Məhərrəm Əliyev: İşğalçı Ermənistan rəhbərliyinin təslimçiliyə imza atması faktı artıq özü-özlüyündə bütün gerçəkləri ortaya qoyur (MÜSAHİBƏ)

Məhərrəm Əliyev: İşğalçı Ermənistan rəhbərliyinin təslimçiliyə imza atması faktı artıq özü-özlüyündə bütün gerçəkləri ortaya qoyur (MÜSAHİBƏ)

Bakı. Trend:

Trend Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin müsahibəsini təqdim edir:

- Məhərrəm müəllim, Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Ermənistanın baş nazirinin imzaladıqları atəşkəslə bağlı razılaşma bəyannaməsindən sonra bəzi sosial şəbəkə istifadəçiləri qeyri-ciddi və əsassız fikirləri ilə ictimai rəydə çaşqınlıq yaradırlar. Sizin bu məsələ ilə bağlı fikirləriniz necədir?

- Mən ilk növbədə Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları başda olmaqla bütün Azərbaycan xalqını qazanılan böyük qələbəmiz münasibəti ilə təbrik edirəm. Bu zəfərin əldə edilməsində fədakarlıq göstərən bütün əsgər və zabitlərimizə fəaliyyətlərində uğurlar arzulayır, yaralanmış hərbçilərimizə şəfa, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizə rəhmət, onların ailələrinə, yaxınlarına Allahdan səbr diləyirəm. Onların hər biri Azərbaycanımızın fəxrləridir, biz onların və valideynlərinin qarşısında baş əyirik. Şəhidlərimizin xatirələri daim, tarixlər boyu hər bir azərbaycanlının qəlbində əziz olaraq tutulacaq.
Artıq kimsəyə sirr deyil ki, Azərbaycan Ordusu Qarabağın işğaldan azad edilməsi uğrunda şücaətlər göstərdi və düşmənə sarsıdıcı zərbələr endirməklə onu sülhə, işğal edilmiş ərazilərin qaytarılması üzrə razılaşma bəyannaməsini imzalamağa məcbur etdi. İşğalçı Ermənistan rəhbərliyinin təslimçiliyə imza atması faktı artıq özü-özlüyündə bütün gerçəkləri ortaya qoyur və bu kontekstdən çıxış edərək, xüsusilə, qeyd etmək istərdim ki, sentyabrın 27-dən başlayaraq 44 gün davam edən müharibə dövründə bir çox ölkələr əks-hücum əməliyyatlarının dayandırılması üçün cənab Prezident İlham Əliyevə telefon zəngləri etdilər, münaqişənin danışıqlar yolu ilə siyasi müstəviyə keçməsini xahiş etdilər. Əlbəttə, Azərbaycan tərəfi bütün hallarda sülhün tərəfdarı olduğunu hər dəfə bəyan edib və son 27-28 ildə ATƏT-in Minsk qrupu çərçivəsində dəfələrlə danışıqlar masasına oturub, müəyyən şərtlərini irəli sürüb, hətta şərti razılaşmalar ətrafında da müzakirələr aparılıb. Lakin Ermənistan tərəfi istər əvvəlki hakimiyyətləri dövründə, istərsə də hazırkı hakimiyyəti vasitəsi ilə sülhə tərəfdar olmadıqlarını fəaliyyətləri ilə göstərdilər.
İyul ayından başlayaraq, dövlət sərhədlərimizdə silahlı təxribatların törədilməsi, üstəlik dinc əhalimizin atəşə məruz qoyulması, eyni zamanda, Ermənistanın hərbi-siyasi rəhbərliyinin daha irəliyə gedərək, əlavə ərazilərimizi də zəbt edəcəkləri kimi bəyanatlar səsləndirmələri artıq onların məqsədlərini açıq-aşkar məlum edirdi. Bu məqsəd özünü sentyabrın 27-də Qarabağ cəbhəsində sübuta yetirdi. Nəticədə düşmənin işğalçılıq addımlarının cavabı çox sərt şəkildə verildi və demək olar ki, hər gün kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz işğaldan azad olundu. İşğalçılar böyük itkilər verərək sadəcə silah-sursatlarını, hərbi texnikalarını atıb-qaçmağa çalışırdı ki, bu da Ermənistan ictimaiyyətində ciddi təlaşlar doğururdu. Erməni xalqı artıq anlayırdı ki, onların övladları boş yerə başqasına mənsub olan torpaqlarda döyüşür. Bu vəziyyət istər-istəməz düşmən ölkənin hərbi-siyasi dairələrinin vəziyyətlərini daha da ağırlaşdırırdı. O cümlədən, şanlı Silahlı Qüvvələrimizin qeyrət qalamız hesab edilən və milli-mədəniyət ocağımız kimi dəyərləndirilən Şuşa şəhərini düşmən işğalından azad etməsindən sonra onların hakimiyyətləri Qarabağ cəbhəsində daha ağır xaos yaşayacaqlarının fərqinə varmağa başladılar. Halbuki, cənab Ali Baş Komandan İlham Əliyev dəfələrlə istər xarici mətbuat vasitələrinə verdiyi müsahibələrində, istərsə də xalqa müraciətlərində düşmən tərəfə öz mesajlarını çatdırırdı. İşğal etdikləri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etmək tələbini irəli sürən dövlət başçımız müharibənin yalnız bu üsulla dayandırılması mümkünlüyünü vurğulayırdı. Nəticədə məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi sülhə məcbur edildi.
Qeyd edim ki, məhz Rusiya və Türkiyə ali rəhbərliklərinin davamlı rabitəsi, onların Azərbaycan Prezidenti ilə də məsləhətləşmələr aparmalarından sonra ədalətli tələb qəbul edildi və göründüyü kimi, artıq rəsmi bəyannamə sənədi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanıb, qüvvəyə minib.
Söz yox ki, atəşkəsin əldə olunması üçün ən çox fəaliyyət göstərən tərəflərdən biri də Rusiya rəhbərliyi idi və qəbul olunmuş sənədə əsasən düşmən işğal olunmuş əraziləri bəlli olan, ictimiyyətə də elan edilən qrafik əsasında tərk etməlidir. Çünki o da bəlli idi ki, artıq Rusiya münaqişədə neytral tərəf tutdu. Onu da unutmamalıyıq ki, Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə əsaslanır, iki dövlət arasında səmimi dostluq amili mövduluğunu qoruyub-saxlayır. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında bir çox regional layihələr ikitərəfli iqtisadi-siyasi münasibətlərdə möhkəm əsaslara söykənir.
Beləliklə, bütün bu kimi məsələlər, etibarlılıq prisnispləri də nəzərə alınmaqla Rusiyaya məxsus sülhməramlı qüvvələr təmas xəttində fəaliyyət göstərəcəklər, o cümlədən bu fəaliyyətin müddəti də 5 ildir. Yəni 5 ildən sonra münaqişə tərəflərindən biri sülhməramlıların xidmət apardıqları təmas xəttini tərk etməsini istəyərsə, həmin qərar dərhal icra olunacaq. Bu, həmin sənədin tərkib hissəsində yer alan mühüm müddəadır.
Artıq öz doğma yurd-yuvalarından qaçqın düşmüş bütün vətəndaşlarımız azad olunmuş torpaqlarına geri dönəcəklər və həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanacaq, Azərbaycanın qanunları icra ediləcək, milli valyutamız dövriyyəyə buraxılacaq və bu birmənalıdır. Hər kəs bilməlidir ki, artıq Qarabağımıza heç bir status verilmir. Əvvəllər olduğu kimi “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Bütöv bir Qarabağ var ki, o da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Ona görə də bəzi sosial şəbəkə istifadəçilərinin əsassız, qeyri-dəqiq məlumatlarla, heç bir hərbi-siyasi bilgilərə sahib olmadan, müxətlif yanlış məlumatları ictimailəşdirmələrini doğru hesab etmirəm. Fikrimcə bu kimi addımlar həmin “internet qəhrəmanlarının” Azərbaycan Ordusuna, Şəhidlərinə və bütünlükdə Azərbaycanımıza qarşı hörmətsizliyidir.

- Cənab general-poklovnik, bir daha Türkiyə amilinə qayıtmaq istərdim. Qardaş ölkənin formalaşdırılan Monitorinq Mərkəzindəki iştirakı hansı nəticələri verəcək?

- Əlbəttə, Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir və biz bunu əvvəllər də, münaqişənin ən qızğın vaxtında da gördük, bu gün də şahidi olmaqdayıq. Ümumiyyətlə, ölkələrimiz arasındakı hərbi-strateji əməkdaşlıq və o cümlədən, illərdən bəri formalaşan təməlli prinsiplər qardaş ölkənin bizə olan dəstəyini davamlı edir. Yaxın bir neçə gün ərzində Türkiyənin Milli Müdafiə Nazirliyinin və Baş Qərargahının rəhbərləri Ali Baş Komandan cənab İlham Əliyevlə görüşlər keçirdilər. Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan dəfələrlə cənab Prezident İlham Əliyevlə əlaqə saxladı, prosesləri yaxından izləyərək, daim qardaş dövlətin yanında olduğunu vurğuladı. Həmçinin, bugünlərdə Türkiyə Respublikasının Milli Müdafiə Naziri cənab Hulisi Akar Azərbaycanda səfərdə oldu və Monitorinq Mərkəzinin formalaşdırılması istiqamətində əldə edilən qərarlar, qarşıda dayanan planlar dəqiqliklə müzakirə edildi. Bütün bunlar onu göstərir ki, Türkiyə dövləti bu gün də bizim yanımızdadır və qrafikə uyğun şəkildə işğaldan azad ediləcək digər ərazilərimizə nəzarət funksiyasını Rusiya ilə birlikdə həyata keçirəcəkdir.

- Məhərrəm müəllim, Azərbaycanın qələbə nəticəsində əldə etdiyi daha hansı uğurlar barədə danışa bilərdiniz?

- Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra əldə etdiyimiz daha bir zəfər faktoruna toxunmaq istərdim. Bilirsiniz ki, Naxçıvan uzun illərdir blokada şəraitində qalmışdı və bu, həmin bölgənin iqtisadi, ticari və s. maraqlarının qarşısını alırdı. Buna baxmayaraq, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsi olaraq inkişaf edirdi, mübarizə aparırdı və naxçıvanlıların mübarizliyi, qətiyyəti sayəsində ölkəmizin ən gözəl diyarlarından birinə çevrilib.
Lakin təsəvvür etsək ki, Naxçıvan blokada şəraitində olmasaydı daha hansı uğurlara imza atardı, bax bu məsələdə deyərdim ki, əldə olunmuş sülh razılaşması qələbəmizin danılmaz qalibiyyət prinsiplərindən biridir. Çünki sənədə əsasən, artıq Azərbaycandan Naxçıvana Ermənistan ərazisi daxil olmaqla nəqliyyat dəhlizi açılır. Bu dəhlizin açılması muxtar respublikanı belə desək, “materik” Azərbaycanla birləşdirir. Məhz bu uğur yaxın gələcəkdə bütöv bir strateji əhəmiyyəti əhatə edəcək ki, bundan da əlbəttə ki, Azərbaycan xalqı yararlanacaq. Bir sözlə, qeyd etmək istərdim ki, sülh, yaxud atəşkəs sazişi bütün tərəflərdən ölkəmizin, xalqımızın səmərəsinə hesablanmış müddəalardan ibarətdir. Düşünürəm ki, qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayacaq, kommunikasiya və s. imkanlar genişləndiriləcək.

- Son olaraq, sonrakı proseslərdə vətənpərvərlik ruhunun təbliğini necə görürsünüz?

- Zəfər salnaməsi, işğaldan azad olunmuş ərazilərdə müzəffər Ordumuzun qəhrəmanlıq izləri gələcək nəsillərimiz üçün and yeri olacaq. Həmçinin həmin əraziləri ziyarət edərkən Silahlı Qüvvələrimizin şücaətini sübut edən reallıqlar, elementlər orada qalacaq və bu gün qələbəmizin canlı şahidləri olan uşaq və yeniyetmələr, eləcə də bütün yaş dövrlərini əhatə edən insanlarımız döyüşlərin baş verdiyi əraziləri öz gözləri ilə görüb, oraları açıq muzey kimi seyr edəcəklər. Bax, budur gələcəyə vətənpərvərlik ideyalarını aşılamaq siyasəti.
Bütün bunlar isə, qazanılan zəfərimizin başlıca məqsədləridir və Azərbaycan xalqı, Azərbaycan əsgəri və zabiti Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə bu şanlı qələbəni qazandı. Sözümü isə cənab Prezidentimizin təqribən bir il əvvəl bəyan etdiyi və hər kəsin dillər əzbəri olmuş “Qarabağ Azərbaycandır!” nidası ilə yekunlaşdırıram.

Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Yunanıstanda güclü zəlzələ olub
Yunanıstanda güclü zəlzələ olub
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Loading Bars
Xəbər lenti
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb (FOTO)
Daha bir restoranda toy məclisi aşkarlandı, 13 nəfər cərimələndi
Niderlandda koronavirus test mərkəzində partlayış olub
Bəzi ölkələrin parlamentarları öz qərəzli mövqelərini sülhdən də üstün tutur - XİN
Sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
Azərbaycanda nəqliyyat ödəniş kartları köşklərdə satılacaq
Yay aylarında koronavirusla vidalaşa bilərik - Professor
6 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
Nizami rayonunda bir gündə 12 ton çeşidlənmiş tullantı yığılaraq təhvil verilib (FOTO)
120 nəfərlik toy edənlər saxlanıldı (FOTO)
Reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artırılacaq
Zəngilan rayonunun Beşdəli kəndi (FOTO/VİDEO)
“GoldenPay” ASC-nin “Hesab Shop” layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusu verilib
Yaponiyalı milyarder Aya uçuş üçün komanda toplayır
Tanınmış tarixçi alim koronavirusdan vəfat edib
Bərdədə avtomobil və heyvan oğruları saxlanılıb
Lahorda Xocalı soyqırımı qurbanları anılıb (FOTO)
Sənəti kasıbçılıqdan öyrənmişəm – usta ilə söhbət (FOTO)
Bayramqabağı karantin rejimi sərtləşdirilə bilərmi? - AÇIQLAMA
Azad olunmuş ərazilərə qanunsuz keçmək istəyən 9 nəfər saxlanılıb
"Mastercard" kartlarını sifariş vermək üçün banka getməyə ehtiyac olmayacaq
Bakıda avtomobil yanıb
Zəngəzurdan İrəvanadək bütün izlər məhv edilib - Erməni vandalizmi "Sahil Kərimli ilə Aktual" videolayihəsində
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Marketlərdə mobil telefonla ödəniş layihələri işlənilir
Əfv komissiyasının növbəti iclasının vaxtı bilindi
DOST mərkəzlərində 303 mindən çox şəxsə xidmət göstərilib
Azərbaycan nefti ucuzlaşır
Azərbaycanda peyvənd olunanların sayı 300 mini ötüb
Daha 3 qazi və bir şəhid atasının əməliyyat xərcləri qarşılanıb (FOTO)
Bakı metrosunda bu tarixdə qatarlar işə salınacaq
Dəmir yolları ilə ötən il 14 milyon tondan çox yük daşınıb
AÇG və Şahdəniz yatağı üzrə builki gəlirlər açıqlanıb
Bakının mərkəzində quzu gəzdirən şəxslərlə bağlı DİN-dən açıqlama
Erməni vandallarının dağıtdığı tarixi-dini abidələr yenidən bərpa edilir - Pərvin Kərimzadə
Oralarda işləmək həm arzum, həm borcumdur – usta ilə söhbət (FOTO)
Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır
FHN əməkdaşları vaksinasiya üçün könüllü müraciət edə bilərlər - Rəis müavini
Pandemiyaya görə ayrılan vəsaitlərin auditi aparılır - Palata sədri
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Ermənistanda hakimiyyət dəyişikliyi 10 noyabr razılaşmasına təsir edə bilməz - SƏBƏBLƏR
Bu günə qədər 300-dən artıq FHN əməkdaşı vaksinasiya olunub
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
Bir gündə cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Bu məktəb də 1 həftəlik bağlandı (ƏLAVƏ OLUNUB)
FHN əməkdaşlarının vaksinasiyası aparılır (FOTO/VİDEO)
Gəncədə 40 min manatlıq narkotik dövriyyədən çıxarılıb (FOTO)
Dövlət qulluğuna imtahanda qadınların göstəriciləri daha yüksək olub - DİM
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Pakistanın Baş qərargah rəisi Azərbaycanda səfərdədir
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir (FOTO)
Yaponiya 13 ölkədən giriş qaydalarını sərtləşdirəcək
Bu gün xarici valyutaların manata qarşı məzənnələri
Fəxrəddin Manafovun həyat yoldaşı vəfat edib
"SOCAR Türkiyə"də səhmdarlarımız üçün dəyər yaradan layihələri qarşıya məqsəd qoymuşuq (MÜSAHİBƏ)
ExxonMobil Sinqapurdakı filialında 300-ə yaxın işçini ixtisara salır
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı təyin edilir
Braziliyada ötən sutka cari ilin koronavirusdan maksimum ölüm hadisəsi qeydə alınıb
OPEC+ monitorinqində defisit fonunda aprel ayında neft hasilatındakı artım müzakirə ediləcək
ÜST: Dünyada ötən sutka koronavirusa 280 mindən çox yoluxma qeydə alınıb
ABŞ-nın Dövlət katibi Qətər XİN-in başçısı ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib
İngiltərə futbol çempionatı: "Mançester Siti" "Vulverxempton"a qalib gəldi
"Borussia" Almaniya futbol Kubokunun ilk yarımfinalçısı oldu
Cənubi Sudanda təyyarə qəzaya uğrayıb, bütün sərnişinlər həlak olub
Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb
Bütün xəbərlər