Minsk qrupunun həmsədri kimi Fransanın çirkin əməlləri riyakarlığın göstəricisidir - Vüqar Rəhimzadə

Minsk qrupunun həmsədri kimi Fransanın çirkin əməlləri riyakarlığın göstəricisidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycan Vətən müharibəsinin 30-cu gününü yaşayır. 30 ildir işğalçı Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq torpaqlarımızın 20 faizini işğal altında saxlamasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına göz yuman dünya ictimaiyyətindən haqqın, ədalətin bərpasını istəyən Azərbaycan bu 30 gündə Ordumuzun Ermənistanın hərbi təxribatlarının qarşısını qətiyyətli əks-hücum əməliyyatları ilə alması nəticəsində həm döyüş meydanında malik olduğu potensial imkanları, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mümkünlüyünü nümayiş etdirir. İşğalçı Ermənistan bugünədək danışıqları imitasiya üçün aparmış, vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirmişdir. Ermənistanın faşist siyasəti özündə başqa xalqlara və millətlərə kin, nifrət bəsləməyi, başqalarının ərazilərinə göz dikməyi ehtiva edir. Onun bu gün yeni ərazilər iddiası ilə müharibə planını ortaya qoyması da deyilənlərin təsdiqidir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində geri çəkilən Ermənistan məğlubiyyəti ilə barışmayaraq mülki əhalini, yaşayış məntəqələrini raket atəşinə tutmaqla faşist siyasətini bir daha təsdiqlədi: "Azğın və xəyanətkar düşmənə sarsıdıcı zərbələr endirilir, ərazilərimiz işğalçılardan təmizlənir. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin, eləcə də 100-dən artıq yaşayış məntəqələrimizin işğalçılardan azad edilməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin ələ keçirilməsi xalqımıza böyük inam bəxş edir".

Baş redaktor onu da əlavə edib ki, özbaşınalıq, rüşvət verib koronavirus adı ilə ordudan yayınma halları, muzdluların, eyni zamanda, əsgər çatışmazlığından yaşlıların və uşaqların döyüşlərə cəlb olunması Ermənistanın ordusunun aydın mənzərəsini yaradır. Ermənistan tərəfindən muzdlu döyüşçü qismində müxtəlif terror təşkilatlarının üzvlərinin, xarici ölkə vətəndaşlarının işğal olunmuş ərazilərimizə gətirilərək hərbi əməliyyatlara cəlb olunması ilə bağlı tutarlı faktlar mövcuddur. Həmçinin bu faktlar da təsdiqlənir ki, Ermənistanın təşəbbüsü ilə PKK terror təşkilatı işğal olunmuş torpaqlarımızda hərbi bazalar qurur və Azərbaycana qarşı vuruşur.

V.Rəhimzadə inkaredilməz olan bu həqiqəti qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır. Bunu hər kəs və bütün dünya bilməlidir: "Ona görə də dünya birliyi ikili standartları kənara qoyub Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkara sanksiyalar tətbiq etməli, işğalçı dövlətin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi beynəlxalq cinayətlərə laqeyd qalmamalı, bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə cavab verməlidir. Möhtərəm Prezidentimizin müsahibələrində və xalqa müraciətlərində də bu məqam öz əksini tapır ki, əgər bunu beynəlxalq birlik etməyəcəksə, Azərbaycan özü cinayətkarları cəzalandıracaqdır".

Baş redaktor vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin Yaponiyanın “Nikkei”, Fransanın “Figaro” qəzetlərinə, ABŞ-ın “Fox News” televiziya kanalına müsahibələrində, eyni zamanda, Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirədə, oktyabrın 26-da xalqa müraciətində də münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən dövlətlərin neytrallığı qorumamasına diqqəti yönəldərək bildirmişdir ki, əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz: "Ölkə Prezidenti ABŞ-ın «Fox News» telekanalına müsahibəsində bir daha yüksək intellekt, məlumatlılıq, natiqlik bacarığı, diplomatik məharət nümayiş etdirmiş, qərəzli və dolaşıq suallar verən jurnalistə sözün əsl mənasında master-klass keçmişdir. Cənab İlham Əliyev Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanı kimi həm hərb meydanında öz sözünü deyir, həm də siyasi lider kimi informasiya meydanında ölkəmizin mövqeyini ustalıqla izah və müdafiə edir, haqq səsimizi bütün dünyaya çatdırır. Dövlətimizin başçısı dünyanın aparıcı kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələrində Azərbaycanın mövqeyini, atılan addımların məntiqini tam aydın şəkildə, səlis izah edir, düşmənin əsassız iddialarını əks-arqumentlərlə yerindəcə ifşa edir".

V.Rəhimzadə bu fikri də xüsusi qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin nüfuzlu beynəlxalq media qurumlarına, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə məxsus mətbu orqanlara müsahibələri Rusiya, ABŞ və Fransa auditoriyasına həqiqətlərin çatdırılmasına bir daha imkanlar yaratmış, işğalçı dövlətə bugünədək verilən dəstəklərin əsl mahiyyətinə işıq salmışdır: "Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri əks etdirdiyinə görə Fransanın TF1 telekanalının Fransada yaşayan ermənilərin ciddi təzyiq və təhdidinə məruz qalması nə dərəcə demokratiyanın tələblərinə, beynəlxalq hüquq normalarına uyğundur? Bu hal Fransanın imicinə, söz və məlumat azadlığına böyük zərbədir. Fransa hökuməti «Şarl Ebdo» jurnalını müdafiə etdiyi kimi, TF1 kanalını da müdafiə etməli, azğınlaşmış erməni millətçilərinə, erməni icmasına öz yerini göstərməlidir. Necə olur ki, hansısa mətbu orqanda İslam dini təhqir edilən zaman bütün dünyada milyonlarla müsəlmanın haqlı tələbinə məhəl qoyulmur və bu mövqe söz azadlığı ilə əsaslandırılır, lakin 5-10 min erməninin hikkəsi əsasında ölkənin aparıcı telekanalından birində söz azadlığı boğulur".

Baş redaktor Fransanın vasitəçiliyə uyğun addım atmadığını önə çəkərək bildirib ki, məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar: "Ermənistan ilə Azərbaycan arasında yaşanan münaqişə nəticəsində beynəlxalq təşkilatlardan tutmuş region və dünya ölkələrinə qədər kimin hansı mövqedə olduğu daha aydın görünür. Atəşkəsin bərpası üçün danışıqlara hazır olduğunu bildirən Fransa sentyabrın 27-dən bugünədək ikili standartlara əsalsanan siyasətini daha qabarıq şəkildə büruzə verir. Fransa erməni diasporunun güclü olduğu ölkələrdən biridir, eyni zamanda, ermənipərəst siyasəti ilə daim diqqətdə olub. Reallıq budur ki, bu gün Prezident Emmanuel Makron ermənilərə hədsiz dərəcədə sevgisi və türk dünyasının iki aparıcı dövlətinə - Türkiyə və Azərbaycana qarşı nifrəti ilə hətta öz sələflərini də kölgədə qoyub. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ölkə üçün belə addımların atılması beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir".

V.Rəhimzadə Fransanın qeyri-konstruktiv siyasəti ilə bağlı bu məqamı da diqqətə çatdırıb ki, Azərbaycana qarşı hərbi təcavüzün davam etdiyi, rəsmi Yerevanın ballistik raketlərdən istifadə etməklə mülki Azərbaycan əhalisinə qarşı terror və kütləvi hərbi cinayətlər törətdiyi bir məqamda Fransa parlament nümayəndə heyətinin Ermənistana səfəri təxribat xarakteri daşıyır. Fransanın bu addımı onun vasitəçilik missiyasına ziddir.

"Bu kimi faktları xeyli sayda sadalamaq olar" söyləyən Vüqar Rəhimzadə bildirib ki, Fransanın danışıqların bərpasına çağırışları, BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi üçün səylər göstərməsi və sair kimi birtərəfli addımları riyakarlığının göstəricisidir. Dövlətinin, xalqının gələcəyini düşünən ölkə rəhbəri heç zaman beynəlxalq münasibətlərdə belə xaosun yaranmasına çalışmaz. Azərbaycan Ordusu davamlı qələbə xəbərləri ilə Paşinyanla bərabər ona havadarlıq edən Fransa kimi mövqeyi beynəlxalq hüquq normalarına zidd olan dövlətlərin də işğalçı planlarını alt-üst edir. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ordumuz erməniləri işğal altında olan torpaqlarımızdan qovur və dövlətimizin başçısının dediyi kimi, qovmağa davam edəcək. Biz zəfər çalacağıq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

İki hərbi qulluqçumuz Füzulidə minaya düşüb
İki hərbi qulluqçumuz Füzulidə minaya düşüb
İran, Azərbaycan və Türkiyənin yaxın münasibətləri əhəmiyyət kəsb edir – İran prezidenti
İran, Azərbaycan və Türkiyənin yaxın münasibətləri əhəmiyyət kəsb edir – İran prezidenti
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
Loading Bars
Xəbər lenti
"Brent" markalı neftin qiyməti 75 dolları ötüb
"Omikron" ştammının daha yoluxucu olub-olmadığı hələ məlum deyil - ÜST
Konqoda silahlılar 22 nəfəri qətlə yetirib
Daha bir ölkədə "omikron" ştammına yoluxma qeydə alınıb
G7 ölkələrinin səhiyyə nazirləri fövqəladə iclasa toplaşacaqlar
İsrail xarici turistlər üçün sərhədlərini bağladı
"Formula 1"in "Williams" komandasıının yaradıcısı vəfat edib
Böyük Britaniyada koronavirusun "omikron" ştammına daha bir nəfər yoluxub
İngiltərə Premyer Liqası: “Çelsi” - “Mançester Yunayted” oyununda qalib müəyyənləşməyib
İƏT-in bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur - amerikalı ekspert
Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərlə görüşüb
Türkiyədə son sutkada koronavirusdan 20 007 nəfər sağalıb
Üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək - İran hökumətinin sözçüsü
KTMT ölkələrinin əksəriyyəti Ermənistanın bu təşkilatda olmasına baxmayaraq Azərbaycanı dəstəkləyir - Sergey Markov
Bakıda Batut Gimnastikası yarışlarının təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm - Migel Visente Marino
Azərbaycanla əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil - İran Prezidenti
Prezident İlham Əliyev: Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək
Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
Azərbaycan, İran və Türkmənistan arasında qazın svop tədarükü barədə razılaşma imzalanıb (FOTO)
İranda hamının mövqeyi bundan ibarət idi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır - İran Prezidenti
Mərakeş "omikron" ştammının yayılmasına görə ölkəyə birbaşa sərnişin reyslərini dayandıracaq
Batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışlarının final gününün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
KTMT-yə üzv ölkələrin Azərbaycanı təbrik etməsi göstərdi ki, Ermənistan KTMT-də heç bir dəyərə malik deyil - Siyasi şərhçi
Bakıda batutda sinxron tullanma üzrə finalçılar müəyyənləşib
Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Region ölkələri ilə ticarətin inkşaf etdirilməsi İranın xarici siyasətinin prioritetidir - İbrahim Rəisi
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışlarının final gününün ən yaxşı anları (FOTO)
Belçikalı gimnast Dünya Yaş Qrupları Yarışlarında ikili mini-batutda tullanma proqramında birinci yeri tutub
Böyük Britaniya təmsilçisi Bakıda Dünya Yaş Qrupu Yarışlarında tamblinq proqramında birinci yeri tutub
Rusiyalı gimnast Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında tamblinq proqramında qızıl medal qazanıb
Yeni doğulmuşlar arasında koronavirusa yoluxma halları var - AÇIQLAMA
KTMT üzvlərinin Azərbaycanı Zəfərə görə təbrik etməsi sübut edir ki, onlar Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər - Mixail Finkel
Ermənistanın son ümid yeri də puç oldu: KTMT-yə üzv dövlətlər Azərbaycanı tarixi Zəfərə görə təbrik edir
ABŞ gimnastları Dünya Yaş Qrupu Yarışlarında iki mini-batutda tullanma proqramında bütün mükafat yerləri tutublar
Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iclası keçiriləcək
Yaponiyalı gimnast Dünya Yaş Qrupu Yarışlarında batut gimnastikası üzrə fərdi proqramda birinci yeri tutub
Prezident İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Rusiyalı gimnast Dünya Yaş Qrupu Yarışının batut gimnastikası üzrə fərdi proqramında qızıl medal qazanıb
Dünya Yaş Qrupları Yarışlarının batutda sinxron tullanma proqramında finalçılar müəyyənləşib
Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 1 662 nəfər COVID-19-a yoluxub, 18 nəfər ölüb
Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü ideyala həyata keçirilir - Aşqabad zirvəsi
İran Qazaxıstanla birgə iqtisadi əməkdaşlıq komissiyasının tezliklə keçirilməsini istəyir – İran xarici işlər naziri
Prezident İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən müzəffər olub - Türkmənistan Prezidenti
Kişilər arasında ikili mini-batutda tullanma proqramında finalçılar müəyyənləşib
İran Pakistanla münasibətləri hərtərəfli şəkildə inkişaf etdirməyə maraqlıdır – Rəisi
Şərq-Qərb nəqliyyat dəhlizi üzərindəki layihələri dəstəkləməyə davam edəcəyik - Ərdoğan
İranın Tacikistanla münasibətləri var-gücü ilə davam edəcək - İran prezidenti
Zəngəzur dəhlizinin əhəmiyyəti göz qabağındadır - Türkiyə Prezidenti
Prezident İlham Əliyev Aşqabadda İƏT XV Zirvə Toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi naharda iştirak edib
Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir - Ərdoğan
Saatlıda obyektlərin birində pozuntular aşkar edilib
Bakıda qadınlar arasında batut gimnastikası proqramında finalçılar müəyyənləşib.
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışları davam edir (FOTO)
İki hərbi qulluqçumuz Füzulidə minaya düşüb
Dünya Yaş Qrupu Yarışları kişilər arasında batut gimnastikası üzrə fərdi proqramda finalçılar müəyyənləşib
İran, Azərbaycan və Türkiyənin yaxın münasibətləri əhəmiyyət kəsb edir – İran prezidenti
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini-batutda tullanma proqramında finalçılar müəyyənləşib
Soçi görüşü – Azərbaycanın növbəti diplomatik uğuru
Prezident İlham Əliyev: Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa yardımı etmişdir
Prezident İlham Əliyev: 2022-ci ildə azad olunmuş ərazilərdə yeni şəhər və kəndlərin salınması üçün ən azı 1,3 milyard ABŞ dolları ayrılacaq
Prezident İlham Əliyev: Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur
Prezident İlham Əliyev: Son 18 il ərzində Azərbaycanda ümumi daxili məhsul üç dəfədən çox artmışdır
Prezident İlham Əliyev: Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir (TAM NİTQ)
Prezident İlham Əliyev: Əminəm ki, İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən istifadə edəcəklər
Dünya Yaş Qrupları Yarışlarında kişilər arasında tamblinq üzrə finalçılar müəyyənləşib
Prezident İlham Əliyev: Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır
Dünyada COVID-19-a yoluxanların sayı 261 milyonu ötüb
Sabahın hava proqnozu açıqlanıb
Bakıda batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarının final gününə start verilib (FOTO)
Prezident İlham Əliyev Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB-4)
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə gəlib (FOTO/VİDEO) (YENİLƏNİB)
Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir - Səttar Möhbalıyev
MDU "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər" adlı beynəlxalq konfransa tərəfdaşlıq edib (FOTO)
Rusiyanın xalq artisti Aleksandr Qradski vəfat edib
Bakıda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb
Britaniyalı həkimlər "omikron" ştammının təhlükəli olduğunu şübhə altına alıblar
Azərbaycan və İran XİN rəhbərləri arasında görüş baş tutub
Ümumdünya Tibb Assosiasiyası hesab edir ki, COVID-ə qarşı revaksinasiya mütamadi olacaq
Bitkoin koronavirusun yeni "omikron" ştammı səbəbindən çökdü
Boris Consons bildirib ki, "omikron" ştammına vaksin olunmuşlar da yoluxa bilər
Qırğızıstanda parlament seçkiləri başlayıb
ABŞ-da atışma nəticəsində ölən və yaralılar var
Britaniyada “Arven” qasırğası üç nəfərin həyatına son qoyub
İsrail yeni COVID-19 ştammına görə sərhədlərini bağlayır
Səudiyyə Ərəbistanı azı bir doza peyvənd qəbul edənlərin ölkəyə girişinə icazə verəcək
Portuqaliyada klub COVID-19 səbəbiylə matça 9 futbolçu ilə çıxıb darmadağın olundu
"Barselona" Xavinin rəhbərliyi altında üç oyunda ikinci qələbəsini qazanıb
Ukraynada çoxmərtəbəli yaşayış evində partlayış olub, ölən və yaralanan var
Hindsitanda seçkilərdə qələbəni vəfat etmiş namizəd qazanıb
Gürcüstanda kömür mədənində uçqun nəticəsində 1 nəfər həlak olub
Britaniyada "omikron" ştammı aşkarlanıb
Taliban gələn ilə qızlar üçün məktəblər açmağı planlaşdırır
BMT Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır
İtaliyada "omikron" ştammına ilk yoluxma qeydə alınıb
Soçi görüşündə Ermənistana bir daha çatdırıldı ki, götürülən öhdəliklər tam şəkildə həyata keçirilməlidir - Sabiq nazir
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışları qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)
Bütün xəbərlər