...

Hikmət Hacıyev: Bu gecədən hərbi vəziyyət elan edilir

Siyasət Materials 27 Sentyabr 2020 18:40 (UTC +04:00)
Hikmət Hacıyev: Bu gecədən hərbi vəziyyət elan edilir

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gecə saat 00.00-dan qüvvəyə minən qərara əsasən, sabah saat 21.00-dan 6:00-dək hərbi vəziyyət olacaq.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki,Azərbaycan Resbuplikasında hərbi vəziyyət elan edilməsi ilə bağlı fərman imzalanıb.

"Erməni təxribatını nəzərə alaraq Azərbaycanda 28 sentyabr 2020-ci il saat 00:00 tarixdən hərbi vəziyyət elan edilir.

Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Beyləqan, Ağdam, Tərtər, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat 21:00-dan 6:00-dək hərbi vəziyyət elan edilib. Xüsusi giriş çıxış müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti