Ombudsman Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara bəyanat göndərib

Ombudsman Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara bəyanat göndərib

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat verib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Bəyanatda deyilir: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin davamı olaraq Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal edib, dinc əhaliyə qarşı soyqırımı törədilib. Artıq Xocalı faciəsindən 28 il ötür.

Bu soyqırımı zamanı etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Həmçinin Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

1994-cü ilin fevralında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, 26 fevral tarixi - "Xocalı soyqırımı günü" elan olunub.

BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya görə, Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını məhz soyqırımıdır.

Xocalıda törədilən soyqırımı azərbaycanlılara qarşı törədilən ilk sistemli cinayət aktı deyil, Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərinin işğalı ilə yanaşı, qabaqcadan düşünülmüş şəkildə mülki azərbaycanlılar xüsusi amansızlıqla qətlə yetirilib. Bundan başqa, Qaradağlı kəndində 80 nəfərdən çox, Ağdaban kəndində 67 nəfər mülki əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülüb, onlarla insan girov götürülüb, itkin düşüb, kəndlər isə yandırılaraq yer üzündən silinib.

Ermənistan tərəfindən Azərbaycana qarşı davam edən hərbi təcavüz fonunda törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, AŞPA-nın 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi, Avropa Parlamentinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi bir daha sübut edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu, həmçinin, xalqımıza qarşı törədilən cinayətlərə ədalətli siyasi-hüquqi qiymətin verilmədiyini dəfələrlə mötəbər beynəlxalq tədbirlərdə bəyan etmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası da Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işə mühüm töhfədir.

Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb.

Xocalı faciəsi zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir.

BMT-nin "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasına görə, soyqırımını törədənlər qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdırlar.

75 il öncə Nizamnaməsi qəbul olunarkən BMT-nin elan etdiyi prinsiplərə və 2030-cu ilə qədər dünyanı inkişafa hədəfləyən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bu mötəbər beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş konvensiyaların müddəaları, həmçinin Təhlükəsiz Şurasının Qətnamələri qeyd-şərtsiz icra edilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, bir milyondan çox qaçqın və məcburi köçkün öz doğma torpaqlarına qayıtmalı, əsir və girovlar azad edilməli, Xocalıya ədalət təmin olunmalıdır".

Azərbaycan XİN Ermənistanın iddialarına cavab verib
Azərbaycan XİN Ermənistanın iddialarına cavab verib
Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb
Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb
Suriyanın prezidentliyi uğrunda mübarizəyə ilk dəfə qadın qatılacaq
Suriyanın prezidentliyi uğrunda mübarizəyə ilk dəfə qadın qatılacaq
Loading Bars
Xəbər lenti
Bu həftə ünvanlı yardımın ödənilməsi nəzərdə tutulub - DSMF
Evini tərK edən daha 9 aktiv koronavirus xəstəsi saxlanıldı
Azərbaycan XİN Ermənistanın iddialarına cavab verib
Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb
Bakıda binanın damında gənc qız meyiti tapılıb
Xaçmazda 3 otaqlı ev yanıb
Post-pandemiya dövründə fəaliyyətini dayandırmış hansı sahələr daha tez bərpa olunacaq? - ŞƏRH
Kanada ABŞ sərhədləri 21 aprelə qədər bağlı qalacaq
Aprelin 21-də xarici valyutaların manata qarşı məzənnələri
Ağstafada yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb (FOTO)
İsveçrədə İdman Gimnastikası üzrə Avropa Çempionatına start verilir
60 mindən çox şəxs Qarabağa qayıdış proqramı çərçivəsində keçirilən sorğuda iştrak edib
Gəncə yol polisi avtoxuliqanlıq edənlərə qarşı reyd keçirib (FOTO)
Aİ "COVİD-sertifikat"ları iyundan tətbiq edəcək
Suriyanın prezidentliyi uğrunda mübarizəyə ilk dəfə qadın qatılacaq
ABŞ-da sabiq polis Corc Floydun ölümündə təqsirli bilinib
Əfqanistana dair İstanbul konfransı təxirə salınıb
İngilitərə Premyer Liqası: "Çelsi" "Brayton"la heç-heçə etdi
Türkiyədə son sutkada koronavirusdan 55 592 nəfər sağalıb
Bakıda kirayə mənzillər ucuzlaşıb
Bakıda yaşayış binasında yanğın olub
Dünyada koronavirusa yoluxanların sayı 141,7 milyonu ötüb - ÜST
Tovuzda birmərtəbəli ev yanıb
Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Əli Əsədov ilə Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub
Avropa çempionatında güləşçimiz Turan Bayramov gümüş medal qazanıb
Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
Prezident İlham Əliyev: Qarabağ zonasında da sənaye parkları olacaq
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və revanşist düşüncələrdən əl çəkməlidir - Deputat
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Azərbaycan "Şərq tərəfdaşlığı" ölkələri arasında vahid rouminq məkanının yaradılması təşəbbüsünə qoşulub
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir
Prezident İlham Əliyev: Yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcək
SOCAR-ın Türkiyədəki neft-kimya kompleksinin satışlarının artımı proqnozlaşdırılır
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq
Prezident İlham Əliyev: Bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir
Prezident İlham Əliyev: Tövsiyə etmişəm ki, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın
Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq
Prezident İlham Əliyev: Əlliyə yaxın aqroparkın yaradılması nəzərdə tutulur
Azərbaycan Prezidenti: Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir
Prezident İlham Əliyev: Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük
Azərbaycan Türkiyədən təxminən 20 milyon dollarlıq avtomobil idxal edib
Bakıda torpaq qiymətləri bahalaşıb
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olunub
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımaların həcmi açıqlanıb
Azərbaycanda ani buraxılış imkanı ilə rəqəmsal kartlar təqdim olunacaq
Karantin rejimini pozan Rəşad Dağlı məsuliyyətə cəlb edildi
Beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib (FOTO/VİDEO)
Prezident İlham Əliyevin Hacıqabula səfəri regionların inkişafına olan diqqətin əyani təzahürüdür
Havada toz dumanı müşahidə olunur
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib
AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər
Maliyyə Nazirliyi “Sovetski” adlanan ərazidə yaşamış bir qrup sakinin iddialarına münasibət bildirib
İtkin düşən daha 2 hərbi qulluqçumuzun nəşi tapılaraq ailəsinə təhvil verilib
Vətən müharibəsində itkin düşən hərbçilərin sayı açıqlanıb
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib (FOTO/VİDEO)
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq
Aprelin 21-nə USD/AZN rəsmi məzənnəsi
Bir sıra ölkələrdən Azərbaycana quş və quş ətinin gətirilməsi qadağan edildi
Ermənistan 10 noyabr bəyanatının iqtisadi və nəqliyyat əlaqələrinin canlandırılması ilə bağlı bəndinə əməl etmir - "Azernews"
Kunio Mikuriya: Azərbaycan gömrük xidmətinin informasiya texnologiyalarının tətbiqi sahəsində atdığı addımları alqışlayırıq (FOTO)
Məhkəmə həbsdə olan generalın vəsatətini rədd etdi
Bu ilin ilk rübündə ƏƏSMN-in e-xidmətlərinə 3,5 milyon müraciət qeydə alınıb
Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq
Xalq Bank ilin ilk rübünün yekunlarını açıqladı
“Enactus Azərbaycan Yaz Məktəbi” layihəsi baş tutub (FOTO)
Abşeron yarımadasındakı göllərin abadlaşdırılmasına iş adamları cəlb ediləcək
Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum oldu
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 197 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
Bu il çaylara 6,3 milyon balıq buraxılacaq - Nazirlik
Bakıdakı kanalizasiya şəbəkələrinin təxminən 50-55 faizi mərkəzləşdirilməyib - Agentlik sədri
Bakı Avro-2020-nin daha çox matçını qəbul edə bilər
ETSN Bakıda ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət edəcək
Clarivate Analytics şirkəti müəllimlərimiz üçün növbəti vebinar keçirib
Özünüməşğulluq proqramına cəlb olunanların sayı bu il 2017-ci ilə nisbətən 13,6 dəfə artacaq
İsmayıllıda məclis keçirilməsinin qarşısı alınıb
Maştağada 9 obyektin su təchizatı şəbəkəsinə qanunsuz qoşulması aşkarlanıb
Angela Merkel Qarabağdan danışdı
Çad prezidenti qiyamçılarla qarşıdurmada öldü
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (FOTO/VİDEO) (YENİLƏNİB)
Hər zaman partlamağa hazır bomba: Ermənistanın “Metsamor” təhdidi
KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə Azərbaycan-Türkiyə İş Adamları Forumu keçirilib (FOTO)
Zəngilanda Ermənistanla dövlət sərhə­dində yeni hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
Pakistan Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir - HDQ komandanı
Prezident İlham Əliyev Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib (FOTO)(YENİLƏNİB)
Güclü külək əsəcək - Xəbərdarlıq
İsrailli jurnalistlər Füzulidə ermənilərin tövləyə çevirdiyi Karvansarayda olublar (FOTO)
Prezident İlham Əliyev Hacıqabulda "Qarasu" yarımstansiyasının istismara verilməsi tədbirində iştirak edib (FOTO)(YENİLƏNİB)
UNEC ingilis dili müəllimləri üçün vakansiya elan edir
İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb
Könül Nurullayeva Pakistanın nüfuzlu mətbu orqanında post-münaqişə dövrünün reallıqlarını əks etdirən məqalə ilə çıxış edib
Azərbaycanda qızıl ucuzlaşıb
Sabah 30 dərəcəyədək isti olacaq, külək əsəcək
Minaya düşüb gözlərini və ayağını itirən agentlik əməkdaşı: O ərazilərə icazəsiz getməyin - Trend TV-nin REPORTAJI
Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib
Azərbaycan vətəndaşlarının əsasən hansı ölkələrə səfər etdiyi açıqlanıb
Bütün xəbərlər