...

Ərdoğan: 30 ildir münaqişənin həllində heç bir iş görməyənlər indi bəyanat verir

Siyasət Materials 28 Sentyabr 2020 15:22 (UTC +04:00)
Ərdoğan: 30 ildir münaqişənin həllində heç bir iş görməyənlər  indi bəyanat verir

Bakı. Trend:

Qardaş Azərbaycanın yanındayıq. 30 ildir münaqişənin həllində heç bir iş görməyənlər indi bəyanat verir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyir Ərdoğan deyib.

Onun sözlərinə görə, bəzi qüvvələr iddia edir ki, Türkiyə ordusu münaqişə zonasında iştirak edir, Azərbaycana silah yardımı edir. Elə düşünürlər ki, Azərbaycan onlara hesab verməlidir.

Türkiyə Prezidenti bildirib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsillə bölgdə sülh və əminamanlıq bərpa oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti