...

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Azərbaycan Prezidentini təbrik edib

Siyasət Materials 7 Yanvar 2021 16:42 (UTC +04:00)
Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Azərbaycan Prezidentini təbrik edib

Bakı. Trend:

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin səyləriniz sayəsində Azərbaycan Respublikası sanballı sosial-iqtisadi uğurlar qazanıb, daha da inkişaf etmək yolunda inamla irəliləyir və beynəlxalq arenada öz mövqelərini daim möhkəmləndirir.

Siz ölkənizin suverenliyini və ərazi bütövlüyünü təmin etmisiniz. İşinizə səmimi sədaqətiniz, həmvətənlərinizin rifahı naminə yorulmadan çalışmağınız, ədalətliliyiniz və sözünüzə sadiqliyiniz haqlı olaraq Sizə milyonlarla Azərbaycan vətəndaşının sevgisini və hörmətini qazandırıb.

İcazə verin, doğum gününüzlə əlaqədar Sizə səmimi qəlbdən möhkəm cansağlığı, gümrahlıq, bütün işlərinizdə uğurlar, xoşbəxtlik və firavanlıq diləyim!".

Xəbər lenti

Xəbər lenti