Bakı. Trend:
Cari ilin 02 oktyabr tarixində Braziliyanın nüfuzlu "TV Comunitaria" telekanalında səfir Elxan Poluxovun ölkəmizə həsr edilmiş müsahibəsi efirə gedib. Müsahibə çərçivəsində Braziliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, qarşılıqlı səfərlər, iqtisadi, siyası, mədəni və digər sahələri əhatə edən məsələlərə toxunulub.
Azərbaycanın Braziliyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, səfir Ermənistanın Azərbaycan qarşı təcavüzü, bölgədə apardığı destruktiv və təhlükəli siyasətdən danışmışdı. Qeyd olunmuşdur ki Ermənistan rəhbərliyinin həyata keçirtdiyi siyasət Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan bütün sülh danışıqlara son qoyub və təcavüzkar siyasətin davamıdır. Səfir vurğulamışdır ki bu siyasətin yeridilməsinə beynəlxalq aləmin münaqişəyə laqeyd qalması şərait yaradır və dünya və Braziliya ictimaiyyətini Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb. Azərbaycanın danışıqları yalnız danışıq məqsədləri üçün aparmaqdan imtina etdiyi mövqe də tamaşaçıların nəzərinə çatdırlıb.
30 dəqiqə davam edən müsahibə Braziliyanın geniş auditoriyasının diqqətini çəkib və ölkəmiz haqqında gedən silsilə proqramların növbəti bir hissəsi olub.