...

Arzu Nağıyev: Azərbaycan ordusu tam komplektləşdirilib və güclü kadr hesabına malikdir (VİDEO)

Siyasət Materials 2 Avqust 2020 16:52 (UTC +04:00)
Arzu Nağıyev: Azərbaycan ordusu tam komplektləşdirilib və güclü kadr hesabına malikdir (VİDEO)

Bakı. Trend:

Prezidentin çağırışından sonra bir həftə ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 50 mindən çox gənc müraciət edərək vuruşmağa hazır olduğunu bildirib. Bu "Xalq-Ordu" vəhdətinin mühüm göstəricisidir. Trend-in məlumatına görə, Real tv-yə açıqlamasında Millət vəkili Arzu Nağıyev Azərbaycan ordusunun tam kompleksləşdirildiyini, güclü kadr potensialına malik olduğunu deyib: " Amma bununla belə yetişən gənc nəsil vətən, torpaq uğrunda vuruşmağa hazır olduğunu, Qarabağ məsələsində həmrəyliyini bir daha nümayiş etdirdi".

Azərbaycan Ordusu isə keçirdiyi hərbi təlimlər vasitəsilə gücünə güc qatır və döyüş qabiliyyətini artırır. Buna misal olaraq ordumuzun Türkiyə Silalı Qüvvələri ilə birgə keçirdiyi son təlimləri göstərmək olar.

Millət vəkili son Tovuz döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın əvvəlcədən planlaşdırılmış təxribatının qarşısını qəhramancasına aldığını, dövlət sərhədini və mülki insanların təhlükəsizliyini təmin etdiyini deyir. O, qeyd edib ki, Azərbaycan əskəri kimin və nəyin naminə döyüşdüyünü yaxşı bilir, bu isə əsas məsələdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti