...

Azərbaycanın Müdafiə naziri Brüsselə səfər edəcək

Siyasət Materials 11 Fevral 2020 10:52 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 12-də Brüssel şəhərinə yola düşəcək.
Azərbaycanın Müdafiə naziri Brüsselə səfər edəcək

Bakı. Trend:

Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində NATO-nun Mənzil-Qərargahında keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 12-də Brüssel şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 13-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti