Vüqar Rəhimzadə: İşğalçı dövlətə «dur!» deməyin zamanı çoxdan çatıb

Vüqar Rəhimzadə: İşğalçı dövlətə «dur!» deməyin zamanı çoxdan çatıb

Bakı. Trend:

Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə zidd əməlləri ilə daim dünyanın diqqətində olsa da, hələ də işğalçı dövlətə «dur!» demək problem olaraq qalmaqdadır. Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsi olmalıdır. Təəssüf ki, işğalçı dövlət bu prinsipləri kobud şəkildə pozur. Belə bir vəziyyətdə beynəlxalq təşkilatların siyasətində bütün dövlətlərə ədalət meyarının tətbiqi üçün vahid mexanizm mövcud deyil. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, həmçinin ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn tətbiqinin zəruriliyinə təkid edir. Dövlətimizin başçısı İlham Əliyevin dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan etdiyi kimi, BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, Azərbaycana gəldikdə isə bu sənədlərin icrası 25 ildən artıqdır ki, kağız üzərində qalır. Beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır. Əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür və bu dövlətlər dünyada sülhün qorunması üçün həmin prinsiplərə riayət etməklə yanaşı, beynəlxalq hüququn kobud şəkildə pozulmasına, hörmətsizlik edilməsinə imkan verməməlidirlər.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə bildirib.

V.Rəhimzadə diqqətə çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdikləri təxribata qarşı Azərbaycanın qətiyyətli cavabı beynəlxalq aləmdə böyük dəstək qazandı: "Nəzərə alsaq ki, bu gün beynəlxalq problemə çevrilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində dövlətin qətiyyətli mövqeyi, xalqın iradəsi ilə yanaşı, beynəlxalq dəstək də əhəmiyyətli rola malikdir, bu halda Azərbaycana dəstəyin miqyası göz önündədir. Ölkəmiz bu uğura biri-birindən əhəmiyyətli diplomatik addımları, ən əsası real faktlara, həqiqətlərə əsaslanan təbliğatı sayəsində nail olub. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılması, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması əsaslı şəkildə öz əksini tapıb. Bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Bir sözlə, münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Əsas olan budur ki, bu qərar və qətnamələr kağız üzərində qalmasın, real həyatda öz təsdiqini tapsın. Azərbayanın 30 ildən artıqdır ki, dünyadan gözlədiyi məhz budur".

«Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 12 iyul təxribatı ermənilərin törətdikləri ilk hadisə deyil. Tarixin hansı dövrlərinə, eyni zamanda, günün hansı vaxtına diqqət yetirsək, erməni təxribatının şahidi olarıq» söyləyən V.Rəhimzadə bildirib ki, təkcə aşağıdakı faktı qeyd etmək kifayətdir ki, ermənilərin məkrli niyyəti bir daha bəlli olsun: "Qurban bayramı olmasına baxmayaraq Ermənistan yenidən qoşunların təmas xəttində atəşkəsi dəfələrlə pozaraq bununla bütün dünya müsəlmanlarına öz hörmətsizliyini nümayiş etdirmişdir. Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiyanı dövlət siyasətinə çevirən Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox insanlığa sığmayan vandalizm aktlarını törətmişdir. Bu kimi erməni vəhşiliklərini sadalamağımız səbəbsiz deyil. Ermənistana törətdiyi təxribatlara görə hansısa ciddi sanksiyanın təbiq olunmaması, «gözün üstə qaşın var» deyilməməsi onu daha da fəallaşdırır, işğalçılığı, terror və təxribatlarının miqyasını genişləndirməyə ruhlandırır".

Baş redaktor vurğulayıb ki, Ermənistanın hər bir təxribatının qarşısı Azərbaycan dövləti tərəfindən qətiyyətlə alınır: "Bu, Azərbayanın suveren hüququdur. Müstəqil dövlət olaraq öz ərazi bütövlüyünü, suverenliyini, milli maraqlarını qorumaq hüququndan irəli gələn addımlarıdır. Əgər dünya dövlətləri, beynəlxalq təşkilatlar qəbul etdikləri qərarların kağız üzərində qalması ilə kifayətlənib otururlarsa, bu, artıq dünyada hüquq probleminin pik həddə çatmasına, beynəlxalq hüquq normalarının icrası üçün vahid mexanizmin olmamasına bir işarədir. Bu gün Azərbaycan dövləti Ermənistanın 12 iyul təxribatına ona görə daha çox diqqət yönəldir ki, əgər işğalçı dövlətə ciddi beynəlxalq təzyiq göstərilsəydi dünyanın əksər dövlətlərində, o cümlədən demokratiyanın beşiyi sayılan ABŞ-da azərbayanlıların aidiyyəti qurumların icazəsi əsasında keçirdikləri dinc aksiyalara, o cümlədən səfirliklərimizə, konsulluqlarımıza xarici ölkələrdəki erməni-daşnak tör-töküntüləri tərəfindən hücumlar edilməzdi. Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdikləri təxribat beynəlxalq hüquq baxımından Azərbaycana qarşı təcavüzdür. İşğalçı dövlətin son təxribatlarına hansı tərəfdən yanaşsaq, bütün beynəlxalq konvensiyaların tələblərinə ziddir, hüquq normalarının kobud şəkildə pozulmasıdır, demokratik dəyərlərə hörmətsizlikdir. Azərbaycan tərəfinin hər bir addımını lupa ilə izləyib, ən xırda məqamı belə gözdən qaçırmayan, dərhal ölkəmizi demokratik dəyərlərə hörmətsizlikdə, yaxud demokratiyanın tələblərini pozmaqda ittiham edən beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən ABŞ Dövlət Departamenti ermənilərin və erməni diasporunun törətdiyi əməllərə laqeyd yanaşmağı daha məqsədəuyğun hesab edir. ABŞ Dövlət Departamenti dünya dövlətlərində insan hüquqlarının qorunmasına dair illik hesabatlarında daim Ermənistanı demokratiyanın tələblərinə böyük hörmətlə yanaşan ölkə kimi dəyərləndirib. Bunun nəticəsidir ki, bu gün istər ABŞ-da, istərsə də digər ölkələrdə demokratik dəyərləri kobud şəkildə pozan ermənilərin təxribatçı hərəkətlərinə göz yummağı özləri üçün çıxış yolu hesab edirlər".

"Azərbaycan diasporunun fəallığı erməni lobbisini və Ermənistan hakimiyyətini çətin duruma salıb" söyləyən V.Rəhimzadə qeyd edib ki, Azəbaycan diasporunun fəaliyyəti, həqiqətlərimizin təbliği, erməni yalanlarının ifşası istiqamətində atdığı addımlar göz qabağındadır: "Bu gün dünya, eyni zamanda, Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birliyinin, həmrəyliyinin şahididir. Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın Diasporla İş üzrə Komitədə 4 nəfərin vəzifəsini dəyişməsi və 10 əməkdaşı işdən çıxarması da Azərbayacan diasporunun gücünü həzm edə bilməməsindən irəli gəlir. Artıq Ermənistan hakimiyyəti görür ki, müstəilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni diasporuna dünyada cərəyan edə proseslərə təsir etmək imkanı yaratsa da, bu gün artıq Azəbaycan diasporunun gücü həmin mifi dağıtmışdır. Xarici ölkələrdəki soydaşlarımızın vahid bir qüvvə kimi Azərbaycanın haqq səsini dəstəkləməsi, təxribatlardan uzaq olaraq dinc yolla və qanuni şəkildə Ermənistanın vandalizminə qarşı etiraz aksiyaları keçirməsi dünyaya bir daha ədalət çağırışıdır. Son günlərdə Belçika və ABŞ-da günahkarların həbs olunması və istintaqın davam etməsi ilə bağlı məlumatlar yayılmaqdadır. İnanırıq ki, beynəlxalq hüququn norma və prinsiplərinin məkana və zamana görə tətbiqi tendensiyası bir kənara qoyularaq ədalət meyarı öndə saxlanılmaqla günahkarlar cəzalandırılacaq, bununla da aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar özlərinə inam fomalaşdırmaq imkanı qazanacaqlar".

Bakıda birmərtəbəli ev yanıb
Bakıda birmərtəbəli ev yanıb
Sumqayıtda yanğın olub, 1 nəfər zəhərlənib
Sumqayıtda yanğın olub, 1 nəfər zəhərlənib
Abşeronda evdə yanğın baş verib
Abşeronda evdə yanğın baş verib
Loading Bars
Xəbər lenti
Avropa İttifaqı Şurasının rəhbəri Dağlıq Qarabağda atəşi dayandırmağa çağırdı
Rusiyalı analitik: Azərbaycanın dinc əhalisinə raket-artilleriya zərbəsi Ermənistanın aşkar nasist rejiminin qanunauyğun mahiyyətidir
Hikmət Hacıyev: Ermənilər sosial şəbəkələrdə köhnəi dövrə aid kadrlar yayır
Baş Prokurorluq: Mülki əhalidən 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər
Politoloq: Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə alması onun mənfur siyasətinin nümunəsidir
ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda əməliyyatları dayandırmağa çağırıb
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng etdi
KTMT işğal olunmuş Qarabağda döyüşlərlə bağlı bəyanat yayıb
Çavuşoğlu və Lavrov Ermənistanla Azərbaycan arasındakı gərginliyi müzakirə edib
Hikmət Hacıyev: Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
Zaxarova: Lavrov Dağlıq Qarabağda vəziyyətlə əlaqədar intensiv əlaqələr yaradır
Müdafiə Nazirliyi işğaldan azad edilən kəndlərin adını açıqladı
Bir sıra ərazilər düşməndən azad edilib - Hikmət Hacıyev AÇIQLADI
Hikmət Hacıyev: Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib və bu, Ermənistanı qorxuya salır
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib (FOTO)
Ermənistanın yeni rəhbərliyi diplomatik müstəvidə təxribatlara əl ataraq danışıqlar prosesinə son qoyub - Fərid Şəfiyev
Deputat: Torpaqlarımızı tam olaraq işğaldan azad edəcəyik
Prezident İlham Əliyev: Bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir
Səfir: Türkiyə Azərbaycanın hər zaman yanında oldu və olmağa davam edəcək
Prezident İlham Əliyev: Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir
YAP cəbhə boyu erməni hərbi təxribatları ilə əlaqədar bəyanat yayıb
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb
Hulusi Akar: Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə sona qədər azərbaycanlı qardaşlarımızın yanındayıq
Prezident İlham Əliyev: Bu cinayətə görə Ermənistan cavab verəcəkdir
Vətəndaşlarımız döyüşmək üçün müraciət edir - Səfərbərlik Xidməti
Ermənistan daha 10 hərbiçisinin öldüyünü açıqlayıb
Prezident İlham Əliyev: BMT kürsüsündən də demişdim ki, yeni müharibəyə hazırlaşan Ermənistan dayandırılmalıdır və dayandırılacaq
Türkiyə parlamentinin sədri: Ermənistan bölgədə sülhə təhlükə yaradan islaholunmaz terror dövlətidir
Deputat: Cəbhədə gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür
QHT-lər ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət etdi
Litva və Latviya XİN rəhbərləri Ermənistanın Qarabağda irimiqyaslı təxribatı ilə əlaqədar narahatlıqlarını ifadə edib
Prezident İlham Əliyev: Bizim işimiz haqq işidir, biz zəfər çalacağıq
Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik elan edilib
Prezident İlham Əliyev: Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq
Prezident İlham Əliyev: Ermənistan öz cəzasını alıb və alacaq
Anar Eyvazov: Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var
Ombudsman Ermənistan tərəfindən atəşkəs rejiminin növbəti dəfə kobud şəkildə pozulmasına etiraz olaraq bəyanat yayıb
Baş Prokurorluq düşmən atəşi nəticəsində yaralanan vətəndaşlarımızın bəzilərinin adlarını açıqladı -SİYAHI
Prezident İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır
Rusiya XİN Qarabağdakı döyüşlərlə bağlı bəyanat yaydı
MN: İşğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparılır
Prezident İlham Əliyev: Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir
Azərbaycan Prezidenti: Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur
Mətbuat Şurası kütləvi informasiya vasitələrinin təmsilçilərinə müraciət edib
İbrahim Kalın: Ankara Bakını dəstəkləyir və Ermənistanın Azərbaycandakı son hərəkətlərini qınayır
Dağlıq Qarabağın azərbaycanlı icması Ermənistanın sonuncu hücumları ilə bağlı bəyanat yaydı
Türkiyə XİN: Azərbaycan necə istəyirsə, dəstəyimiz də o cürə olacaq
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib (FOTO) (YENİLƏNİB)
Ermənistan ölən hərbiçilərin adlarını açıqlamağa başlayıb - SİYAHI
Türkiyə Prezidenti Administrasiyası: Bölgədə sabitliyin pozulmasına görə Ermənistan məsuliyyət daşıyır
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
Ordumuza məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının vurulması yalandır - MN
Ordumuzun bir döyüş helikopteri zədələnib, helikopter öz ərazimizə endirilib - RƏSMİ
Nazirlik: Azərbaycanda internetin verilməsi məhdudlaşdırılıb
Gürcü ekspert: Ermənistan hakimiyyəti qırmızı xətti keçib
Bakıda birmərtəbəli ev yanıb
Qazaxıstanda koronavirusa daha 64 nəfər yoluxub
Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib
MN: Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
Hikmət Hacıyev: Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür
MN: Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır
Sumqayıtda yanğın olub, 1 nəfər zəhərlənib
ABŞ-ın Ayova ştatında atışma baş verib, ölən və yaralananlar var
MN: Ermənistan hərbi birləşmələri yaşayış məntəqələrimizi və mülki əhalini atəşə tutdu
Kolumbiyada atışma olub, ölənlər var
Ebeko vulkanı 3,8 km hündürlüyə tüstü püskürüb
Kanadada təyyarə qəzaya uğrayıb
"Çelsi"nin futbolçusu Kante "İnter"ə keçməyə razılıq verib
Moskvada koronavirusdan daha 18 nəfər ölüb
Azərbaycandan Türkiyəyə qaz ixracı əhəmiyyətli dərəcədə artıb
Rumıniyada yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək
Silahlılar Konqonun ikinci böyük şəhəri üzərində nəzarət yaratmağa çalışıblar
Suriyada partlayış baş verib, 7 nəfər ölüb
Türkiyədə koronavirusdan sağalanların sayı 274 min nəfəri ötüb
Ermənistanın işğalçılıq siyasəti, terrorizmə dəstəyi “Hədəf”də müzakirə olunub
İstanbulda meşə yanğını baş verib
Pakistanlı deputat: Ermənistanın etno-faşizmi regional stabilliyə təhlükə törədir
Kiçik Qızılağac körfəzinə balıq körpələri buraxılıb (FOTO/VİDEO)
Dünyanın ən "çirkin" təyyarəsinin adı açıqlanıb
Baş nazirin müavini cəbhə boyu yaşayış məntəqələrində olub
Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlanır
Abşeronda evdə yanğın baş verib
"Təhsildə online platformalardan istifadə qaydalarının öyrədilməsi" layihəsi uğurla başa çatıb (FOTO)
Cüdo idman növü üzrə paralimpiya komandalarımız təlim-məşq toplantısında iştirak edir (FOTO)
Akif Qurbanov: Payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarına yoluxma arta bilər (VİDEO)
Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olunub
Deputat: Prezident İlham Əliyev BMT-də bir daha Ermənistanın işğalçılıq və müharibə planlarını ifşa etdi
Bu gün Bakıda 553 küçə dezinfeksiya edilib (FOTO)
Azərbaycan nefti bahalaşıb
Nazirlik regionlarda ictimai nəqliyyatda təmassız ödənişin tətbiqi barədə
Qlobal çağırışlar və Azərbaycanın baxış bucağı
Şamil Ayrım: Nikol Paşinyanın davranışlarına baxdıqda onun bölgədə sülh və sabitlikdən uzaq bir siyasət apardığını görürük
Rusiyanın koronavirus vaksini uşaqlar üzərində sınaqdan keçiriləcək
10 şagirddə koronavirus aşkarlandı
Mingəçevir Dövlət Universitetində turizm sahəsi üzrə kadr hazırlığına həsr olunan birgə layihəyə start verilib (FOTO)
Bakıda yol qəzası olub, nəqliyyatın hərəkətində sıxlıq var (FOTO)
Baş Nazir Əli Əsədov ukraynalı həmkarına başsağlığı verib
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
Bütün xəbərlər