Hadisədən sonra Aysunun babası ilə danışdım, dedi ki, Vətən sağ olsun - Deputat

Hadisədən sonra Aysunun babası ilə danışdım, dedi ki, Vətən sağ olsun - Deputat

Bakı. Trend:

Rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qətiyyətlə irəliləyir, düşmənə sarsıdıcı zərbələr endirir. Qəhrəman hərbçilərimizin qarşısında duruş gətirə bilməyən Ermənistan hərbi birləşmələri mülki insanları hədəfə alır. Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi bunu təsdiqləyir. Bu qətliam erməni vəhşiliyinin və barbarlığının növbəti göstəricisidir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, döyüş bölgəsindən xeyli uzaqda yerləşən Bərdədə törədilən terror aktı miqyası baxımından çox dəhşətlidir. Gündüz saatlarında insanların sıx olduğu şəhərin mərkəzinə qadağan olunmuş ağır silahla hücum etmək bütün bəşəriyyətə və insanlığa qarşı cinayətdir. Ermənilərin bu vəhşi terroru neçə-neçə ailələrin faciəsinə çevrilir, uşaqların arzuları, ümidləri məhv olur. Bu yaşananlar əsl insanlıq dramıdır.

“Sentyabrın 27-dən etibarən ermənilərin qətlə yetirdiyi məktəblilərin siyahısına təəssüf ki, Aysu İsgəndərovanın da adı əlavə olundu. Hadisədən sonra Aysunun babası ilə danışdım. Ağrılı vəziyyətdə olan baba telefonda mənə dedi ki, Vətən sağ olsun, təki torpaqlarımız işğaldan azad olunsun. Onun bu cavabı, məncə, törədilən terror aktlarına qarşı millətimizin düşmənə və bu cinayətlərə susan bütün dünyaya verdiyi cavab idi. Bizim xalqımızda olan milli kimlik, milli iradə, milli ruh budur və bu iradəni heç bir qüvvə qıra bilməyəcək. Günahsız körpələrimizin qanına əli bulaşmış terrorçular bu cinayətlərə görə mütləq cavab verməlidirlər” - deyən, millət vəkili əlavə edib ki, bu qanlı hadisə nəinki Azərbaycan, bütövlükdə bəşəriyyət, sülh, təhlükəsizlik üçün böyük təhdiddir.

Deputat qeyd edib ki, dünya birliyi bu faciəyə ciddi reaksiya verməlidir: “Amma biz görürük ki, nüfuzlu beynəlxalq təşkilatlar, böyük dövlətlər yenə də səssiz qalırlar. Doğrudur, hadisə yerində olan xarici jurnalistlər bu qətliamı öz gözləri ilə görüb təmsil etdikləri kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayırlar. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin hadisə yerinə səfəri təşkil olunub. Bütün bunların nəticəsində bəzi ölkələrin və təşkilatların rəsmi nümayəndələri hadisəni pisləyiblər. Hətta ermənipərəst mövqeyi ilə tanınan "Human Rights Watch" və "Amnesty İnternational" təşkilatları da Bərdədə mülki əhaliyə qadağan olunmuş silahlarla hücum edildiyini etiraf etməyə məcbur olub. Amma bu qətliama görə sadəcə təəssüflənmək kifayət deyil. Bu qanlı hadisəni törədən cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılması tələb olunmalıdır. Yalnız pisləmək bizi qane etmir, illərdir belə içiboş açıqlamaları eşidirik. İnsanlığa qarşı hərbi cinayət törədən təcavüzkar Ermənistan dövlətinə qarşı dərhal sanskiyalar tətbiq olunmalıdır. Bunların ancaq belə qarşısını almaq olar”.

Fatma Yıldırım söyləyib ki, bu cür hadisələr insanların, o cümlədən, qəhrəman bərdəlilərin vətənpərvərlik ruhunu sındırmaq iqtidarında deyil: “Bərdə bizim ən qədim şəhərlərimizdən biridir, İmamzadə torpağıdır. Bu torpaq çox igidlər yetişdirib, çox döyüşlərə şahidlik edib. Canımız vətən üçün fəda olsun deyən mərd, qorxmaz bərdəlilərin əzmini sındıra bilməzlər. Qətliamdan sonra cənab Prezident, Ali Baş Komandan İlham Əliyev bəyan etdi ki, həlak olan günahsız Bərdə sakinlərinin qisası döyüş meydanında alınacaq. Belə də oldu! Bərdəyə hücum edən düşmənin canlı qüvvəsi və texnikası yerlə-yeksan edildi! Həm düşmən, həm də onların havadarları bilməlidir ki, heç nə və heç kim bizi öz haqq yolumuzdan çəkindirə bilməz. Bizim ədalətli savaşımız Qarabağımız işğaldan tam azad edilənə qədər davam edəcək!”.

Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azad edilən ərazilərin turizm potensialı müzakirə olunur - Aparat rəhbəri
Azad edilən ərazilərin turizm potensialı müzakirə olunur - Aparat rəhbəri
Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb
Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb
Loading Bars
Xəbər lenti
Neftçalada inzibati binada yanğın olub
Azərbaycan Ombudsman institutu İƏT ölkələrinin ombudsman təsisatları üçün təlim-seminar təşkil edib
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Prezidentin keçirdiyi mətbuat konfrasnı ilə Azərbaycanın mövqelərini daha da möhkəmləndi - Ekspert
Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycan meydana gələ biləcək hər hansı təhdidlərin qətiyyətlə qarşısını almağa qadirdir - Leyla Abdullayeva
Gürcüstanlı jurnalistlər və ekspertlər Füzuli rayonuna səfər ediblər (FOTO)
Gürcüstanda son sutkada 248 koronavirusa yoluxma halı aşkarlanıb
Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi - Leyla Abdullayeva
Ağdam rayonunun Eyvazxanbəyli kəndi (FOTO/VİDEO)
Uruqvayda koronavirus əleyhinə vaksinasiya başlanılıb
Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - MN
13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub
Sabahın hava proqnozu açıqlanıb
Qazaxıstanda koronavirusdan son sutka 590 nəfər sağalıb, 791 nəfər yoluxub
Prezidentin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından olduqca əhəmityyətli oldu - Deputat
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib (FOTO)
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb (FOTO)
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib (FOTO)
Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib
Peru sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib
Çində kimyəvi zavodda zəhərli qaz sızması səbəbindən beş nəfər ölüb
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Meksikanın nüfuzlu internet televiziyasında Xocalı soyqırımı və erməni təcavüzü haqda danışılıb (FOTO/VİDEO)
Suriyada qaçqın düşərgəsində baş verən yanğında ən az dörd nəfər öldü
Alyaskada 5,3 bal gücündə zəlzələ olub
Füzulidə tikiləcək beynəlxalq hava limanı Qarabağa açılan qapı olacaq (VİDEO)
Laçın rayonunda qədim Alban-udi xristian məbədində ikinci xidmət keçirilib
ÜST: Dünyada ötən sutka koronavirusa 420 mindən çox yoluxma qeydə alınıb
Azərbaycan artıq müharibə etmək istəmir - Rusiyalı hərbi mütəxəssis
Hətta Suriyanın Homs şəhərində bu qədər böyük dağıntılar görmədim - Ukraynalı hərbi müxbir Ağdamda (FOTO)
Bakıda mənzildən kişi meyiti tapılıb
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Prezidentin 4 saat su belə içmədən keçdiyi master-klas: Məntiq, təmkin, nəzakət və dəqiqlik
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Daha bir neçə gimnastımız idman ustası oldu
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib (FOTO)
Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər (FOTO)
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar (FOTO)
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli olduğundan BŞİH hər vəziyyətə hazır idi - Eldar Əzizov
Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir (FOTO)
Daha bir qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi
“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
"Alim" Elmi Assosiasiyası Xocalı soyqırımı ilə bağlı fransız dilində vebinar təşkil edib (FOTO)
Yeni Zelandiyanın ən böyük şəhəri karantinə alınır
23 cinayətin üstünü “isti izlər”lə açılıb
İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların SAYI açıqlanıb
Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb
İranda daha 81 nəfər koronavirusdan öldü
Mart ayına olan hava proqnozu açıqlanıb
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)
Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb
ABŞ-ın Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb (FOTO/VİDEO)
Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)
Böyük qayıdış üzrə İşçi Qrup yaradılıb
İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Floridada Xocalı faciəsi qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb (VİDEO)
Səbail rayonunda narkotik satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb (FOTO/VİDEO)
Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub (FOTO)
Bakı küçələri qardan sonra təmizlənir (FOTO)
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü veriləcək
Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya "O Kanal" kanalının Ağdamdan REPROTAJI
2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (VİDEO)
Xarici jurnalistlər 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirildiyi kənddə olublar
Yerevanda Paşinyanın istefasını tələb edən etirazçılar meydanlarda gecələyir
Türkiyədə martın 2-dən məktəblər açılır
Məşğul şəxslər barədə məlumatların reyestrə daxil edilməsi tələbləri dəyişib
Zərdabda qadın evdən külli miqdarda pul oğurladı
Lənkəranda heroin daşıyan avtomobil yaxalandı
Bazar günü 16 dərəcəyədək isti olacaq
Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb (FOTO)
Qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanılıb (FOTO)
Ağsu sakinindən odlu silah götürülüb
Fransada Qarabağ həqiqətlərini əks etdirən qətnamələrin qəbulu üzrə təklif hazırlanır - Fransalı deputatın "Lagazetteaz.fr" qəzetinə müsahibəsi
Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır - Mehr xəbər agentliyi
Prezidentin mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından kifayət qədər uğurlu oldu - Deputat
Bakı metrosu ötən ilin 202 günü bağlı qalıb
Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır
Azərbaycanın qlobal proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın sıraları genişlənib - Deputat
Bakı və Abşeronda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri - SİYAHI
Qubadlı rayonunun Əfəndilər kəndi (FOTO/VİDEO)
Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq - Sahil Babayev
Bütün xəbərlər