Bakı. Trend:
Koronavirusa ancaq qanunlara əməl etməklə birlikdə qalib gələ bilərik.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Onun sözlərinə görə, iyunun 7-də Yasamal rayonu ərazisində sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarına qarşı bir qrup sakin tərəfindən qanunazidd hərəkətlərə yol verilib:
"Koronavirus pandemiyasına qarşı mübarizənin önündə gedən həkimlərimiz, polis işçilərimiz öz sağlamlıqlarını riskə ataraq fədəkarlıqla bu mübarizəni davam etdirirlər. Polislərə qarşı belə hərəkətlərə yol verənlər geniş ictimai qınaq obyektinə çevrilməlidirlər. Yaşlarından aslı olmayaraq əhalinin bütün təbəqələri qanunlara ciddi riayət etməlidirlər. Koronavirusa ancaq qanunlara əməl etməklə birlikdə qalib gələ bilərik.