...

Azərbaycanla Əfqanıstan arasında hərbi əməkdaşlıq müzakirə edilib

Siyasət Materials 22 Dekabr 2020 10:10 (UTC +04:00)

Bakı. Trend6

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ölkəmizdə səfərdə olan Əfqanıstanın milli təhlükəsizlik müşaviri Hamdullah Mohibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən hər iki dövlətin silahlı qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

General-leytenant K.Vəliyev Əfqanıstan nümayəndə heyətinə regiondakı təhlükəsizlik vəziyyəti, eyni zamanda Azərbaycanın Ordusunun Vətən müharibəsində əldə etdiyi qələbə və həyata keçirdiyi əks-hücum əməliyyatı barədə ətraflı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti