...

Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır!” adlı tədbir keçirilib (FOTO/VİDEO)

Siyasət Materials 31 Dekabr 2020 11:40 (UTC +04:00)
Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır!” adlı tədbir keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində "Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır!" adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirin rəsmi hissəsi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini xüsusi vurğulayıb.

Türkiyəli nazir də öz növbəsində Azərbaycan ilə Türkiyə arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyini qeyd edib.

Tədbir zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon vasitəsilə əlaqə saxlayaraq iştirakçıları salamlayıb, Vətən müharibəsində qazanılan zəfərlə bağlı Azərbaycan dövlətini, xalqını və əsgərini bir daha təbrik edib.
Sonda qonaqlar Azərbaycan və Türkiyə qardaşlığını əks etdirən foto sərgi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti