...

Deputatlığa namizəd Afət Həsənova seçicilərlə görüşlərini davam etdirir (FOTO)

Siyasət Materials 1 Fevral 2020 09:18 (UTC +04:00)
32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Milli Məclisə deputatlığa Yeni Azərbaycan partiyasının namizədi Afət Həsənova Əmircan qəsəbəsinin İlham Şükürov küçəsində seçicilərlə görüşdü.
Deputatlığa namizəd Afət Həsənova seçicilərlə görüşlərini davam etdirir (FOTO)

Bakı. Trend:

32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Milli Məclisə deputatlığa Yeni Azərbaycan partiyasının namizədi Afət Həsənova Əmircan qəsəbəsinin İlham Şükürov küçəsində seçicilərlə görüşdü.

Afət Həsənova ölkəmizdə həyata keçirilən iqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparıldığını, respublikamızın hərtərəfli inkişaf etdiyini, sabitliyi, ictmai – siyasi vəziyyətin daha da möhkəmləndiyini vurğuladı. Afət Həsənova Azərbaycan dövlətçiliyinin ən mühüm probleminin ölkənin ərazi bütövlüyünün təmin edilməsi olduğunu və bu istiqamətdə məqsəd yönlü siyasət yeridildiyini bildirdi. Namizəd Afət Həsənova özü haqqında da seçicilərə məlumat verdi, onların təklif və problemlərini dinlədi. Bəzi məsələlərin operativ həlli məqsədi ilə yerli baxış keçirdi.

Görüşdə çıxış edən seçicilər ölkəmizin aparıcısi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının xalq tərəfindən dəstəkləndiyini, 9 fevral parlament seçkilərində həmin partiyanın 32 saylı Suraxanı seçki dairəsindən namizədi Afət Həsənovaya səs verəcəklərini bildirdilər.

32 saylı Suraxanı Üçüncü seçki dairəsindən YAP tərəfindən namizədliyi irəlisürülən Afət Həsənova həmçinin Bülbülə qəsəbəsi Aşurbəyovlar küçəsində seçicilərlə görüşüb.

Görüş zamanı deputatlığa namizəd cari ildə qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə danışaraq, sakinlərin hazırkı problemli məsələlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər, həmçinin görülməsi nəzərdə tutulan işlərbarədə məlumat verib.

Sonra Suraxanı rayonunda, o cümlədən Bülbülə qəsəbəsində sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq gətirən deputatlığa namizəd Afət Həsənova problemli məsələlərə dair müvafiq izahatlar verib. O, qeyd edib ki, qaldırılan problemləri nəzarətə götürərək, həllini tapması məqsədilə səylərini əsirgəməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti