...

Ekspert: Azərbaycan enerji ehtiyatlarının Aİ-yə tədarükü üzrə əməkdaşlığın ən səmərəli variantıdır

Siyasət Materials 17 Mart 2020 20:06 (UTC +04:00)
Qazaxıstan və Türkmənistan üçün enerji ehtiyatlarının Avropa İttifaqına tədarükü üzrə əməkdaşlığın ən səmərəli variantı Azərbaycan vasitəsilə tranzitdir
Ekspert: Azərbaycan enerji ehtiyatlarının Aİ-yə tədarükü üzrə əməkdaşlığın ən səmərəli variantıdır

Bakı. Hüseyn Səfərov - Trend:

Qazaxıstan və Türkmənistan üçün enerji ehtiyatlarının Avropa İttifaqına tədarükü üzrə əməkdaşlığın ən səmərəli variantı Azərbaycan vasitəsilə tranzitdir.

Bunu Trend-ə qazaxıstanlı ekspert Saken Mukan deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri enerji bazarlarına çıxış əldə etmək üçün Azərbaycandan istifadə edə bilər:

“Xüsusilə də Aİ və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları fonunda bu mümkündür. Azərbaycan həm də ona görə optimal variant hesab olunur ki, Rusiya enerji daşıyıcılarının Aİ-yə tədarükü üzrə Avrasiya regionunun logistika qovşağı qismində hər zaman şəffaf ola bilmir”.

Ekspert bildirib ki, COVID-19 epidemiyası Mərkəzi Asiyanın enerji mühüm təsir göstərməyib, amma OPEC+la bağlı vəziyyət ciddi təsir edə bilər.

S.Mukan əlavə edib ki, Mərkəzi Asiya ölkələri Bakı-Tbilisi-Ceyhan layihəsini kommersiya layihəsi qismində nəzərdən keçirir:

“Qazaxıstan və Türkmənistan Aİ-yə enerji ehtiyatlarının tədarükü üzrə Rusiya ilə uzunmüddətli tərəfdaşlıq münasibətlərinə malikdir. Bundan başqa, hamıya məlumdur ki, “Qazprom” türkmən qazını Avropa bazarlarına satır. Keçmiş SSRİ məkanında geosiyasi konyunkturdan asılı olaraq Mərkəzi Asiya ölkələri Bakı-Tbilisi-Ceyhan boru kəmərini öz ixrac potensialını reallaşdırmaq üçün alternativ qismində nəzərdən keçirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti