...

Qazaxıstanda "Nur Otan" partiyası parlament seçkilərində 71,97 faiz səs toplayıb - Еxit poll

Siyasət Materials 10 Yanvar 2021 22:49 (UTC +04:00)
Qazaxıstanda "Nur Otan" partiyası parlament seçkilərində 71,97 faiz səs toplayıb - Еxit poll

Bakı. Trend:

Kazaxstanın Mərkəzi Kommunikasiyalar Xidmətində keçirilən brifinqdə ekzit polların parlament seçkiləri ilə bağlı səsvermə nəticələri açıqlanıb.

Trend-in Kazinform-a istinadən verdiyi məlumata görə, "İctimai rəy" tətqiqat institutunun direktoru Aynur Majitova iqtidarda olan "Nur Otan " partiyasının 71,97 faiz səs topladığını bildirib.

Xatırladaq ki, parlament seçkilərində qeydiyyatdan keçmiş 5 siyasi partiya iştirak edir - Xalq Demokratik Vətənpərvərlər Partiyası "Auıl", "Nur Otan" partiyası, "ADAL" siyasi partiyası, Qazaxıstan Demokratik Partiyası "Ak Jol", "Qazaxıstan Xalq Partiyası". Ümumilikdə 5 partiyadan 312 namizəd mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti