...

Daha bir dairənin 11 məntəqəsində nəticələr ləğv edildi

Siyasət Materials 23 Fevral 2020 18:36 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.
Daha bir dairənin 11 məntəqəsində nəticələr ləğv edildi

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.

Trend-in məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə namizədlər Aytən Qurbanova və Kamil Musəvi bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu iddia edilib.

MSK üzvü Baxşeyiş Əsgərov bildirib ki, araşdırmalar zamanı qeyd olunan pozuntu halları 4, 5, 8 və 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı seçki məntəqələrində öz əksini tapıb.

B.Əsgərov qeyd edib ki, həmin seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub.

MSK üzvü həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Fəzail Ağamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti