Bir neçə hərbi təyinatlı obyektin açılışı olub (FOTO)

Bakı. Trend:
2020-ci ilin fəaliyyət planına uyğun olaraq hərbi hissələrdə tikinti-quruculuq işləri davam edir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov müasir tələblərə cavab verən növbəti hərbi obyektin açılışında iştirak edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məruzə olunub ki, hərbi hissənin avtomobil parkında iriqabaritli hərbi maşınlar üçün saxlanclar, yanacaqdoldurma məntəqəsi və açıq test meydançası yaradılıb.
Müdafiə naziri parkın ərazisində avtomobillərin saxlanc boksları, yeni avadanlıqla təchiz edilmiş texniki nəzarət, qulluq, təmir məntəqələrində şəraitlə tanış olduqdan sonra, müvafiq tapşırıqlarını verib.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq