...

Ermənistandan fərqli olaraq Azərbaycan heç zaman mülki obyektlərin hədəfə alınması barədə düşünməyib - Hikmət Hacıyev

Siyasət Materials 21 İyul 2020 11:46 (UTC +04:00)
Ermənistandan fərqli olaraq Azərbaycan heç zaman mülki obyektlərin hədəfə alınması barədə düşünməyib - Hikmət Hacıyev

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistandan fərqli olaraq Azərbaycan heç zaman mülki obyektlərin hədəfə alınması barədə düşünməyib.

Trend-in məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın guya Ermnənistanın Metsamor AES-ni hədəfə alması barədə Ermənistan tərəfinin yaydığı dezinformasiyaya münasibət bildirərkən deyib.

H.Hacıyev bildirib ki, Ermənistan tərəfi qəsdən belə dezinformasiya yayaraq bu məsələni siyasiləşdirməyə çalışır. O bildirib ki, Azərbaycan tərəfi heç zaman mülki obyektləri hədəfə almaqla bağlı fikir səsləndirməyib: “Ancaq Ermənistan tərəfi dəfələrlə Azərbaycanın Mingəçevir su anbarını, neft-qaz boru kəmərlərini, Azərbaycanın şəhərlərini vurmaqla bağlı təhdid dolu bəyanatlar səsləndirib.

Bütün bunlar Ermənistanın hərbi siyasi rəhbərliyinin məkrli məqsədini göstərir. Ermənistan tərəfi bu cür məsələlərlə öz cinayətlərini ört-basdır etmək və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa cəhd edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti