...

Qırğızıstan MSK rəhbəri: Azərbaycanda layiqli namizədin azad şəkildə seçilməsi üçün bütün şərait yaradılıb

Siyasət Materials 9 Fevral 2020 14:55 (UTC +04:00)
Azərbaycanda layiqli namizədin azad şəkildə seçilməsi üçün bütün şərait yaradılıb
Qırğızıstan MSK rəhbəri: Azərbaycanda layiqli namizədin azad şəkildə seçilməsi üçün bütün şərait yaradılıb

Bakı. İlkin Seyfəddini - Trend:

Azərbaycanda layiqli namizədin azad şəkildə seçilməsi üçün bütün şərait yaradılıb.

Bunu Trend-ə parlament seçkilərini müşahidə edən Qırğızıstan Mərkəzi Seçkilər və Referendumlar Komissiyasının sədri Nurjan Şayldabekova deyib.

O qeyd edib ki, səsvermə prosedurunda seçki standartlarına əməl olunub:

“Seçki mübarizəsinə qatılan namizədlər öz proqramlarını təqdim etmək və seçicilərin səsi uğrunda rəqabət aparmaq üçün bərabər imkanlara malik olmalıdır. Azərbaycanın seçki nümunəsində biz seçki məntəqələrində namizədlər barədə ətraflı məlumatı, namizədlərin sayının artmasını görürük. Bu da ölkədə siyasi plüralizmin qorunduğunu göstərir. Bizi sevindirən odur ki, seçkilərin subyekti təkcə partiyalar deyil, həm də öz təşəbbüsü ilə iştirak edən vətəndaşlardır. Namizədlərin 2/3-nin öz təşəbbüsü ilə iştirak etməsi onu göstərir ki, vətəndaşlar öz hüquqlarından fəal istifadə edir. Bunun sayəsində seçim azadlığı genişlənir və bu da istənilən ölkənin seçki sistemində müsbət tendensiyadır. Biz azərbaycanlı həmkarlarımızın, seçkilərin təşklilatçılarının və Azərbaycan vətəndaşlarının adına sevinirik. Hesab edirik ki, vətəndaşların azad şəkildə layiqli namizədi seçə bilmələri üçün bütün şərait yaradılıb”.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti