Vüqar Rəhimzadə: Qərbin demokratiya institutları işğalçı Ermənistanı nə vaxtadək ərköyünləşdirəcək?

Vüqar Rəhimzadə: Qərbin demokratiya institutları işğalçı Ermənistanı nə vaxtadək ərköyünləşdirəcək?

Bakı. Trend:

İşğalçı Ermənistan hər zaman demokratik dəyərlərə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi ilə diqqət çəkir, dünya isə susmağında davam edir. Çünki bu ölkənin mayası işğalçılıqdan, terrordan, demokratik dəyərlərə hörmətsizlikdən yoğrulsa da bu və ya digər dövlətlərin, beynəlxalq təşkilatların maraqlarının ifadəçisinə çevrilməsi, onların əlində alət rolunu oynaması evin ərköyün uşağı kimi başına sığal çəkilməsinə səbəb olur. Amma dünya unudur ki, bir cinayətin cəzasız qalması digər cinayətə yol açır. Necə ki, tarixin bütün dövrlərində azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən Ermənistana buna görə heç bir təzyiq göstərilmədiyindən 1988-ci ildə əsassız torpaq iddiasının nəticəsi olaraq Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınıb. 30 ildən artıqdır ki, münaqişə ədalətli həllini gözləyir, problemin həlli ilə bağlı möhkəm hüquqi baza mövcud olsa da nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr hələ kağız üzərində qalmaqdadır.

Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, işğalçı dövlətin siyasətində qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası, terroru dəstəkləmək kimi cinayət əməlləri əsas yer tutursa və dünya buna göz yumursa, rəhbərlikdə köçaryanların, sarkisyanların, paşinyanların təmsil olunmasından asılı olmayaraq daim beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulacaq, işğalçı Ermənistan utanmadan guya haqlı olduğunu bəyan edəcək, ona dəstək fonunda beynəlxalq təşkilatların, böyük dövlətlərin mövqeyinə inamsızlıq yaranacaq, bir sözlə, ədalət meyarı özü-özlüyündə bütün ölkələrə demokratiya dərsi keçən dövlətlərin maraqlarına uyğun olaraq və onların iştirakı ilə əriyəcək. Təbiidir ki, yalan üzərində qurulan və ona kənardan gələn dəstək əsasında həyata keçirilməsi davam etdirilən siyasətin sonu olmaz.

Baş redaktor bildirib ki, işğalçı dövlətdə hazırda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır: "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib və o, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb olunub. Q.Sarukyanın həbs ediləcəyi istisna olunmur. Onun məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Q.Sarukyanla bağlı son hadisələr fonunda özlərini “azadlıq carçısı” adlandıran bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi diqqətdən kənarda qalmır. Çünki digər ölkələrdə, xüsusilə Azərbaycanda baş verən ən kiçik olayı diqqətlə izləyib, ona öz maraqlarına uyğun olaraq siyasi don geyindirməyə, ən əsası demokratik prinsiplərin kobud şəkildə pozulması kimi təqdim etməyə çalışan Qərbin demokratiya institutları nə üçün işğalçı dövlətə «diqqətsizlik» nümayiş etdirir? Bu «diqqətsizliklərin» fərqində olmayan həmin qurumlar özləri demokratiyanın tələblərini kobud şəkildə pozur, artıq bu reallığı təsdiqləyirlər ki, hazırladıqları hesabatlar reallıqları deyil, Azərbaycanın daxilindəki hansısa antimilli ünsürlərin, erməni və ermənipərəst dairələrin maraqlarını əks etdirir. Ona görə «Freedom House», «Amnesty İnternasional» kimi beynəlxalq hüquq müdafiə təşkilatları işğalçı Ermənistanı «azad», Azərbaycan kimi demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən dövləti «qeyri-azad» ölkələr sırasında qeyd edir. Ən böyük ədalətsizlik isə Dağlıq Qarabağın Azərbaycan və Ermənistanın müştərək ərazisi kimi təqdim edilməsidir».

V. Rəhimzadə ölkəmizdə vətəndaşların bütün azadlıqlarının təmin edildiyini önə çəkərək bu məqamı da xüsusi qeyd edib ki, demokratik cəmiyyətin vacib elementlərindən biri kimi sivil mübarizənin əsas tərkib hissəsi küçə yürüşlərinin, mitinqlərin, kütləvi aksiyaların keçirilməsidir: «Azərbaycanda bu sahədə təkmil qanunvericilik mövcuddur. «Sərbəst toplaşma haqqında» Qanun zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir. Azərbaycanda yaradılan bu şəraitə baxmayaraq, hansısa dağıdıcı ünsür xaricdən gələn sifariş əsasında küçəyə çıxaraq, ölkədə qarşıdurma yaratmağa çalışdığı üçün icazəsiz aksiyalara meyil göstərir, bu cəhdlərin qarşısı qanuni yolla alındıqda adlarını çəkdiyimiz beynəlxalq hüquq müdafiə təşkilatları dərhal Azərbaycanı insan hüquqlarını kobud şəkildə pozmaqda ittiham edirlər. Təbii ki, burada əsas olan reallıq deyil, qərəzdən yaranan hansısa bir fikrin səsləndirilməsidir. Amma gəlin diqqət yetirək, işğalçı Ermənistanda Q.Sarukyanın tərəfdarları parlamentin qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərir, ölkənin təhlükəsizlik qüvvələri onun qarşısını kobudluqla alır, yüzlərlə insan saxlanılır. Qərbin demokratiya institutları bunu görməzdən gəlir. Niyə? Azərbaycan dövləti bu «niyələrin» səbəblərini ən yüksək tribunalardan bəyan edir, «xəbərsiz», eşitmək problemi olan isə deyəsən həmin beynəlxalq qurumların özləridir. İşğalçı dövlətdə polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edir. Bu, işğalçıya dəstək olan qurumlar, dövlətlər üçün demokratiyanın tələbidir. Amma başqa ölkələrdə, xüsusilə Azərbaycanda demokratik dəyərlərin kobud şəkildə pozulması, mətbuat azadlığının boğulmasıdır. Dünya Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada elan etdiyi aclığın ardından vəfat etdikdə niyə reaksiya vermədi? Mütəmadi olaraq dünya ölkələrində insan hüquqları sahəsində vəziyyətlə bağlı illik hesabatını açıqlayan ABŞ Dövlət Departamenti, demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurası Parlament Assambleyası, demokratiyaya, azad mətbuata dəstək missiyasını yerinə yetirən ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, dünyaya demokratiya dərsi keçən ABŞ-ın, həmçinin digər Qərb ölkələrinin Ermənistandakı səfirlikləri niyə bu ölkədə demokratiyanın boğulmasına münasibətlərini bildirməkdə «çətinlik» çəkirlər?» «Azərbaycan istər demokratik islahatların dəyərləndirilməsi sahəsində, istərsə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində dünyanın ikili siyasətini hiss edir və daim buna öz sərt mövqeyini açıqlayır» söyləyən siyasi elmlər doktoru Vüqar Rəhimzadə onu da vurğulayıb ki, Qərb hazırda işğalçı dövlətdə yaşanan siyasi böhranı görməzlikdən gəlsə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 ildən artıq uzanmasının səbəblərindən xəbərdardır. Bunun üçün geniş şərhə ehtiyac görmürük.

V.Rəhimzadə bildirib ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi məlum olaylardandır: «Paşinyan öz siyasi rəqiblərini bir-bir həbsə atmaq yolunu tutub. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı ola bilən istənilən şəxsi korrupsiyaya qarşı mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu N.Paşinyanın əl-qolunu daha da açır. Onun yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdırsa, ona dəstək verən dünya dövlətlərinin məqsədi isə öz maraqlarını həyata keçirmək üçün siyasətdən xəbəri olmayan paşinyanları hakimiyyətdə saxlamaq və ondan bir vasitə kimi istifadə etməkdir. Maraqların üst-üstə düşməsi Ermənistanın ərköyünlüyünün dərinləşməsində katalizator rolunu oynayır. Amma 30 ildən artıqdır ki, dünya dövlətlərinin maraqlarının toqquşması fonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi özünün ədalətli həllini gözləyir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin problemin həllinə öz maraqları prizmasından yanaşmaları hələ də ümumi mövqenin ortaya qoyulmasını çətinləşdirir. Nə qədər ki, dünya ikili siyasətinə son qoymayıb, qəbul edilən qətnamələr kağız üzərində qalıb münaqişəli məsələlərin həllində ədalət axtarmaq sadəlövhlük olar. Ermənilərə ədalət meyarının nə olduğunu başa salmağın zamanıdır. İnkaredilməz həqiqətdir ki, hər bir ölkənin inkişafında dövlət başçısının düşünülmüş və məqsədyönlü, gələcəyə hesablanmış siyasəti, ən əsası xalq qarşısında verdiyi vədləri əməli işində təsdiqləməsi nə qədər əsasdırsa, dünyada mövcud olan münaqişələrin ədalətli həlli üçün bəyanatlarında beynəlxalq hüququn norma və prinsiplərinə riayət edən dövlətlərin bu sənədlərin icrasında maraqlı olmaları, ən əsası səy göstərmələri bir o qədər əhəmiyyət kəsb edir. Yalnız bu halda istər beynəlxalq təşkilatlar, istərsə də dünya dövlətləri özlərinə qarşı böyük inam hissi formalaşdırar, ümumilikdə isə münaqişələrin həlli prosesinin uzanmasına imkan verməz, ədalət meyarı bütün dövlətlərə eyni mexanizm əsasında tətbiq edilər».

Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağı müzakirə ediblər
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağı müzakirə ediblər
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
Elə təəssürat yaranır ki, 12 ballıq zəlzələ olub - “Associated Press” Ağdamdan yazdı
Elə təəssürat yaranır ki, 12 ballıq zəlzələ olub - “Associated Press” Ağdamdan yazdı
Loading Bars
Xəbər lenti
Daha bir koronavirus xəstəsi küçədə saxlanıldı
Yoluxma sayı artdıqca ağır vəziyyətdə olan xəstələrin də sayı artır - Xəbərdarlıq
Azərbaycanda tikinti materiallarının istehsalı ilə bağlı son vəziyyət açıqlandı
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər (FOTO/VİDEO)
Fransa senatorlarının erməni təəssübkeşliyinin motivləri deşifrə olundu
Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər
Noyabrın 27-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda koronavirusa yoluxanların sayı 130 minə çatır
Senatın qətnaməsi Fransanın Cənubi Qafqazdakı maraqlarına zərbədir - Vüsal Qasımlı
Almaniyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb
"Barselona"nın stadionuna Messinin adı verilə bilər
Bakıda və regionlarda kreditləşmə artıb - Statistika
Britaniyada bir gündə koronavirusa 17 555 yoluxma qeydə alınıb
Tramp Ağ Evi hansı halda tərk edəcəyini açıqladı
Meksika Senatı prezidentin toxunulmazlığının ləğv edilməsini təsdiqləyib
İbrahimoviç İsveç yığmasına qayıda bilər
S-500 HHM sistemləri 2021-ci ildə hazır olacaq
Dünya Bankı koronavirusla mübarizə üçün Ukraynaya 100 milyon dollar ayıracaq
İtailyada koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb
Kanadada atışma baş verib, ölən və yaralananlar var
Moskvada koronavirusdan daha 77 nəfər ölüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 577 mindən çox artıb
Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - XİN
UEFA Avropa Liqası: "Qarabağ" qrup mərhələsində növbəti matçını keçirib
Türkiyədə koronavirusdan sağalanların sayı 388 mini keçib
Bitkoinin qiyməti kəskin şəkildə düşüb
"Euronews" erməni işğalından azad edilmiş Ağdamdan süjet hazırlayıb (VİDEO)
Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağı müzakirə ediblər
Sağlamlıq imkanları məhdud şəxslər həmyaşıdları ilə birlikdə oxuyacaqlar - Deputat
Azərbaycan gimnastları Kiyevdə Avropa Çempionatının finalına çıxıb
“ADY Express” Astara terminalında aşırılan yükün həcmini artırıb
Rəqəmsal ödəmələr nə üçün önəmlidir?
Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir
Fransa senatının qətnaməsi qərəzlidir - Deputat
Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı layihəsinin müddətini uzadıb
Mətbuat Şurası Fransanın kütləvi informasiya vasitələrinə müraciət edib
Baş Prokurorluğun "Facebook" səhifəsi rəsmi olaraq mavi nişan ilə təsdiqlənib
Koronavirusla bağlı aparılan testlərin bitməsi barədə məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Azərbaycan Fransaya nota verib
Müasir həllərin inteqrasiyası onlayn satışların artmasına yol açıb
Aİİ-də Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı panellərlə davam edib (FOTO)
Kəlbəcərin danışıqlar masasında geri qayıtarılması diplomatik qələbənin də bizimlə olduğunu göstərir - Deputat
Üç “hər şey” siyasəti və ya Ermənistanın “yandırılmış torpaq” taktikası (FOTO)
Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib
Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti olub
Ermənistan parlamentində dava (VİDEO)
20 obyektdə epidemiya əleyhinə rejim pozulub - Nazirlik
Maliyyə Nazirliyi 170 min manatdan çox məbləğdə müqavilə imzalayıb
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında!
Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə COMCEC-in 36-cı sessiyasının açılış mərasimi olub (FOTO)
Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək (FOTO)
AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib (FOTO)
Noyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır - Əsir əsgərin qohumu
Azərbaycanda 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib
Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır - Vüqar Rəhimzadə
Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransadan daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru
Naxçıvanın xarici ticarət dövriyyəsi artıb
Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır - Yaqub Mahmudov
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağı diplomatik hədəfinə nail olmağı bacardı - Deputat
İtaliyanın bir sıra bələdiyyələri Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib
MDB PA-nın 3 daimi komissiyasının videokonfrans formatında iclasları keçirilib
Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır - Armen Sarkisyan
PAŞA Bankdan kiçik və orta biznes sahibləri üçün “Black Friday” endirimləri!
Bərpa olunan enerji ilə bağlı pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın dördüncü iclası keçirilib (FOTO)
Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Fransa senatının qəbul etdiyi qətnamə ləğv edilməlidir - QHT sədri
Aİİ-də akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı öz işinə başlayıb (FOTO)
Türkiyənin axtarışa verdiyi şəxs Azərbaycanda həbs edildi
Fransa Senatının qətnaməsi bu ölkənin vasitəçi mandatını tabuta qoydu
İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanıb
Ceyhun Bayramov və Səudiyyə Ərəbistanının xarici işlər naziri telefonla danışıblar
Fransada bir qrup siyasi avantürist ölkənin xarici siyasətini erməni maraqlarının girovuna çevirib - Deputat
Ceyhun Bayramov indoneziyalı həmkarı ilə telefonla danışıb
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
Fransa senatının bu addımı Azərbaycana və beynəlxalq hüquqa hörmətsizlikdir - QHT sədri
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrə nə vaxtadək məzuniyyət veriləcək? - Nazirlik açıqladı
Fransa Senatının qərəzli addımı siyasi təxribatdır - Siyavuş Novruzov
Ceyhun Bayramovla Əfqanıstanın xarici işlər naziri arasında telefon danışığı olub
Rabitə Nazirliyi startapları maliyyələşdirməyə hazırdır
Azərbaycan yolların keyfiyyətinə görə 141 ölkə arasında 24-cü yerdə qərarlaşıb
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib (FOTO)
İranda koronavirusa yoluxanların sayı 900 min nəfəri keçib
Abşeronda ekoloji problemlərin həlli istiqamətində hansı işlər görülməlidir? - Nazirlik rəsmisindən açıqlama
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq etdi
Elə təəssürat yaranır ki, 12 ballıq zəlzələ olub - “Associated Press” Ağdamdan yazdı
AQTA ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsini davam etdirir (VİDEO)
İsveçrə bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda potensial görür - Dövlət Katibliyi
“Əminəm ki, belə çətin günlərdə müştərilərə dəstək olmağımızın bəhrəsini yaxın gələcəkdə mütləq görəcəyik”: Dariuş Katsprşik, “AccessBank”ın Müşahidə Şurasının üzvü
KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olunub (FOTO)
Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı
“Ukrtransnafta” 138 min tona yaxın "Azeri Light" nefti nəql edib
Hostimul Black Friday kampaniyasına start verib
Vasitəçiyə inam yoxdursa, demək o artıq vasitəçi ola bilməz - Əli Əhmədov
Türkiyə və İran səfirləri Qarabağı müzakirə ediblər
Bütün xəbərlər