...

Tahir Kərimli: Hər kəs anlamalıdır ki, Prezidentin islahat xətti və korrupsiyaya qarşı mübarizə iradəsi dönməzdir

Siyasət Materials 11 May 2020 12:06 (UTC +04:00)
Ölkəmizdə dövlət həyatının bütün sahələri üzrə geniş islahatlar, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etməkdədir.
Tahir Kərimli: Hər kəs anlamalıdır ki, Prezidentin islahat xətti və korrupsiyaya qarşı mübarizə iradəsi dönməzdir

Bakı. Samir Əli - Trend:

Hər kəs anlamalıdır ki, Prezidentin islahat xətti və korrupsiyaya qarşı mübarizə iradəsi dönməzdir. Biz də xalqımızla birlikdə bu xətti dəstəkləyir və dövlət başçısının yanındayıq.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Prezident tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət alaraq, 2020-ci ildə daha intensiv xarakter daşımağa başlayıb:

"Həmin islahatların məhək daşını, heç şübhəsiz korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Əldə edilmiş nailiyyətlər dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılmasını təmin etməkdədir. Lakin hələ də geniş əhali qruplarını narazı salmağa yönələn neqativ halların təkrarlanması halları davam edir. Çünki həmin əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilən açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunan həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər mövcuddur və onların barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zərurəti yaranıb".

Tahir Kərimli bildirib ki, son dövrlərdə mühüm kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının və Yevlax şəhərinin icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi ictimaiyyətə yaxşı məlumdur:

"Cənab İlham Əliyev Azərbaycan Respublikasının Baş prokurorunun vəzifəyə təyin olunması ilə əlaqədar vedeogörüş zamanı ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırdı. Prezidentin tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini bildirməsi, xalq içində çox məmnunluq yaradıb. Məz bu hal özünü çox gözlətmədi, may ayının 8-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Mədəniyyət Nazirliyində xüsusi əməliyyat həyata keçirildi. Ölkə dövlət başçısının prinsipial mövqeyinin bir daha şahidi oldu. Həmin nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı məhkəmə onları təqsirli biilərək barələrində həbs qətimkan tədbiri seçdi".

Millət vəkili bildirib ki, xalqımızın yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilib:

"Bu da haqlı olaraq, xalqımız tərəfindən hiddətlə qarşılanır və kəskin şəkildə qınanılır. Qatı düşmən olan qonşu dövlətin hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır. Heç şübhəsiz ki, onlara qarşı qanun ən sərt formada tətbiq oluacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti