...

Bu gün deputatlar növbədənkənar iclasda 4 məsələni müzakirə edəcəklər

Siyasət Materials 5 İyun 2020 09:27 (UTC +04:00)
Bu gün Milli Məclisin növbədənkənar sessiyanın növbəti plenar iclası keçiriləcək.
Bu gün deputatlar növbədənkənar iclasda 4 məsələni müzakirə edəcəklər

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasın gündəliyinə 4 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

- Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin ediliməsi haqqında;

- Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə (birinci oxunuş);

- "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi;

- "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi" haqqında qanun layihəsi (birinci oxunuş).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti