YAP-ın Milli Məclisdə yaradılmış təşkilatının İdarə Heyətinə yeni üzvlər seçilib (FOTO)

YAP-ın Milli Məclisdə yaradılmış təşkilatının İdarə Heyətinə yeni üzvlər seçilib (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Yanvarın 11-də Milli Məclisdə Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayonu üzrə 2 saylı ilk ərazi təşkilatının İdarə Heyətinin videoformatda geniş iclası keçirilib.

Trend xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Milli Məclisin Sədri Sahibə Qafarova iclasın işinə uğurlar arzulayıb, yeni - 2021-ci ildə qarşıda duran vəzifələrdən danışıb. Spiker öncə yanvarın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə videoformatda keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirəyə toxunub. Bildirib ki, adı çəkilən tədbirdə ötən ilin yekunlarını çox geniş və konseptual şəkildə təhlil edən dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə görüləcək quruculuq işləri və Ermənistan rəhbərliyinin təxribatçı davranışları ilə bağlı çox dəqiq mesajlar verib.

Sədr vurğulayıb ki, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, 2020-ci ilin ən əsas hadisəsi və ən əsas nəticəsi Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdir, torpaqlarımızın işğaldan azad olunmasıdır. Sahibə Qafarova əminliklə bildirib ki, Vətən müharibəsində əldə olunmuş Zəfər nəinki 2020-ci ilin ən yaddaqalan hadisəsidir, eyni zamanda, tariximizə parlaq hərflərlə yazılmış, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq möhtəşəm bir qələbədir. Bundan sonra yeni bir mərhələnin – quruculuq dövrünün başlandığını qeyd edən xanım Spiker deyib ki, bu dövrdə görüləcək tədbirlər, qarşıda duran vəzifələr müşavirədə cənab Prezident tərəfindən aydın şəkildə ifadə edildi və əminəm ki, bu vəzifələrin yerinə yetirilməsi Azərbaycanın uğurla, inamla inkişafına töhfə verəcək.

YAP-ın Səbail rayonu üzrə Milli Məclisdə yaradılmış 2 saylı ilk ərazi təşkilatının iclasında 2020-ci ildə ölkəmizdə ilk dəfə olaraq növbədənkənar parlament seçkiləri keçirildiyini xatırladan spiker bildirib ki, VI çağırış Milli Məclisin martın 10-da keçirilən ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqində irəli sürülən tövsiyələr Milli Məclisin fəaliyyətinin əsas istiqamətlərini təşkil edib. Ötən dövrdə Azərbaycan Prezidentinin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün Milli Məclisdə zəruri işlər həyata keçirilib. O cümlədən, Vətən müharibəsində Azərbaycan parlament diplomatiyasının bütün imkanları ölkəmizin haqq işi barədə dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olunub.

İclasda qeyd edilib ki, ötən 2020-ci ildə VI çağırış Milli Məclisin ikisi növbədənkənar olmaqla dörd sessiyası keçirilib. Parlamentin fəaliyyətinin səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində həyata keçirilməsi üçün müxtəlif addımlar atılıb.

Azərbaycanın əldə etdiyi uğurlarda Yeni Azərbaycan Partiyasının da böyük rolu olduğunu vurğulayan parlamentin sədri bildirib ki, bu gün YAP-ın ideyaları, fəaliyyəti xalqımız tərəfindən dəstəklənir. Hazırda 760 mindən artıq üzvünün olması YAP-ın potensialını açıq şəkildə nümayiş etdirir.

Sədr öz çıxışında 1992-ci il noyabr ayının 21-də Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyasının ötən 28 ildə şərəfli inkişaf yolu keçdiyini vurğulayıb. O dövrün gərgin ictimai-siyasi hadisələri fonunda YAP-ın yaranmasını Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi kimi dəyərləndirib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP bu gün Azərbaycanın aparıcı siyasi qüvvəsidir və Cənubi Qafqazın ən böyük partiyasıdır.

Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün təbəqələrindən olan insanlar, həmçinin fəal qadınlar üçün geniş imkanlar yaratdığını söyləyən Sahibə Qafarova Azərbaycanın Birinci vitse-prezidenti, YAP-ın Sədr müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin bütövlükdə Azərbaycan qadınları üçün nümunəyə və həyat məktəbinə çevrildiyini qeyd edib. Həmçinin Azərbaycan gənclərinin öz siyasi gələcəklərini məhz YAP-a bağladıqlarını deyib. Vətən müharibəsində YAP üzvü olan gənclərin də torpaqlarımızın azadlığı uğrunda böyük qəhrəmanlıqlar və şücaət göstərdiyini qürurla qeyd edib.

Çıxışının yekununda Milli Məclisin Sədri ilk partiya təşkilatının İdarə Heyətinə seçiləcək üzvlərə qarşıda duran vəzifələrin icrasında uğurlar arzulayıb.

Sonra iclasda YAP Səbail rayonu üzrə Azərbaycan Respublikası Milli Məclisinin 2 saylı ilk ərazi təşkilatının (İƏT) fəaliyyətinə dair hesabat dinlənilib. Hesabatı slaydlar formatında təqdim edən ilk partiya təşkilatının sədr əvəzi, Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev statistik icmal, təşkilatda təmsil olunan millət vəkillərinin, qadınların və gənclərin say nisbəti, onların fəallıq əmsalı, Milli Məclisin struktur bölmələri üzrə İƏT üzvlərinin faiz indikatoru, habelə islahatlar çərçivəsində İƏT-in fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər paketi barədə ətraflı məlumat verib.

Diqqətə çatdırılıb ki, təşkilat öz fəaliyyətini əsasən YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət və partiya tədbirlərindəki nitqlərində səsləndirdiyi müddəaların, habelə partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurub.

İclasda YAP-ın təşkilat şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək əvvəlcə altıncı çağırış Milli Məclisin fəaliyyətində tətbiq olunan yeniliklərdən danışıb, həyata keçirilən islahatları yüksək qiymətləndirib. O, həmçinin təqdim olunan hesabatın və ilk partiya təşkilatının fəaliyyətinin qənaətbəxş olduğunu bildirib.

YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev çıxışında bildirib ki, ilk dəfədir bu formatda hesabat-seçki iclası keçirilir. O, da ilk partiya təşkilatının ötən dövrdəki fəaliyyətinin uğurlu olduğunu bildirib.

İlk partiya təşkilatının üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov da çıxışında son dövrlər Milli Məclisdə aparılan islahatların uğurlu nəticələrini qeyd edib. O, həmçinin YAP-ın yaranması, keçdiyi inkişaf yolu haqqında geniş məlumat verərək qeyd edib ki, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək yaradılan Yeni Azərbaycan Partiyası ötən 28 ildə çox böyük inkişaf yolu keçərək Azərbaycan xalqına və dövlətçiliyinə ləyaqətlə xidmət edib.

Milli Məclisin deputatı Nizami Səfərov də ilk təşkilatın fəaliyyəti haqqında müsbət fikirlərini diqqətə çatdırıb.

Müzakirələr başa çatdıqdan sonra hesabat yekdilliklə qənaətbəxş sayılıb.

Sonra gündəlikdəki ikinci məsələyə baxılıb, təşkilatın İdarə Heyətinin yeni tərkibi seçilib. Adil Vəliyev YAP Səbail rayonu üzrə Azərbaycan Respublikası Milli Məclisinin 2 saylı ilk ərazi təşkilatı İdarə Heyətinin sədri seçilib. İclasda həmçinin sədr müavinləri və İdarə Heyətinin yeni tərkibi də müəyyənləşib.

"Mastercard" kartlarını sifariş vermək üçün banka getməyə ehtiyac olmayacaq
"Mastercard" kartlarını sifariş vermək üçün banka getməyə ehtiyac olmayacaq
Marketlərdə mobil telefonla ödəniş layihələri işlənilir
Marketlərdə mobil telefonla ödəniş layihələri işlənilir
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Loading Bars
Xəbər lenti
İraqda raket hücumu nəticəsində ABŞ vətəndaşları xəsarət almayıb - Pentaqon
Türkiyədə koronavirusdan sağalanların sayı 2,6 milyon nəfərə çatır
ÜST: Dünyada ötən sutka koronavirusa 348 mindən çox yoluxma qeydə alınıb
Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb (FOTO)
İsveçdə cinayətkar 8 nəfəri yaralayıb
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
Millinin oyunu neytral meydanda keçiriləcək
İrana səfər qaydaları AÇIQLANDI
Myanmada toqquşmalar zamanı 38 nəfər ölüb
Gəncədə 5 otaqlı ev yanıb
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
Pandemiya və müharibənin iqtisadi təsirləri: Azərbaycan yüksəlib, Ermənistan isə çöküb - STATİSTİKA
Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub
Azərbaycanda mobil operatorların gəlirləri azalıb
Azərbaycanın "ağıllı" layihələr üzrə təcrübəsi Belarusda təqdim olunacaq
Yaşamaq üçün Azərbaycana gələnlərin sayı gedənləri xeyli üstələyib
Niderlandın nüfuzlu qəzetində Xocalı soyqırmı ilə bağlı məqalə dərc olunub
Xorvatiyanın "yaşıl enerji" şirkətləri azad edilmiş ərazilərin inkişafına öz töhfəsini verə bilər - Səfirlik
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı tədbir görülməyəcək - BŞTİ müdiri
Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək
MDU-da Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib (FOTO)
Yunanıstanda dağıntılar altından bir nəfər xilas edilib
Balakəndə itkin düşən azyaşlı tapıldı
Terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz - Leyla Abdullayeva (MÜSAHİBƏ)
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var
Ziraat Bank Azərbaycan həyata keçirdiyi layihələr üzrə mükafatlara layiq görüldü!
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Güclü, təmiz və gigiyenik: Samsung Jet ™ tozsoranın ətraflı icmalı (VİDEO)
Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub - (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Prezident İlham Əliyev: Ümid edirik ki, Pakistan yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq
ADPU nümayəndələri universitetin şəhid məzunlarından A.Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər (FOTO)
Azərbaycan Prezidenti: Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir
Prezident İlham Əliyev: Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi
Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb
Minaya düşən idarə rəisinin yerləşdirildiyi xəstəxanadan GÖRÜNTÜLƏR
Evimizə köçəcəyimiz günü gözləyirik: Ermənilər tərəfindən evi dağıdılan sakin Trend TV-yə danışır
Məktəblərin bağlanması bizim qərarımızla deyil... - Mehriban Vəliyeva
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
Martın 4-nə USD/AZN rəsmi məzənnəsi
Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi
Paşinyan parlamentdə tribunaya çıxmaqdan imtina edib (VİDEO)
Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib - Səfir
Azərbaycanla Venesuela arasında əməkdaşlığın inkişaf imkanları müzakirə edilib
Qazimizin görmə qabiliyyəti bərpa edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib (FOTO)
Türkiyədən Azərbaycana polad ixracı artıb
Silk Way Technics 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir
Azərbaycan regionda əbədi sülhün bərqərar olmasının tərəfindədir - Naqif Həmzəyev
Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib
Yelo Bank-dan 8 mart kampaniyası
Prokurorluq idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir - Könül Nurullayeva
300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var - Agentlik
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi (FOTO)
Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb (FOTO)
Daha bir restoranda toy məclisi aşkarlandı, 13 nəfər cərimələndi
Niderlandda koronavirus test mərkəzində partlayış olub
Bütün xəbərlər