...

Ermənilərin Azərbaycana məxsus PUA-nı vurması yalanının ifşası (FOTO)

Siyasət Materials 16 İyul 2020 12:04 (UTC +04:00)
Ermənilərin Azərbaycana məxsus PUA-nı vurması yalanının ifşası (FOTO)

Bakı. Asif Mehman - Trend:

Ermənistan Müdafiə Nazirliyinin yaydığı fotonun yalan olduğu aşkarlandı.

Trend-in məlumatına görə, Ermənistan tərəfi Azərbaycana məxsus Pilotsuz Uçan Aparat (PUA) vurmasını iddia edərək foto paylaşıb.

Apardığımız araşdırma zamanı məlum olub ki, sözügedən foto 2014-ci ildə Əfqanıstanda çəkilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur.

Bir daha vətədanşaları yalan məlumatlara inanmamağa, onları paylaşmamağa və yalnız rəsmi məlumatları izləməyə dəvət edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti