...

Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq

Siyasət Materials 8 Mart 2021 02:19 (UTC +04:00)
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq

Bakı. Trend:

ABŞ və Cənubi Koreya nümayəndələri birgə müdafiə xərclərinin paylaşması ilə bağlı danışıqlarda razılığa gəliblər.

Trend TASS-a istinadən xəbər verir ki, Seul Amerika qoşunlarının saxlanılması üçün vəsaiti artırır. Vəsaitin nə qədər təşkil edəcəyi barədə məlumat verilməyib.

Vaşinqton 2018-ci ildən Seuldan ABŞ-ın Cənubi Koreyada yerləşdirilən 28 000-lik kontingentinin saxlanılması üçün vəsaitlərin artırılmasını tələb edir. Belə ki, Cənubi Koreyanın 2019-cu ildəki ortaq müdafiə xərcləri 8,2 faiz, yəni 915 milyon dollara qədər artırılıb. Eyni ilin noyabrında Vaşinqtonun Seul tərəfinin ayırdığı vəsaitlərin təxminən 5 dəfə, yəni 4,7 milyard dollara qədər artırmasını tələb etdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti