...

Kamran Əliyev Baş prokuror kimi ilk dəfə Milli Məclisdə çıxış etdi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 1 May 2020 11:26 (UTC +04:00)
Kamran Əliyev Baş prokuror kimi ilk dəfə Milli Məclisdə çıxış etdi (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev – Trend:

Mənə yüksək etimad göstərdiyinə görə möhtərəm Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə namizədliyi irəli sürülən Kamran Əliyev Milli Məclisin iclasında bildirib.

Azərbaycanın müstəqillik illərində çətin və şərəfli inkişaf yolu keçdiyini söyləyən Kamran Əliyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz ağır vəziyyətdən çıxaraq inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan dünyada qabaqcıl mövqelərdən birini tutub.

K.Əliyev bildirib ki, ölkəmizdə aparılan islahatlar və yenilənmə prosesi məhkəmə-hüquq sisteminin ən mühüm tərkib hissələrindən biri olaraq Azərbaycan Respublikası prokurorluğunu da əhatə edir:

"Əsas vəzifəsi ölkəmizdə qanunların icra və tətbiq olunmasına nəzarət olan Azərbaycan Prokurorluğu daim ali dövlət rəhbərliyinin diqqət və qayğısını öz üzərində hiss edib. Belə ki, müstəqil Azərbaycan Prokurorluğunun inkişafının əsasları ulu öndər Heydər Əliyev tərəfindən qoyulmaqla ötən illər ərzində həyata keçirilən çoxşaxəli islahatlar nəticəsində prokurorluq peşəkar kadr potensialı ilə komplektləşdirilmiş müasir orqana, insan hüquq-azadlıqlarının etibarlı təminatçısına, qanunçuluğun və dövlətçiliyin qorunmasında öz üzərinə düşən vəzifələri layiqincə icra edən quruma çevrilib.

Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və hazırda davam etdirilən islahatlar bu yeni dövrdə Azərbaycan Prokurorluğu qarşısında yeni və olduqca mühüm vəzifələr qoyur. Prokurorluq qarşısında duran ümdə vəzifələri birincisi, dövlətin təhlükəsizliyinə qəsd edilən cinayətlərə qarşı mübarizənin kəsərinin artırılması, dövlətçiliyin daxili və xarici təhlükələrdən müdafiə edilməsi; ikincisi, cinayətkarlığın bütün növlərinə qarşı mübarizə və qanunçuluğun qorunmasında digər hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə səylərin gücləndiriliməsi; üçüncüsü, vətəndaşların hüquq-azadlıqlarının etibarlı müdafiəsində prokurorluğun iştirakının genişləndirilməsi; dördüncüsü, həm dövlət, həm də özəl sektorda korrupsiyanın bütün təzahür formaları, eləcə də vəzifəli şəxslər tərəfindən törədilən cinayətlərə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi; beşincisi, hazırda ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişafa hədəflənən islahatlar kontekstində vergi və gömrük siyasətinin optimallaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və sahibkarlığın hüquqi vasitələrlə dəstəklənməsi; altıncısı, kölgə iqtisadiyyatına qarşı təsirli mübarizənin aparılması kimi mühüm strateji tədbirlərdə yaxından iştirak etmək; yeddincisi, məhkəmələrdə dövlət və onun müdafiə edilməsi işinin keyfiyyətcə yeni mərhələyə qaldırılması, balanslaşdırımış cəza siyasətinə riayət edilməsi; səkkizinci, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübənin cari fəaliyyətimizdə tətbiqidir.

Dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən bəhs edən K.Əliyev deyib: “Prezident İlham Əliyevin qətiyyətli qərarları ilə koronavirusla mübarizə istiqamətinə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir, əhali və sahibkarlıq subyektləri tam olaraq dövlət dəstəyi ilə əhatə olunur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti