Bakı. Trend:
Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik.
Trend-in məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, atəşkəs rejimini pozan Ermənistan mülki obyektləri, qadın və uşaqlar da daxil olmaqla günahsız əhalini vurmaqda davam edir:
“İnanıram ki, Azərbaycan Silahlı Qüvvələri həlak olan dinc əhalinin qanını yerdə qoymayacaq. Ərazi bütövlüyünün bərpasına, doğma torpaqlarına qovuşma mübarizəsində Azərbaycan türkü qardaşlarımızın yanında olmağa, haqlı mübarizələrində onları dəstəkləməyə davam edəcəyik”.