...

Erməni “Meydan”ı...

Siyasət Materials 21 Oktyabr 2020 20:43 (UTC +04:00)
Erməni “Meydan”ı...

Bakı. Trend:

Sentyabrın 27-dən başlayaraq Azərbaycan 30 ilə yaxındır işğal altında olan öz torpaqlarında haqq mübarizəsi aparır. Ordumuzun işğalçı Ermənistana qarşı apardığı bu mübarizə həm ölkədə, həm də Azərbaycanın hüdudlarından kənarda yaşayan həmvətənlərimizdə inanılmaz bağlılıq yaradıb. Bu gücdən ilham alan ordumuz inamla irəliləyir və tez-tez ölkə rəhbərliyi tərəfindən işğaldan azad olunan ərazilərimizin adları açıqlanır.

Bu, bizim haqq savaşımızdır və sonunun zəfərlə bitəcəyi heç kimdə şübhə doğurmur. Bu gün təkcə azərbaycanlılar deyil, Azərbaycana heç bir bağlılığı olmayanlar da bu mübarizəni maraqla izləyir və ölkəmizə dəstəyini müxtəlif yollarla açıqlayırlar.

Lakin belə bir məqamda Azərbaycanın apardığı haqq savaşına qarşı çıxanlar da var. Bunlardan biri də içimizdə olub, lakin qarşı cəbhəyə xidmət edən "Meydan TV"dir.

Bu, əslində, indi bilinən həqiqət deyil. Bu, planlanlaşdırılmış bir layihə idi və hazırda davam edən proseslər nəticəsində də sözün həqiqi mənasında sözügedən internet televiziyası özünü bir daha ifşa etmiş oldu.

Bunun nəticəsidir ki, Meydan TV növbəti dəfə özünün ermənilərlə bağlılığını ortaya qoyub. Dəfələrlə ermənilərdən və erməni lobbisinə bağlı təşkilatlardan qrantlar aldığı məlum olan kanalın “Müharibə, yoxsa insan həyatı?” başlıqlı məqaləsi cəbhədəki əsgərə ən böyük xəyanətlərdən biri deyil, bəs nədir?

Sözügedən kanal Azərbaycanın uzun müddət sülhlə bağlı danışıqlara sadiq qaldığını, müxtəlif vaxtlarda erməni təxtibatları ilə üzləşdiyini ön plana çəkmək əvəzinə, niyə belə yola ət atır? Artıq bu sualın cavabı aydındır!

Məqalənin müəlliflər bölməsində “Anonymous Anonymous” yazılmağı da məqalənin ermənilər yaxud ermənilərə bağlı qurumlar tərəfindən yazıldığını sübut edir. Əks təqdirdə xəyanət yazısının müəllifləri açıq şəkildə qeyd olunardı.

Onu da qeyd edək ki, bundan əvvəl də Meydan TV müxtəlif erməni müəlliflərlə əməkdaşlıq edib. Onnik Krikoriyan, Qayana Mkrtıçyan, Edita Badasyan kimi erməni jurnalistlər sülhlə bağlı “layihələrini” Meydan TV vasitəsiylə yayıblar.

Bundan başqa, dəfələrlə cəbhə bölgəsindəki gərginliklərdə erməni sosial media seqmentinin üzdə olan bloggerləri Meydan TV-nin materiallarına istinadlar ediblər. 2016-cı ilin aprel döyüşlərində Ani Marqaryan adlı erməni "facebook" sosial şəbəkəsində "Meydan TV"-nin yazısını paylaşaraq öz həmyerlilərini sakitləşdirməyə cəhd edir və onları əmin etməyə çalışır ki, guya Azərbayan müharibəyə hazır deyil.

Ani Marqayan "Meydan TV"-yə istinadən edərək qeyd edir ki, guya Azərbaycanda devalvasiyadan sonra insanların hökumətə olan inamı tamamilə azalıb, iqtisadi böhrana görə azərbaycanlılar müharibəyə hazır deyillər.

Bundan bir müddət əvvəl də Meydan TV-yə iş elanıyla bağlı erməni jurnalist Onnik Krikorian elan paylaşmış və Meydan TV-nin CEO-ları arasında ermənilərin olmağı ciddi müzakirə olunmuşdu.



Meydan TV müxtəlif dövrlərdə ermənilərlə bağlı olan paylaşımlarda erməni xalqının şüuraltı olaraq xalqın beynində yüksəldilməsi taktikası həyata keçirib. “Meydan TV”-nin öz facebook səhifəsində erməni aktyor Frunzik Mkrtçyanın şəklini paylaşması və onu yubileyilə bağlı təbrik etməsi, üstəlik, az qala ruhuna bir “salavat” istəməsi sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına səbəb olmuşdu.



Qərbdən ermənilərə dəstək və Azərbaycanın haqq işinə olan təzyiqlər fonunda Meydan TV-nin indiki paylaşımı onun bağlı olduğu qüvvələri açıq-aydın ortaya qoyur. “Meydan TV” ilə bağlı İsveçrədə yaşayan müxalif yönümlü yazar, “Meydan TV”-nin əvvəlki rəhbərlərindən Ələkbər Əliyevin maraqlı fikirləri ictimailəşdirilmişdi. Onun sözlərinə görə, adıçəkilən media qurumu hazırda Qərb dövlətlərinin idarəsi altındadır. Saytın və TV-nin Qərb fondlarının tabeçiliyinə keçdiyini bu günə qədər də yüksələn xətlə, yaxşı maliyyə imkanları ilə fəaliyyət göstərdiyini deyən Ə.Əliyev bildirib ki, saytın Azərbaycanla heç bir orqanik bağı yoxdur.

Sitata diqqət yetirək: “Diqqət edin bu pisdir, yaxşıdır demirəm. Qiymət vermirəm. Sadəcə olduğu kimi dilə gətirilməsini istəyirəm ki, "Meydan TV"-nin “Azadlıq Radiosu”ndan, “BBC”dən, "Amerikanın səsi"ndən heç bir fərqi yoxdur. Bu sayt da digər üç qurum kimi, xaricilərə tabe olan, onların direktivləri ilə otutub-duran, siyasəti tamamilə Qərbdə təyin olunan layihədir. Bunun deyilməməsi ədalətsizlikdir. Bu sıradan bir qrant, hansısa fonddan alınan 3-5 avro deyil, bu qədər məsum deyil yəni. Bütün bosslar tamamilə xaricilərdir”.

Məsələ burasındadır ki, müxtəlif dövrlərdə Meydan TV-nin ermənilərlə işbirliyi fərqli təzahürlərlə ifşa olunub. Meydan TV-nin ermənilərlə yaxından əməkdaşlıq əlaqələri qurduğu və iş birliyi həyata keçirdiyinə dair yeni faktlar meydana çıxıb. Məlum olub ki, bu resurs özünün anti-Azərbaycan təbliğatını həm də erməni əsilli Anton Kamaryan adlı şəxslə birlikdə həyata keçirir.
Əldə etdiyimiz məlumata əsasən, A.Kamaryan erməni əslilli Gürcüstan vətəndaşıdır və hazırda Tbilisidə yaşayır. O, 2006-2010-cu illərdə Suxumi Dövlət Universitetinin "Riyaziyyat və Kompüter Elmləri” fakültəsində informasiya texnologiyaları ixtisası üzrə bakalavr, 2013-2018-ci illərdə isə magistr təhsili alıb. 2011-ci ildən müxtəlif şirkətlərdə veb-proqramçı olub. Hazırda Gürcüstanda "ForSet” təşkilatında veb-proqramçı vəzifəsində işləyir və paralel olaraq Meydan TV-nin layihələrində fəal şəkildə çalışır.

A.Kamaryan ardıcıl şəkildə Ermənistana səfərlər edir, internetdə onun bu ölkənin dövlət strukturları ilə yaxın təmaslarına dair faktlar kifayət qədərdir. Kamaryanın Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqələri vardır. Yerevanda hazırlanmış bir sıra materialların məhz onun vasitəsilə Meydan TV-yə ötürüldüyü və sonrakı mərhələdə sosial şəbəkələrdə fəal istifadə edildiyi şübhə doğurmur. Belə demək mümkündürsə A.Kamaryan hazırda Ermənistanın dövlət strukturları ilə Meydan TV arasında vasitəçi funksiyasını yerinə yertirir.

Digər araşdırmamız zamanı Meydan TV-nin erməni lobbisi ilə yaxın əlaqələrinə dair ciddi faktlar meydana çıxıb. Əminliklə demək olar ki, bu saytla yaxından əməkdaşlıq edən digər erməni əsilli şəxs onun erməni lobbisi ilə əlaqələrində vasitəçi rolunu oynayır, həm maliyyə, həm də sifarişləri çatdırır.

Meydan TV-nin sülhlə bağlı sonuncu yazısı da birbaşa erməni fondlarıyla işləyən azərbaycanlılara istinadlarla zənginləşdirilib. Zamirə Abbasova və Leon Aslanov kimi “ekspertlərin” bu millətə heç bir bağlılığı yoxdur.

Meydan TV-nin iqtibas gətirdiyi Arzu Qeybulla isə uzun illər erməni lobbisi və erməni mediaları ilə işləməklə ad çıxarıb. Türkiyənin İstanbul şəhərində nəşr edilən və bu ölkədə yaşayan ermənilərə məxsus "AGOS” qəzetində yazdığı məqalələrdən sonra özünə havadar tapan Arzu Qeybulla yenidən ermənilərin oyuncağına çevrilib. Meydan TV-nin sülhlə bağlı yazısında istinad etdiyi Arzu Qeybulla Ahvalnews yayımında Azərbaycan və Türkiyə düşməni Alin Ozinianla eyni fikirləri paylaşır.

İnsan hüquqları fəalı kimi çıxış edən aktivist Arzu Qeybullanın müharibəylə bağlı fikirləri etirazla qarşılanıb. Belə ki, Arzu Qeybulla Ahvalnews.com saytının qonağı olarkən söylədiyi böhtan dolu fikirlər sosial şəbəklərdə azərbaycanlı istifadəçilər tərəfindən tənqid edilib.

Əvvəla bu video yayımın verildiyi Ahvalnews.com adlı xəbər saytının mənbəsini araşdırmaq və baxmaq lazımdır. Araşdırarkən ortaya çıxır ki, Ahvalnews xəbər saytı, BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) tərəfindən maliyyələşdirilir və əsasən Türkiyəyə qarşıdır, Türkiyə əlehinə xəbərlər, yazılar verirlər. Ələxüsus da Türkiyə iqtidarına qarşı. Bu saytdakı xəbərlərin, araşdırmaların içinə baxarkən hər şey məlum olur zatən. BBC, Azadlıq radiosu kimi bir saytdır, amma daha çox Türkiyə iqtidarına qarşı açıq şəkildə iftiralar edilir. Məqsəd də Türkiyənin dəstəklədiyi dövlətləri Türkiyədən uzaqlaşdırmaq, iqtidarı xalqın gözündə etibarsızlaşdırmaqdır və digər düşmənçiliklərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti