...

Elçin Mirzəbəyli: Ermənistanın jurnalisitləri silahlandırması onların qanunsuz hərbi birləşmələrin tərkibində döyüşdüklərini sübuta yetirir

Siyasət Materials 5 Oktyabr 2020 17:39 (UTC +04:00)
Elçin Mirzəbəyli: Ermənistan jurnalisitlərinin silahlanması onların qanunsuz hərbi birləşmələrin tərkibində döyüşdüklərini sübuta yetirir
Elçin Mirzəbəyli: Ermənistanın jurnalisitləri silahlandırması onların qanunsuz hərbi birləşmələrin tərkibində döyüşdüklərini sübuta yetirir

Bakı. Elçin Mehdiyev – Trend:

Jurnalist əlinə silah aldığı andan onun peşə fəaliyyəti sona yetir. Dünyanın əksər ölkələrinin, o cümlədən bütün nüfuzlu beynəlxalq təşkilatların Jurnalistlərin Peşə Etikası Kodeksi ilə bağlı qəbul etdikləri sənədlərdə bu prinsip əsas götürülür.

Bunu Trend-ə əməkdar jurnalist Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli vurğulayıb ki, beynəlxalq təcrübədə jurnalistin əlinə silah aldığına görə peşə fəaliyyətinə son verildiyi ilə bağlı çoxsaylı faktlar var:

“Onlardan birini nümunə gətirim. 2016-cı ilin dekabrında ABŞ-dan yayımlanan “The Blaze” adlı mediaresursunun müxbiri Ceyson Battrill İraqın Mosul şəhərində əlinə sadəcə silah alıb şəkil çəkdirdiyi və bunu özünün “Tvitter” səhifısində paylaşdığı üçün jurnalist təşkilatlarının ciddi qınağına tuş gəlmişdi və onu dərhal İraqdan geri çağıraraq jurnalist kimi fəaliyyətinə son vermişdilər.

Jurnalistin silahı sözdür, qələmdir, noutbuk, mikrafon, diktafon və telekameradır. Jurnalist heç bir halda üzərində silah gəzdirə bilməz. Silahlı jurnalist döyüşçüdür, media təmsilçisi deyil.

Bu baxımdan, Ermənistan jurnalisitlərinin silahlanması onların peşə fəaliyyətilə məşğul olmadığını, işğalçı qüvvələrin, qanunsuz hərbi birləşmələrin tərkibində döyüşdüklərini sübuta yetirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti