...

Prezident İlham Əliyev: İşğal olunmuş bütün ərazilər qaytarılmalıdır

Siyasət Materials 22 Oktyabr 2020 14:26 (UTC +04:00)
Prezident İlham Əliyev: İşğal olunmuş bütün ərazilər qaytarılmalıdır

Bakı. Trend:

İşğal olunmuş bütün ərazilər qaytarılmalıdır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı:

"Azərbaycanın bütün rayonları boşaldılmalıdır. Bütün. Əlbəttə ki, biz vaxt çərçivəsindən danışa bilərik və əsas prinsiplərdə vaxt çərçivəsi ilə bağlı müəyyən fikirlər var idi. Hansı mərhələdə rayonların birinci, hansı mərhələdə rayonların ikinci hissəsi boşaldılacaq. Beləliklə bunu müzakirə etmək olar. Lakin aydındır ki, işğal olunmuş bütün ərazilər qaytarılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti