...

Seçkilərdə ən aktiv və passiv seçki dairələri açıqlanıb

Siyasət Materials 10 Fevral 2020 00:52 (UTC +04:00)
Milli Məclisə seçkilərdə saat 19:00-a olan ən aktiv və passiv seçki dairələri açıqlanıb.
Seçkilərdə ən aktiv və passiv seçki dairələri açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisə seçkilərdə saat 19:00-a olan ən aktiv və passiv seçki dairələri açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Onun sözlərinə görə, ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub. Bu dairədə 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər) seçici fəallığı qeydə alınıb.

Ən passiv dairə 17 saylı Yasamal 3-cü Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Səsvermənin gedişatı ilə daha ətraflı Mərkəzi Seçki Komissiyasının saytında tanış olmaq olar.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti