...

Prezident İlham Əliyev Münxendə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 14 Fevral 2020 15:00 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.
Prezident İlham Əliyev Münxendə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Görüşdə dövlətimizin başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd etdi. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti