Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçdi - İNFOQRAFİKA (FOTO)

Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçdi - İNFOQRAFİKA (FOTO)

Bakı. Trend:

2020-ci il sentyabr ayının 27-dən oktyabrın 26-dək olan müddətdə davam edən Vətən müharibəsində Ermənistanın məhv edilən və hərbi qənimət kimi götürülən texnikasının dəyəri 2,7 milyard ABŞ dollarını ötüb.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Ermənistanın hərbi texnika və sursat itkilərinə dair Mətbuat Konfransında deyib.

Onun sözlərinə görə, bu müddət ərzində Ermənistan ordusunun 252 tankı məhv edilib, 53 tankı qənimət kimi götürülüb. Ermənistan 79 ədəd piyadaların döyüş maşını, 275 müxtəlif çaplı top, 106 minaatan, 53 tank əleyhinə vasitədən məhrum edilib. 82 “Qrad” qurğusu, 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, bir “TOS” sistemi məhv edilib. Eyni zamanda 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, bir ”KRUQ”, 2 “S-125” zenit-raket kompleksləri və qurğuları zərərsizləşdirilib. Həmçinin, 6 “S-300” atıcı qurğusu, bir aşkaretmə stansiyası, bir lokator, bir “Toçka-U”, 2 Elbrus əməliyyat taktiki raket kompleksləri məhv edilib. Əlavə olaraq, 20-i silah-sursatla dolu olan 231 yük avtomobili məhv edilib, 173 yük avtomobili isə hərbi qənimət kimi götürülüb. Qeyd edək ki, bu tam siyahı deyil, yaxınlarda Ermənistanın hərbi texnika və sursat itkisi barədə əlavə məlumat veriləcəkdir. Məhv edilən hərbi texnikanın içərisində Ermənistanın iqtisadi gücünün əldə etməyə heç bir imkan vermədiyi dəyəri yüz milyonlarla dollarla ölçülən S-300 sistemlərindən, satışı qadağan olunan ballistik “Elbrus” raket sistemlərinə qədər çoxnövlü silah arsenalına rast gəlinməsi Ermənistanın ötən 30 il ərzində qanunsuz silahlandırılmasına da aydınlıq gətirib.

Cəmi bir ay ərzində Ermənistana vurulan hərbi ziyan bu ölkənin ümumi hərbi xərclərini 4 dəfə üstələyir. Ancaq 716 milyon ABŞ dolları civarında hərbi büdcəsi olan bir ölkənin milyardlarla dollar silah arsenalına sahib olması iqtisadi qanunauyğunluqlarla heç bir halda izah oluna bilməz. Belə ki, cəmi 2,6 milyard ABŞ dolları həcmində rezerv aktivləri olan Ermənistanın iqtisadi gücü bu silahları əldə etmək baxımından xeyli məhduddur. Digər tərəfdən bir aylıq müharibədə itirdiyi hərbi texnikanın miqdarı Ermənistanın silahlanmanın məhdudlaşdırılmasını nəzərdə tutan “Avropada Adi Silahlı Qüvvələr üzrə Saziş”in şərtlərini də pozduğunu və bu müqavilənin şərtlərinə uyğun olmayan həddə silah və hərbi texnika saxladığını ortaya çıxarıb.

Fundamental iqtisadi qanunlar və hərbi xərcləmələr üzrə hesablamalar Ermənistanın hazırkı hərbi büdcəsinin xərc istiqamətləri vasitəsi ilə itirdiyi hərbi texnika və sursatı bərpa etməyə təxminən 25 il vaxt lazım olduğunu göstərir. Məhz buna görədir ki, artıq Ermənistan bu imkanlarının tükəndiyini görür və üçüncü ölkələrdən Ermənistana “humanitar yardım” adı altında silahların, maliyyə, ərzaq yardımlarının qanunsuz daşınması həyata keçirilir. Lakin Ermənistanın qanunsuz silahlandırılmasına şərait yaradan və ya birbaşa dəstək verən ölkələr bu silahların erməni terrorçuları tərəfindən istifadəsini də nəzərə almalıdırlar. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi paraqrafla qeyd etdiyi “erməni terrorizmi” anlayışının mahiyyəti bu ölkələr tərəfindən dərindən dərk olunmalıdır.

Məhz buna görə də, Ermənistana yatırılan hər hansı sərmayə, verilən borc və pul köçürmələrinin birbaşa terrorizmin və işğalın maliyyələşdirilməsinə sərf olunması amili beynəlxalq ictimaiyyət tərəfindən diqqətdə saxlanılmalıdır. Ermənistanı maliyyələşdirən beynəlxalq təşkilatların infrastruktur investisiyaları əslində Ermənistan tərəfindən dolayısı ilə terrorizmin və işğalın maliyyələşdirilməsinə sərf olunur və bu təşkilatların mandatına heç bir halda uyğun gəlmir. Digər tərəfdən, Ermənistanın maliyyələşdirilməsi birbaşa militarist iqtisadiyyata yatırılan sərmayədir. Belə ki, hərbi xərclərinin Ümumi Daxili Məhsulda xüsusi çəkisi 10 faiz ətrafında olan Ermənistan dünyada ən çox hərbiləşmiş azsaylı ölkələrdən hesab olunur. Buna müvafiq olaraq, beynəlxalq təşkilatlar və üçüncü ölkələr Ermənistanın maliyyələşdirilməsi, bu ölkəyə hər hansı vəsaitin verilməsinin işğalın və terrorizmin maliyyələşdirilməsinə sərf olunduğunu nəzərə almalıdırlar.

Müasir həllərin inteqrasiyası onlayn satışların artmasına yol açıb
Müasir həllərin inteqrasiyası onlayn satışların artmasına yol açıb
Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti olub
Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti olub
Maliyyə Nazirliyi 170 min manatdan çox məbləğdə müqavilə imzalayıb
Maliyyə Nazirliyi 170 min manatdan çox məbləğdə müqavilə imzalayıb
Loading Bars
Xəbər lenti
Tramp Ağ Evi hansı halda tərk edəcəyini açıqladı
Meksika Senatı prezidentin toxunulmazlığının ləğv edilməsini təsdiqləyib
İbrahimoviç İsveç yığmasına qayıda bilər
S-500 HHM sistemləri 2021-ci ildə hazır olacaq
Dünya Bankı koronavirusla mübarizə üçün Ukraynaya 100 milyon dollar ayıracaq
İtailyada koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb
Kanadada atışma baş verib, ölən və yaralananlar var
Moskvada koronavirusdan daha 77 nəfər ölüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 577 mindən çox artıb
Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - XİN
UEFA Avropa Liqası: "Qarabağ" qrup mərhələsində növbəti matçını keçirib
Türkiyədə koronavirusdan sağalanların sayı 388 mini keçib
Bitkoinin qiyməti kəskin şəkildə düşüb
"Euronews" erməni işğalından azad edilmiş Ağdamdan süjet hazırlayıb (VİDEO)
Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağı müzakirə ediblər
Sağlamlıq imkanları məhdud şəxslər həmyaşıdları ilə birlikdə oxuyacaqlar - Deputat
Azərbaycan gimnastları Kiyevdə Avropa Çempionatının finalına çıxıb
“ADY Express” Astara terminalında aşırılan yükün həcmini artırıb
Rəqəmsal ödəmələr nə üçün önəmlidir?
Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir
Fransa senatının qətnaməsi qərəzlidir - Deputat
Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı layihəsinin müddətini uzadıb
Mətbuat Şurası Fransanın kütləvi informasiya vasitələrinə müraciət edib
Baş Prokurorluğun "Facebook" səhifəsi rəsmi olaraq mavi nişan ilə təsdiqlənib
Koronavirusla bağlı aparılan testlərin bitməsi barədə məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Azərbaycan Fransaya nota verib
Müasir həllərin inteqrasiyası onlayn satışların artmasına yol açıb
Aİİ-də Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı panellərlə davam edib (FOTO)
Kəlbəcərin danışıqlar masasında geri qayıtarılması diplomatik qələbənin də bizimlə olduğunu göstərir - Deputat
Üç “hər şey” siyasəti və ya Ermənistanın “yandırılmış torpaq” taktikası (FOTO)
Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib
Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti olub
Ermənistan parlamentində dava (VİDEO)
20 obyektdə epidemiya əleyhinə rejim pozulub - Nazirlik
Maliyyə Nazirliyi 170 min manatdan çox məbləğdə müqavilə imzalayıb
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında!
Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə COMCEC-in 36-cı sessiyasının açılış mərasimi olub (FOTO)
Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək (FOTO)
AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib (FOTO)
Noyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır - Əsir əsgərin qohumu
Azərbaycanda 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib
Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır - Vüqar Rəhimzadə
Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransadan daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru
Naxçıvanın xarici ticarət dövriyyəsi artıb
Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır - Yaqub Mahmudov
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağı diplomatik hədəfinə nail olmağı bacardı - Deputat
İtaliyanın bir sıra bələdiyyələri Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib
MDB PA-nın 3 daimi komissiyasının videokonfrans formatında iclasları keçirilib
Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır - Armen Sarkisyan
PAŞA Bankdan kiçik və orta biznes sahibləri üçün “Black Friday” endirimləri!
Bərpa olunan enerji ilə bağlı pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın dördüncü iclası keçirilib (FOTO)
Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Fransa senatının qəbul etdiyi qətnamə ləğv edilməlidir - QHT sədri
Aİİ-də akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı öz işinə başlayıb (FOTO)
Türkiyənin axtarışa verdiyi şəxs Azərbaycanda həbs edildi
Fransa Senatının qətnaməsi bu ölkənin vasitəçi mandatını tabuta qoydu
İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanıb
Ceyhun Bayramov və Səudiyyə Ərəbistanının xarici işlər naziri telefonla danışıblar
Fransada bir qrup siyasi avantürist ölkənin xarici siyasətini erməni maraqlarının girovuna çevirib - Deputat
Ceyhun Bayramov indoneziyalı həmkarı ilə telefonla danışıb
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
Fransa senatının bu addımı Azərbaycana və beynəlxalq hüquqa hörmətsizlikdir - QHT sədri
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrə nə vaxtadək məzuniyyət veriləcək? - Nazirlik açıqladı
Fransa Senatının qərəzli addımı siyasi təxribatdır - Siyavuş Novruzov
Ceyhun Bayramovla Əfqanıstanın xarici işlər naziri arasında telefon danışığı olub
Rabitə Nazirliyi startapları maliyyələşdirməyə hazırdır
Azərbaycan yolların keyfiyyətinə görə 141 ölkə arasında 24-cü yerdə qərarlaşıb
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib (FOTO)
İranda koronavirusa yoluxanların sayı 900 min nəfəri keçib
Abşeronda ekoloji problemlərin həlli istiqamətində hansı işlər görülməlidir? - Nazirlik rəsmisindən açıqlama
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq etdi
Elə təəssürat yaranır ki, 12 ballıq zəlzələ olub - “Associated Press” Ağdamdan yazdı
AQTA ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsini davam etdirir (VİDEO)
İsveçrə bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda potensial görür - Dövlət Katibliyi
“Əminəm ki, belə çətin günlərdə müştərilərə dəstək olmağımızın bəhrəsini yaxın gələcəkdə mütləq görəcəyik”: Dariuş Katsprşik, “AccessBank”ın Müşahidə Şurasının üzvü
KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olunub (FOTO)
Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı
“Ukrtransnafta” 138 min tona yaxın "Azeri Light" nefti nəql edib
Hostimul Black Friday kampaniyasına start verib
Vasitəçiyə inam yoxdursa, demək o artıq vasitəçi ola bilməz - Əli Əhmədov
Türkiyə və İran səfirləri Qarabağı müzakirə ediblər
Fransa Azərbaycanın etimadına layiq deyil - Fransalı senator
Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi Qarabağın iqtisadi inkişafına necə təsir edəcək? - Videoşərh
Erməni qoşunlarının bütün terror aktları Avropa ölkələri tərəfindən pislənməlidir - Piter Teys
Bu sənətin arxasınca getdiyim üçün heç vaxt peşman olmamışam - Usta ilə söhbət
Kabel televiziyası operatorları işğal olunmuş ərazilərdə şəbəkələri tam işə salmağa hazırdır
Fransa Senatının Ermənistanı müdafiə etməyə cəhd göstərməsi olduqca gülünc görsənir - Naqif Həmzəyev
Ombudsmanın Cəlilabad Regional Mərkəzi Uşaq Hüquqları Aylığı çərçivəsində onlayn tədbir keçirib
Bu dərsliklərin yenidən yazılması gündəmdədir - Təhsil Nazirliyi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Fransadakı soydaşlarımız ölkə senatının üzvlərinə müraciət edib
Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə məqsədilə yeni layihənin icrasına başlanıb
Elşad Hacıyev yeni vəzifəyə təyin edildi
Bütün xəbərlər