...

Tovuzda döyüşlər davam edir, 1 hərbçimiz şəhid oldu

Siyasət Materials 16 İyul 2020 17:42 (UTC +04:00)
İyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir.
Tovuzda döyüşlər davam edir, 1 hərbçimiz şəhid oldu

Bakı. Samir Əli - Trend:

İyulun 16-da səhər saat 05:45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, indiyədək davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətçisi əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Bölmələrimiz düşmənin döyüş aktivliyinin qarşısını almaq məqsədi ilə cavab tədbirləri görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti