Bakı. Trend:
Ərdoğan sözünə əməl edən bir adamdır.
Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında çıxışında deyib.
O bildirib: "Ərdoğanla hərdən fikir ayrılıqlarımız olur, ancaq o, sözünə əməl edən bir adamdır. Əgər Ərdoğan ölkəsi üçün yaxşı olduğunu düşünürsə, tərəddüd etmir, bütün yollarını davam etdirir".