün qanunvericilik təkmilləşdiriləcək
Dövlət Neft Fondunun 2019-cu il üzrə gəlir və xərcləri açıqlandı
Həmkəndlilərinin evindən oğurluq edən şəxslər saxlanılıb
Azərbaycanda vəzifəli şəxslər maliyyə məlumatlarını təqdim edəcəklər
Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi yaradılacaq
KOBİA və KOSGEB arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdi: Birgə Fəaliyyət Planı təsdiqləndi (FOTO)
DSX: Sərhəd buraxılış məntəqələrinə məhdudiyyət qoyulmayıb (FOTO)
Bərdədə qadın qonşusu tərəfindən döyülərək öldürüldü
Azərbaycanda “Ağıllı şəhər” yaradılacaq
Aİİ rektoru ingilis dili kursunda iştirak edəcək tələbələrlə görüşüb (FOTO)
Bakıda təhsil müəssisələri və dini ibadət yerləri dezinfeksiya edilib
Kirayə mənzillərə müraciətin qəbulu və baxılması mərhələli həyata keçiriləcək
Fevralın 28-də xarici valyutaların manata qarşı məzənnələri
Milli Məclisin deputatı Tacikistanda parlament seçkilərini müşahidə edəcək
Bakı polisi 35 cinayətin üstünü açdı
Atəşkəs snayper tüfənglərlə pozuldu - 24 dəfə
Ermənistandan deportasiya edilən azərbaycanlı: Sumqayıt hadisələri baş verənə qədər ermənilər bizi qorxutmaq üçün döyür, təhqir edirdilər
ABŞ Konqresinin üzvü Virciniya Foks Xocalı Faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Azərbaycanda avtomobil yük daşımalarının həcmi artıb
Almaniya məhkəməsi evtanaziya hüququnu müdafiə etdi
Bolqarıstanın Energetika naziri: Biz ambisiyalı “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla reallaşdırılmasına doğru addımlayırıq (MÜSAHİBƏ)
Çində koronavirusa yoluxanların 46 faizi sağalıb
İdlibdə şəhid olan türk hərbçilərinin sayı 33-ə çatıb (ƏLAVƏ OLUNUB 2)
Çində yeni növ koronavirusa yoluxanların sayı 78,8 minə yüksəlib
Mariya Şarapova idman karyerasını bitirir
Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb
Türkiyə Suriya ordusuna cavab zərbələri endirir
UEFA Avropa Liqasının 1/16 final mərhələsinin nəticələri məlum oldu (ƏLAVƏ OLUNUB)
Bütün xəbərlər