...

Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - MN

Siyasət Materials 31 Oktyabr 2020 10:35 (UTC +04:00)
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - MN

Bakı. Trend:

Ermənistan KİV-nin səhər saatlarından başlayaraq guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndini raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti