...

Prezidentin köməkçisi: Beynəlxalq ictimaiyyəti bu vəhşiliyi, vandalizm aktını qəti şəkildə pisləməyə çağırırıq

Siyasət Materials 11 Oktyabr 2020 14:52 (UTC +04:00)
Prezidentin köməkçisi: Beynəlxalq ictimaiyyəti bu vəhşiliyi, vandalizm aktını qəti şəkildə pisləməyə çağırırıq

Bakı. Trend:

Toplanmış materiallar həm prokurorluq, həm də Xarici İşlər Nazirliyinin xətti ilə müvafiq beynəlxalq təşkilatların da diqqətinə çatdırılacaq. Biz beynəlxalq ictimaiyyəti bu vəhşiliyi, bu vandalizm aktını qəti şəkildə pisləməyə çağırırıq.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə keçirilən brifinqdə deyib.

Prezidentin köməkçisi deyib: “Beynəlxalq ictimaiyyəti baş vermiş bu hadisələrə adekvat cavab verməyə çağırırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti