Bakı. Orxan Nəbiyev - Trend:
Dağlıq Qarabağ münaqişəsi hələ indi qaynar mərhələdən çıxma dövründədir.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ara Ayvazyanla görüşü zamanı deyib.
O bildirib: “Biz indi-indi Dağlıq Qarabağ münaqişəsinin qaynar mərhələsindən çıxırıq. Qeyd etmək lazımdır ki, Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının imzaladığı və müharibəni dayandırmış 10 noyabr bəyanatının əhəmiyyətini hamı etiraf etmək məcburiyyətindədir” - deyə, Lavrov bildirib.
Nazir əlavə edib ki, Rusiya Dağlıq Qarabağda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) büdcəsinə əlavə töhfə verəcək.