...

Azay Quliyev: Ermənistanın növbəti dəfə rəzil duruma düşməsinin şahidi olduq

Siyasət Materials 19 İyun 2020 20:33 (UTC +04:00)
Azay Quliyev: Ermənistanın növbəti dəfə rəzil duruma düşməsinin şahidi olduq

Bakı. Elçin Mehdiyev - Trend:

İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin sammiti Azərbaycan üçün mühüm məqamlar və xüsusi əhəmiyyətli vacib prinsiplərin müdafiəsi ilə yadda qaldı. Eyni zamanda, sammitdə cənab Prezidentin diplomatik məharətinin, milli maraqlarımızın qətiyyətli və prinsipial şəkildə müdafiəsinin, nəticədə işğalçı Ermənistanın növbəti dəfə rəzil duruma düşməsinin şahidi olduq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Azay Quliyev deyib. Onun sözlərinə görə, ilk növbədə, bütün dünya ölkələrinin və beynəlxalq təşkilatların Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qəbul etdiyini vurğulayan Prezident İlham Əliyev haqlı olaraq işğalçı Ermənistanı beynəlxalq hüquqa və hamılıqla qəbul edilmiş qətnamələrin icrasına əməl etməməkdə qınadı və bir daha qeyd etdi ki, Dağlıq Qarabağ Azərbaycandır!:

"Hər dəfə olduğu kimi, yenə də Nikol Paşinyan ona qarşı ölkəsində olan narazı əhalinin könlünü almaq və ictimai rəydə xal qazanmaq məqsədilə ucuz şouya əl atdı. Əvvəlcə Azərbaycana böhtan atdı və irqçiliklə bağlı sərsəm fikirlər söylədi, hətta dəxli olmayan yerdə Ramil Səfərovun Macarıstandan gətirilərək əfv olunmasına da toxundu.
Ancaq cənab Prezident faşistlərə xidmət edən Nikolun nəvəsinin cavabını çox sərrast şəkildə verdi, Ermənistanın terrorçu mahiyyətini diqqətə çatdıraraq Paşinyana humanizmdən, insanlıqdan danışmamağı məsləhət gördü. Bu ölkənin keçmişini, Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyanın ekstradisiya edilərək Ermənistan prezidenti tərəfindən əfv olunmasını xatırlatdı. Sonda isə cənab Prezident çox dəqiq şəkildə hədəfə vuraraq işğalçı və terroru dəstəkləyən dövlətin baş nazirinə “sakit otur” dedi.

Hamı bilir ki, diplomatiya və siyasətdə “sakit otur” ifadəsi çox ağır və eyni zamanda qarşı tərəfi aşağılayan , amma bu məqamda Paşinyanın haqq etdiyi ifadə idi. Bu tək tənbeh deyil, həm də Paşinyanı bütün dünya qarşısında rəzil duruma salmaq və biabır etmək idi.
Bu ilin fevral ayında Münxendə aldığı “sillədən” sonra Paşinyanın utandığından bir daha İlham Əliyevlə debata girməyə cəsarət etməyəcəyi gözlənilirdi. Belə məlum olur ki, siyasətdə diletant və diplomatiyadan anlayışı olmayan, ard-ara kobud səhvlər buraxan Paşinyan tək diplomatik zərbələr almaqla kifayətlənməyəcək...".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti