...

Mərakeş Krallığı Dağlıq Qarabağla bağlı nota verdi

Siyasət Materials 1 Oktyabr 2020 19:37 (UTC +04:00)

Bakı. Trend:

Mərakeşin Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinə ünvanlandığı 28 sentyabr 2020-ci il tarixli notasında Dağlıq Qarabağ regionundakı hərbi insidentlərin Mərakeş Krallığı tərəfindən narahatlıqla izləndiyi və günahsız mülki vətəndaşların ölümündən təəssüf hissinin keçirildiyi bildirilir.

Trend-in məlumatına görə, notada Mərakeş tərəfləri təmkinli olmağa, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll etməyə çağırır:

“Mərakeş Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, istənilən separatçılıq və ya silahlı üsyan addımlarını qınayır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti