...

Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunması üçün hər an ön cəbhədə vuruşmağa hazırıq

Siyasət Materials 16 İyul 2020 08:06 (UTC +04:00)
Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunması üçün hər an ön cəbhədə vuruşmağa hazırıq

Bakı. Trend:

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.

Trend Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir:

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Bütün dünyada müharibələrin susduğu bir zamanda mənfur düşmənlərimiz sərhədyanı bölgədə, xüsusilə Tovuz istiqamətində yenə də təxribatlar törətmişlər. Milli Ordumuzun kəskin cavabı sayəsində düşmən böyük itki verərək geri çəkilməyə məcbur olmuşdur.

Möhtərəm Prezident, Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunması üçün hər an ön cəbhədə vuruşmağa hazırıq.

Hörmətlə,

Həsilov Elvin Bəxtiyar oğlu

YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədri

Azərbaycan Respublikası, Qax rayonu

X X X

Hörmətli cənab Prezident!

Sizi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsi və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının üzvlərinin adından salamlayır, keçmiş döyüşçülərin daim Sizə inandıqlarını, hər an döyüş əmrinizə hazır olduğumuzu bildiririk.

Azərbaycanın inkişafını gözü götürməyən namərd qonşularımızın fitnə-fəsad törətmək cəhdləri hər zaman puça çıxıb və bu dəfə də belə oldu.

Hər bir Azərbaycan vətəndaşı bilir ki, Azərbaycan dövləti əmin əllərdədir, çünki sabitliyimizin qarantı olan Siz varsınız, sərhədlərimizi qoruyan rəşadətli ordumuz, ictimai asayişi yüksək səviyyədə təmin edən qətiyyətli polisimiz var.

Hörmətlə,

Vəliyev Etibar

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının sədri

Azərbaycan Respublikası, Tovuz rayonu.

X X X

Hörmətli cənab Prezident.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatı qəti şəkildə pisləyir, düşmən təxribatının qarşısını alan ordumuzu dəstəkləyirəm.

Əminəm ki, Sizin rəhbərliyinizlə qısa müddətdə Qarabağımızı işğaldan azad edəcəyik. Sizin iradənizə inanır, döyüşə hazır əsgəriniz kimi əmrinizi gözlədiyimi bildirirəm.

Hörmətlə,

Dünyamalıyev Kamran Əlixan oğlu

Azərbaycan Respublikası, Salyan rayonu, Həsənli kəndi.

X X X

Hörmətli cənab Prezident.

Biz daim Sizin prinsipial, qətiyyətli siyasətinizi dəstəkləyirik. Verdiyiniz hər bir əmr bizim döyüş andımızdır. İşğalçı dövlətin törətdiyi təxribatın qarşısını alan ordumuzla fəxr edirik. Bu ordu Sizin sayənizdə qüdrətlidir.

Cənab Prezident, Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatının qarşısını alan ordumuzu dəstəkləyir, keçmiş döyüşçü kimi əlimə silah alıb düşmənə qarşı döyüşməyə hazır olduğumu bildirirəm.

Sizinlə fəxr edir, qürur duyuruq. Hər birimiz Sizin əsgərinizik.

Hörmətlə,

Babayev Amid

Azərbaycan Respublikası, Salyan rayonu.

X X X

Hörmətli cənab Ali Baş Komandan.

Milli Ordumuz çətin pandemiya dövründə belə öz xalqı ilə maraqlanmayan, təcavüzkar, faşist ideologiyalı Ermənistanın son günlər Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribatlarına Sizin rəhbərliyinizlə layiqli cavab verməkdədir. Biz Sizin Qarabağ münaqişəsində tutduğunuz qətiyyətli mövqe və igid vətən oğullarının şücaəti ilə daim fəxr edirik!

Hörmətli Ali Baş Komandan, Yeni Azərbaycan Partiyası gənci olaraq Sizin əmrinizi gözləyir, ölkəm uğrunda döyüşməyə hazır olduğumu bildirirəm. Yaşasın müstəqil Azərbaycan! #hərbirimizəsgərik.

Dərin hörmətlə,

Abbasov Tələt İlqar oğlu

Azərbaycan Respublikası, Qax rayonu.

X X X

Hörmətli cənab Prezident, Ali Baş Komandan!

Sizin rəhbərliyiniz altında ordumuz bu gün dünyanın ən güclü orduları sırasında yer alır. Ordumuzda olan ruh yüksəkliyi, peşəkarlıq, müasir hərbi texnikalar hər an torpaqlarımızı azad etməyə imkan verir. Biz YAP gəncləri olaraq daim Sizin yanınızdayıq, Sizin əmrlərinizi gözləyirik! Allah Sizi qorusun!

Dərin hörmətlə,

Ədilova Aybəniz

Azərbaycan Respublikası, Xaçmaz rayonu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti