Prezident İlham Əliyev Türkiyə Xarici İşlər nazirini qəbul edib (FOTO) (YENİLƏNİB)

Prezident İlham Əliyev Türkiyə Xarici İşlər nazirini qəbul edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Trend-ə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

Nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz, hörmətli Mövlud bəy. Sizi yenidən görməyimə çox şadam. Sabah Bakıda Xarici İşlər nazirləri səviyyəsində çox önəmli toplantı keçiriləcəkdir. Bu, Zirvə Görüşündən sonra Xarici İşlər nazirlərinin Bakıda keçirilən birinci toplantısıdır. Bildiyiniz kimi, keçən ildən başlayaraq Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürüb. Biz çalışacağıq ki, bir il ərzində bu təşkilatın sədri kimi bütün üzv ölkələrin dəstəyi ilə fəal iş görək və bu ölkələr arasındakı əməkdaşlığı, dostluğu, qardaşlığı daha da möhkəmləndirək. Eyni zamanda, sizin səfəriniz yaxşı fürsətdir ki, biz ikitərəfli məsələləri bir daha müzakirə edək. Biz sizinlə bu yaxınlarda Davosda da görüşdük. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Yaxın gələcəkdə Bakıda Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının toplantısı keçiriləcəkdir və hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan bizim qonağımız olacaqdır.

Əminəm ki, bu il də Türkiyə-Azərbaycan əlaqələri uğurla inkişaf edəcək. Keçən il çox böyük uğurlarımız olubdur və birlikdə TANAP-ın Avropa sərhədinə çatdırılmasını qeyd etdik. Bundan başqa, bir çox önəmli layihələr uğurla icra edilir. O ki qaldı Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə, indi bu fəaliyyət daha da genişmiqyaslıdır və artıq bir çox mənbələrdən bu yol vasitəsilə yüklər Avropa istiqamətinə və Asiya istiqamətinə göndərilir. Əminəm ki, bu yolun önəmi getdikcə atacaq və bu, bizim birgə uğurlu layihəmizdir.

Fürsətdən istifadə edərək bu yaxınlarda Çindən Azərbaycan vətəndaşlarını təxliyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Bu, Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. Siz Azərbaycan vətəndaşlarına öz vətəndaşlarınız kimi münasibət göstərdiniz və göndərilən təyyarəyə onları mindirib sağ-salamat Türkiyəyə - onların doğma vətəninə gətirdiniz. Əlbəttə ki, Azərbaycanda bu addım, bu hərəkət çox yüksək qiymətləndirilir.

Eyni zamanda, keçən ay Strasburqda Avropa Şurası Parlament Assambleyasının toplantısında Türkiyə nümayəndələri tam heyətlə Azərbaycanın haqq işinə öz dəstəyini göstərmişlər, bir daha həmrəylik göstərmişlər. Bir daha göstərmişlər ki, onlar həqiqətin, ədalətin yanındadırlar. Azərbaycan nümayəndə heyəti də öz növbəsində, hər zaman Türkiyəni dəstəkləyir. Biz sizinlə Avropa Şurasının Parlament Assambleyasında fəaliyyət göstərən insanlar kimi bu təşkilatı yaxşı tanıyırıq. Əfsuslar olsun ki, 20 il ərzində bu təşkilat Azərbaycanı hədəf seçib, Türkiyəni isə daha uzun müddət ərzində. Xatırlayıram, ilk dəfə mən Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimə başlayanda mənim ilk addımım Azərbaycan heyətini Türkiyə heyəti ilə görüşdürmək idi. Biz elə birinci gün görüşüb razılaşdıq, anlaşdıq ki, bütün məsələlərdə bir-birimizə daim dəstək olacağıq. Əfsuslar olsun ki, hesab edirəm o illərdən bəri Avropa Şurasında deqradasiya prosesi gedir. Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir.

Sözün düzü, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik. Ancaq o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır. Mən Ermənistanı misal gətirə bilərəm. Ermənistanın keçmiş Prezidenti bir ildən çoxdur ki, həbs olunub, o prezident fəal siyasətlə məşğul olmaq haqqında öz sözünü deyəndən sonra həbs olunub və bir ildən çoxdur ki, həbsxanada saxlanılır. İki il bundan əvvəl Ermənistana rəhbərlik edən prezident də indi istintaq altındadır. Onun haqqında cinayət işi açılıbdır və mətbuatda yayılan məlumata görə onun işi məhkəməyə verilibdir. Bunun da başlıca səbəbi keçmiş prezidentlərin indiki iqtidarın fəaliyyətini tənqid etmələridir. Ermənistanda jurnalistlər həbs olunur. Mənə verilən məlumata görə, bu yaxınlarda bir media orqanının rəhbəri həbs olunub. Bir neçə ay bundan əvvəl bir jurnalist həbsxanada aclıq aksiyasına başlayaraq aclıqdan vəfat edib. Ancaq bu faktların heç biri Avropa Şurasında qeydə alınmır. Nə üçün? Nə üçün Ermənistana qarşı bir münasibət var, Azərbaycana, Türkiyəyə qarşı başqa münasibət? Biz bu sualın cavabını yaxşı bilirik və bir daha qeyd etmək istəyirəm, yaxşı olardı ki, Avropa Şurası bu məsələlərlə məşğul olsun. Avropa Şurası Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, insanların polis tərəfindən öldürülməsinə diqqət yetirsin, o ölkələri qınasın, o ölkələrin hüquq mühafizə orqanlarına irad tutsun. Biz bunu eşitmirik, biz televiziyada görürük. Demək olar ki, müntəzəm olaraq Avropanın aparıcı paytaxtlarında insanlar döyülür, əzilir, təhqir edilir, öldürülür, insanların gözləri çıxarılır, insanların üstünə itlər göndərilir, atlarla insanları əzirlər. Sanki bu, demokratiya imiş. İndi biz bunu deyəndə, - mən bunu bir çox hallarda Avropadan gəlmiş və bizi tənqid etmək istəyən şəxslərə açıq demişəm, - onlar cavab vermirlər, susurlar. Amma otaqdan çıxan kimi yenə də öz bədnam fəaliyyətinə başlayıb bizi ləkələmək istəyirlər. Biz buna əlbəttə ki, dözə bilmərik. Biz Türkiyə ilə birlikdə mübarizə aparırıq, necə ki, biz sizinlə birlikdə mübarizə aparmışıq.

Siz Avropa Şurasında böyük vəzifəyə seçilmişdiniz, Avropa Şurası Parlament Assambleyasının prezidenti olmusunuz. Sizin dövrünüzdə bu təşkilatda ədalətli mövqe sərgilənirdi. Siz imkan vermirdiniz ki, bu təşkilat kiminsə əlində alətə çevrilsin. Siz çox dəyərli və müstəqil insan kimi bütün təzyiqlərə davam gətirirdiniz və müstəqil siyasət aparırdınız. Ona görə o dövrdə Avropa Şurası elə bil ki, öz əsl simasını bərpa edirdi. Ancaq bu gün bu təşkilat əfsuslar olsun, bir daha demək istəyirəm ki, heç bir nüfuza malik deyil, onların qəbul etdiyi qərarlar bizim üçün tamamilə əhəmiyyətsizdir. Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik.

Bizim işimiz isə haqq işidir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir və biz huna çox sevinirik. Türkiyənin bütün uğurları bizim üçün də çox əhəmiyyətlidir, bizə ruh verir. Biz birlikdə böyük işlər görmüşük və həmişə haqqın, ədalətin yanında olmuşuq. Əminəm ki, bundan sonra da belə olacaq. Heç bir kənar qüvvə nə Türkiyəyə, nə Azərbaycana təsir edə bilməz. Biz iki qardaş ölkə kimi bundan sonra da dostluq, qardaşlıq, müstəqillik yolu ilə gedəcəyik. Bir daha xoş gəlmisiniz.

x x x

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dedi:

-Hörmətli cənab Prezidentim. Əvvəla, bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Prezidentimiz, qardaşınız Rəcəb Tayyib Ərdoğanın Sizə salamlarını və ən xoş arzularını gətirdim.

Prezident İlham Əliyev: Sağ olun.

Mövlud Çavuşoğlu: Sizi qısa müddət əvvəl Davosda görməkdən qürur duymuşduq. Amma daha da önəmlisi bəzi panellərdə təkcə qardaş Azərbaycanın gələcəyi üçün deyil, bölgəmiz üçün ortaya qoyduğunuz baxışları da dinləmə imkanımız olmuşdur.

Türk Şurasına sədrliyi uğurla davam etdirən Azərbaycanın türk dünyasının birliyi üçün töhfələrini ən yaxından bilən bizlərik. Bu baxımdan Zirvə Görüşü çox uğurla keçmişdir. Sizin sədrliyinizlə bu Zirvə Görüşündə qəbul edilən qərarlar nəticəsində, inşallah, sabah Xarici İşlər nazirləri olaraq biz də toplantımızı keçirəcəyik və dostlarımızla işlərimizi görəcəyik.

Hörmətli cənab Prezidentimiz, Çindən bizim vətəndaşlarımızla birlikdə gələn azərbaycanlı qardaşlarımız üçün bizə təşəkkür etməyinizə ehtiyac yoxdur. Çünki biz bir millətin övladlarıyıq. Ümummilli lider, cənnətməkan Heydər Əliyev atamızın da dediyi kimi, biz iki dövlətik, amma bir millətik. Beləliklə, əlbəttə, o qardaşlarımızı, canlarımızı bizim vətəndaşlarımızdan ayrı tuta bilməzdik, orada qoya bilməzdik. İndi Türkiyədə də rahatdırlar, yaxşıdırlar, mənə də yazırlar, əlaqələrimiz var. Siz də olsaydınız, eynisini edərdiniz.

Bundan başqa, Avropa Şurasında olsun, digər platformalarda olsun, əlbəttə, bir-birimizi dəstəkləyəcəyik. Siz dediyiniz kimi, hörmətli cənab Prezidentimiz, ikili standart hər yerdə var. Təəssüf ki, ideologiyalara boyun əyən təşkilatlar var. Bunlardan biri də Avropa Şurasıdır. Yeni baş katibə, yeni sədrə, hamısına deyirik ki, mövqeyinizi itirirsiniz, bunları düzəltmək üçün biz töhfə verə bilərik. Amma hazırda təəssüf ki, vəziyyət budur.

Biz bir-birimizi dəstəkləməyi Sizdən öyrəndik, öyrənirik. Sizin “Türkiyə burada yoxdur, amma mən varam, biz varıq” sözlərinizi heç bir türk, Türkiyə Cümhuriyyəti vətəndaşı unuda bilməz. Sizin liderliyinizlə bütün bu çətinliklərə qarşı işbirliyimizi, əməkdaşlığımızı davam etdirəcəyik və Sizin liderliyinizlə Türkiyəni və Azərbaycanı, inşallah, hədəflərinə çatdıracağıq. İkili standartlarla, bizə bu cür mövqe nümayiş etdirənlərə qarşı biz də mübarizəmizi, inşallah, birlikdə davam etdirəcəyik. Hər zaman söylədiyimiz kimi, Türkiyənin olduğu qədər Azərbaycanın haqqını və haqlı mübarizəsini də müdafiə etmək bizim üçün vəzifədir. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkürlərimi bildirirəm.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Lütfən, mənim də səmimi salamlarımı əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğana çatdırın. Biz onu Azərbaycanda səbirsizliklə gözləyirik.

Hörmətli Mövlud bəy, sizi bir daha salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Siz bizim əziz qonağımızsınız. Siz Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük xidmətlər göstərirsiniz. Siz Azərbaycanı ürəkdən sevən bir insansınız və müxtəlif vəzifələrdə daim Azərbaycanı dəstəkləmisiniz, müdafiə etmisiniz. Biz sizinlə çoxdandır bir-birimizi tanıyırıq, Avropa Şurası Parlament Assambleyasında bərabər fəaliyyət göstərmişik və daim bir-birimizi dəstəkləmişik.

Sizin Türkiyənin inkişafında çox böyük xidmətləriniz var. Bu gün qardaş Türkiyənin dünya miqyasında güc mərkəzinə çevrilməsində sizin xüsusi rolunuz var. Sizi Azərbaycanda çox yaxşı tanıyırlar. Azərbaycanda sizi sevirlər, ölkəmizin, xalqımızın dostu kimi, qardaşı kimi sizə böyük hörmət göstərirlər. Bütün bu xidmətləri nəzərə alaraq, siz Azərbaycan dövlətinin yüksək ordeni – “Dostluq” ordeni ilə təltif edilirsiniz və icazə verin, bu yüksək ordeni sizə təqdim edim.

Prezident İlham Əliyev “Dostluq” ordenini Mövlud Çavuşoğluna təqdim etdi.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Mövlud Çavuşoğlu: Hörmətli cənab Prezident, Sizin təqdirinizə layiq olmaq mənim üçün şərəfdir. Söylədiyiniz gözəl sözlərə görə minnətdarlığımı bildirmək istəyirəm. Siyasətə başladığım gündən bəri təkcə Türkiyənin haqqını deyil, Azərbaycanın haqqını da müdafiə etməyi özümə borc bildim. Əsasən bunu da Sizdən öyrəndim. Avropa Şurasına ilk getdiyimiz zaman Siz də Azərbaycan nümayəndə heyətinin rəhbəri idiniz. Orada Azərbaycan qədər Türkiyəni də müdafiə edirdiniz. Yenə, bir az əvvəl söylədiyim kimi, Türkiyənin olmadığı yerlərdə, xüsusilə “Türkiyə yox, amma biz varıq, mən varam” deyərək Türkiyənin haqqını hər zaman müdafiə etdiniz. Türkiyə və Azərbaycan iki qardaş ölkə olaraq hər zaman bir yerdə olacaqdır. Sizin liderliyiniz sayəsində ikitərəfli münasibətlərimiz daha çox gücləndi, Prezidentimiz Ərdoğan və Azərbaycan Prezidenti olaraq Zati-alinizin liderliyi ilə.

Sizin Azərbaycanla, bölgəmizlə bağlı mövqeyinizi hər kəs təqdir edir. Amma biz bunun reallıqda faydalarını çox gördük. Ümummilli lider, cənnətməkan Heydər Əliyev atamızın sözü bizim üçün rəhbərdir: İki dövlətik, amma bir millətik. Bir millətin övladları olaraq, əlbəttə, bir-birimizi müdafiə edəcəyik, bir-birimizə kömək edəcəyik. Mən Xarici İşlər naziri olaraq, - Elmar qardaşım qısqanmasın, - hər zaman təkcə Türkiyənin deyil, Azərbaycanın da Xarici İşlər naziri kimi çalışdım.

Bizim üçün ən böyük xoşbəxtlik böyüklərimizin bizi təqdir etməsidir. Amma bizim üçün ən böyük şərəf və orden də Azərbaycan və Türkiyə bayraqlarının – türk bayrağının bütün dünyada dalğalanmasıdır. Şanlı bayraqlarımızın dünyada dalğalanması üçün bundan sonra da təkcə siyasi həyatımda deyil, ömür boyu Türkiyə üçün çalışdığım qədər qardaş Azərbaycan və Azərbaycan xalqı üçün də çalışmağa davam edəcəyəm. Bu orden üçün çox təşəkkür edirəm, hörmətli cənab Prezidentim.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Mövlud Çavuşoğlu: Sizə ehtiramımı bildirirəm.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan pilotlu və pilotsuz vasitələri döyüşlərdə tətbiq edən ikinci ölkədir - Ekspert
Azərbaycan pilotlu və pilotsuz vasitələri döyüşlərdə tətbiq edən ikinci ölkədir - Ekspert
“Əsas Məsələ”də bu dəfə də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)
“Əsas Məsələ”də bu dəfə də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Loading Bars
Xəbər lenti
Britaniyada koronavirusa daha 2 472 nəfər yoluxub
ABŞ İranın uranı 60%-ə qədər zənginləşdirmək niyyətini təxribat hesab edir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz
Prezident İlham Əliyev azad olunmuş ərazilərə köçkünlərin nə zaman qayıdacağı sualını cavablandırıb
Prezident İlham Əliyev: Ermənistanda hökumət, müxalifət erməni xalqına həqiqəti söyləməlidirlər
Prezident İlham Əliyev: Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir
Türkiyə sahillərində 5,1 bal gücündə zəlzələ olub
Türkiyədə son sutkada koronavirusdan 52 104 nəfər sağalıb
Çempionlar Liqası: "Bavariya" və "Çelsi" yarımfinalda
Minsk Azərbaycana Belarus üzərindən ABŞ-a uçuşlar təşkil etməyi təklif edib
Müqəddəs Ramazan ayı başladı
Ərazilərin effektiv şəkildə minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi vacibdir - ATƏT-in Minsk Qrupu
Yol polisi İsmayıllıda reyd keçirib (FOTO)
"OPEC" yayda benzin istehlakının böhrandan əvvəlki səviyyədən aşağı olacağını proqnozlaşdırır
İran uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü vəfat edib (FOTO)
Bakıda mənzildən qadın meyiti tapılıb
Bakı yenidən gimnastika yarışlarını qəbul edir
Erməni faşizminin sübutu olan Park - Dünyanın bir neçə ölkəsində belə muzey var (FOTO)
Azərbaycan pilotlu və pilotsuz vasitələri döyüşlərdə tətbiq edən ikinci ölkədir - Ekspert
Azərbaycan Prezidenti İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun qeyri-rəsmi görüşü olub (VİDEO)
TAP vasitəsilə Yunanıstana qaz tədarükü razılaşdırılmış həcmi üstələyə bilər
Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəltdi
Azərbaycan XİN Hərbi Qənimətlər Parkı ilə bağlı Ermənistan XİN-in bəyanatına cavab verdi
Belarus bu il Azərbaycandan 1 milyon ton neft alacaq
Ceyhun Bayramov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda Hərbi Qənimətlər Parkı ermənilərin misilsiz cinayətlərinin ən bariz nümunəsidir - Ekspert
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işgüzar səfərə gəlib (FOTO)
“Əsas Məsələ”də bu dəfə də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Cəbrayıl və Qubadlıda 750-ə yaxın ağac əkilib (FOTO/VİDEO)
Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb (FOTO)
Ağdamı demək olar ki, yenidən qurmaq lazımdır - Almaniyalı tarixçi (VİDEO)
Balakən və Naftalanda nişan mərasimi keçirənlər cərimələnib (FOTO)
Ermənistan beynəlxalq hüquqa uyğun olaraq mina sahələrinin xəritələrini Azərbaycana təqdim etməlidir - Metyu Brayza (VİDEO)
Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritetlərindən biridir - Deputat
Prezident Ermənistanın apardığı dezinformasiya kampaniyasına tutarlı cavab verdi - Elçin Əmirbəyov (VİDEO)
Cəbrayıl rayonunun Sədi kəndi (VİDEO)
Aprelin 14-nə USD/AZN rəsmi məzənnəsi
Baş nazir Əli Əsədov BP-nin regional prezidenti ilə görüşüb
Rinoplastika haqqında bilməli olduqlarınız
Ölməzlər – Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov (FOTO/VİDEO)
Ötən həftə azad edilmiş ərazilərdə tapılan minaların SAYI açıqlanıb
Süveyş kanalında hərəkəti iflic edən gəmiyə həbs qoyuldu
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
İkinci Qarabağ müharibəsinə yanaşma çağdaş dünyanın real mənzərəsini bir daha ortaya qoyur - Vüqar Rəhimzadə
Azərbaycanda şəhid ailələrinə, qazilərə dövlətin qayğısı ən yüksək səviyyədədir - Deputat
İsrail peyvənd olunmuş turistləri qəbul etməyə başlayacaq
Paytaxtın bu yolunda hərəkətin təşkilində dəyişiklik edilib (FOTO)
Hidrometeorologiya sahəsində texnoloji bilikli gənc kadrlara ehtiyac var - Umayra Tağıyeva
“YAŞAT” Fondu daha iki şəhid övladının zəruri xərclərini qarşılayıb
Prezident İlham Əliyev: Ermənilər bizi yaxşı tanımayıblar, elə bilirdilər ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar
170-dən çox jurnalist peyvənd olunub
Astarada kartof yükündən 213 kiloqramdan artıq heroin çıxdı (FOTO/VİDEO)
Keçidlərdə piyadalara yol verməyən sürücülər cərimələndi (FOTO)
Azərbaycan Notariat Palatası və Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır (FOTO)
Azərbaycan İlahiyyat İnstitutunun rektoru “İslah və təcdid” kitabının təqdimat mərasimində iştirak edib (FOTO)
Astarada tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib
Energetika naziri Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb (FOTO)
Ramana qəsəbəsində Mərkəzi küçə əsaslı şəkildə təmir olunur (FOTO)
A-qroup-un İdarə Heyətinin yeni sədri - Abas Miskərli
Unibank biznes sahibləri üçün Bahar kampaniyasını davam etdirir
Prezident İlham Əliyev: Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi
Dövlət büdcəsinə gömrük rüsumlarından daxilolmalar artıb
Qubadlıda Həkəri və Bərgüşad çaylarına qızıl xallı farel balıqları buraxılıb (FOTO)
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Hərbi Qənimətlər Parkına gəlib (FOTO)
Prezident İlham Əliyev Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı sərəncam imzalayıb
Bu il 35 minədək şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub
Azərbaycan Prezidenti: Pakistan qarşıdurmanın ilk günündən son gününədək Azərbaycanı açıq şəkildə dəstəklədi
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azad olunan ərazilərə icazəsiz keçmək istəyənlərin qarşısı alınır (FOTO)
Qarabağda "İsgəndər-M" qalıqlarının tapılması Rusiya və Azərbaycan hərbçiləri arasında müzakirə olunur - Peskov
Bitkoindən daha bir tarixi rekord
Tərtərdə yol polisi reyd keçirib
Prezident İlham Əliyev: Biz ATƏT-in Minsk qrupundan regionda dinc həyatın nizamlanması üzrə təkliflər gözləyirik
Kafedə toy edənlər məsuliyyətə cəlb edilib
Bakı Slavyan Universitetində "Nizami Gəncəvinin əsərlərində qadın obrazları" adlı ədəbi-musiqili tədbir keçirilib (FOTO)
Havalar isinir, bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? - Ekspert açıqladı
İranda ötən sutka 291 nəfər koronavirusdan ölüb
Azərbaycan Beynəlxalq Bankının əməkdaşları beynəlxalq turnirin qalibi olub
Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil - Baş infeksionist
Prezident İlham Əliyev: İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar
Dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir
Xüsusi qorunma statusu olan 35 Şərq çinarını ermənilər məhv edib - Nazirlik rəsmisi
İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələb edilməyəcək
Sabah yağış yağacaq, külək arabir güclənəcək
Hacıqabulda toy məclisi aşkarlanıb, 6 nəfər cərimələnib
Prezident İlham Əliyev: Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur
Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir
Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq
Prezident İlham Əliyev: Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq
Prezident İlham Əliyev: Biz azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında İtaliyanın təcrübəsindən istifadə etməyə ümid edirik
"MFX- Trading İnvestisiya Şirkəti” səhm bazarı üzrə 1-ci yeri tutub
Bakıda hava proqnozları 94 faiz özünü doğruldur - Umayra Tağıyeva
Qarabağda ermənilər 54 min hektar meşə sahəsini məhv edib - Nazir müavini
Azərbaycan Prezidenti: Bərpa prosesinin ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik
Prezident İlham Əliyev: Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq
Zəngilan rayonunun Sarıqışlaq kəndi (VİDEO)
Bütün xəbərlər