...

Millət vəkili cəbhə bölgəsində mövcud durumla bağlı fikirlərini bölüşüb

Siyasət Materials 27 Sentyabr 2020 17:48 (UTC +04:00)
Millət vəkili cəbhə bölgəsində mövcud durumla bağlı fikirlərini bölüşüb

Bakı. Elçin Mehdiyev - Trend:

Hazırda cəbhəyanı bölgəmizdə, Füzuli rayonunda olan millət vəkili Vüqar Bayramov döyüş şəraitinin Ordumuzun tam nəzarəti altında olduğunu bildirib:

Trend-in məlumatına görə, V.Bayramov qeyd edib ki, kəndlərimizin, mülki vətəndaşlarımızın düşmən atəşinə məruzqalma faktı var:

"Yaralanların sayı ilə bağlı dəqiqləşdirmələr aparılır. Ancaq yüksək əhval-ruhiyyəsi, əzmkarlığı ilə seçilən Ordumuz düşmən təxribatının qarşısını layiqincə almaqdadır. Bu həssas məqamda milli birlik nümayiş etdirməyimiz də vətənpərvərlik hissinin göstərcisidir. Ali Baş Komandanımıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza inanırıq. Bizim işimiz haqq işidir!”

Millət vəkili mövcud durumla bağlı davamlı olaraq insanları doğru məlumatlandırmağın, dezinformasiyaların qarşısını almağın önəmini də vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti