...

Ermənistan dinc sakinləri niyə atəşə tutur? - İZAH

Siyasət Materials 4 Oktyabr 2020 14:59 (UTC +04:00)
Ermənistan dinc sakinləri niyə atəşə tutur? - İZAH

Bakı. Trend:

Məlum olduğu kimi artıq neçə gündür ki, ermənilər azərbaycanın mülki əhalisini atəşə tuturlar. Bir neçə gün bundan əvvəl Cocuq Mərcanlı, Tərtər, Goronboy rayonlarında biz bunun şahidi olurduq.

Bunu Trend-ə açıqlamasında Deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, bu gündən etibarən isə ermənilərin Gəncəni hədəf seçməklərinin şahidi oluruq. Bu Beynəlxalq qurumların bütün normalarına ziddir. Ermənistanın belə bir addım atması təxribat xarakteri daşıyır. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün Dağlıq Qarabağda döyüşlər aparır və Azərbaycanın bir şərti var ki, Ermənistan işğal etdiyi torpaqları boşaltsın. Ermənistan isə təəssüflə qeyd etmək lazımdır ki, mülki əhaliyə atəş açır, bizim müxtəlif şəhərləri tez-tez top və mərmi atəşinə tutur:

"Burada da əsas məqsəd ondan ibarətdir ki, əhali arasında təşviş yaratsın və əhali bu rayonları tərk etsin. Sosial şəbəkələrdən izləyəndə ermənilər guya Azərbaycan xalqına canları yanırmış kimi müraciətlər ünvanlayırlar ki, xahiş edirik əgər ölmək istəmirsinizsə bu əraziləri tərk edin. Bu da bir təxribat məqsədi daşıyır ki, əhali bu yerləri boşaltsın. Ermənistanın digər məqsədi də ondan ibarətdir ki, Beynəlxalq qurumların diqqətini bura çəksin. Yəni Azərbaycan Ermənistan ərazisini atəşə tutsun və onlar da bundan istifadə edərək müəyyən dırnağarası uğurlara nail olsun. Yəni Beynəlxalq qurumlar münaqişəyə cəlb olunsun, xarici dövlətlərə nümayiş etdirsin ki, Azərbaycan müharibəni Ermənistanla aparır. Bildiyiniz kimi Ermənistanın baş naziri dünənki, sərsəm bəyanatında da bu məsələyə toxunmuşdur ki, Azərbaycan bu müharibəni dayandırmasa Azərbaycanlılar ermənilərin soyqrımını həyata keçirəcəklər. Bunların hamısı absurtdur".

Deputat bildirib ki, Azərbaycan öz ərazisində işğalçıların buradan çıxarılması üçün zəruri tədbirləri həyata keçirir. Ermənistan isə təcavüzkardır və təxribatçıdır. Bu məsələdə maksimum soyuqqanlı olmalıyıq. Əsas diqqəti, gücü yönləndirməliyik işğaldan azad olan torpaqlarımızın azad olunmasına. Biz inanırıq ki, tez bir zamanda Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə bu torpaqların işğaldan azad olunmasına nail olacaq:

"Ermənistan bu gün artıq çökmüş vəziyyətdədir. Çoxlu texnika itirilib, əskər və zabitləri həlak olub. Mən izləyirəm onları, onlar könüllüləri, veteranları orduya cəlb edirlər. Onların çoxunun təminatı yaxşı səviyyədə deyil. Baxırsan ki, hərbi geyimləri belə yoxdur. Ermənistanın gücü, imkanları tükənib. Son nəfəslərin alırlar. Vəziyyətdən çıxmaq üçün hər yola gedirlər. Amma Azərbaycan öz qərarını Beynəlxalq qurumlara və eyni zamanda ayrı-ayrı dövlətlərin rəhbərlərinə ki, biz müharibəni dayandırırıq. Bir şərtlə ki, Ermənistan bizim bütün torpaqlarımızı işğaldan azad etsin. Yalnız bundan sonra Azərbaycan müharibəni dayandıracaq. Bir daha qeyd etmək istərdim ki, biz qısa bir zaman ərzində öz torpaqlarımızı işğaldan azad edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti