...

Baş Nazir Əli Əsədov ukraynalı həmkarına başsağlığı verib

Siyasət Materials 26 Sentyabr 2020 16:01 (UTC +04:00)
Baş Nazir Əli Əsədov ukraynalı həmkarına başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov sentyabrın 26-da Ukraynanın Baş Naziri Denis Şmıqala başsağlığı məktubu göndərib.

Trend Nazirlər Kabinetinə istinadən xəbər verir ki, məktubda deyilir:

“Xarkov vilayəti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti