...

ABŞ KXDR-ə qarşı yeni strategiya hazırlayacaq

Siyasət Materials 23 Yanvar 2021 02:45 (UTC +04:00)
ABŞ KXDR-ə qarşı yeni strategiya hazırlayacaq

Bakı. Trend:

Prezident Cozef Baydenin başçılıq etdiyi ABŞ rəhbərliyi KXDR-ə qarşı yeni strategiya hazırlamağı planlaşdırır.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirdiyi brifinqdə elan edib.

“Prezidentin fikirləri, şübhəsiz ki, Şimali Koreyanın [kütləvi qırğın silahları və onların çatdırılma vasitələri] yayılmasında nüvə, raket və digər fəaliyyətlərinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhlükə yaratması və qlobal yayılmama rejimini pozmasıdır", - amerikan liderinin nümayəndəsi deyib.

"Amerika xalqının və müttəfiqlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni bir strategiya qəbul edəcəyik. Bu yanaşma Cənubi Koreya, Yaponiya və digər müttəfiqlərlə sıx məsləhətləşmələrlə Şimali Koreya ilə əlaqəli vəziyyət və siasətin hərtərəfli araşdırması ilə başlayacaq", - Cen Psaki bildirib.

"ABŞ tarixən olduğu kimi, irəliləyiş yolunu müəyyənləşdirmək və [Şimali Koreyanı] dayandırmaq üçün bölgədəki tərəfdaşları ilə sıx əməkdaşlıq edəcək", - nümayəndə əlavə edib.

Xatırladaq ki, Donald Tramp KXDR ilə Koreya yarımadasının nüvəsizləşdirilməsi problemini həll etmək üçün danışıqlarda misilsiz olaraq şəxsən iştirak edib. ABŞ və KXDR arasında 2018-ci ilin iyun ayında Sinqapurda ilk dəfə olmaqla, 2019-cu ilin sonuna qədər dörd görüş baş tutub, lakin danışıqlar nəticəsiz başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti