...

Daha dörd məntəqədə seçkilərin nəticələri ləğv edilib

Siyasət Materials 21 Fevral 2020 17:48 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının bu gün baş tutan iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 81 saylı Beyləqan Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.
Daha dörd məntəqədə seçkilərin nəticələri ləğv edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün baş tutan iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 81 saylı Beyləqan Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.

Trend-in məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK üzvü İlham Məmmədov bildirib ki, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 1, 4, 6, 31-ci seçki məntəqələrində öz təsdiqini tapıb.

O qeyd edib ki, 1, 4, 6, 31-ci seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. O, həmin məntəqələr üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti